Thsilin mzmunu Kurikulum tcrbsi sinif kurikulumun tkmilldirilmsi v
Təhsilin məzmunu. Kurikulum təcrübəsi, sinif kurikulumun təkmilləşdirilməsi və məktəb kurikulumu Ülkər Bayramova ubayramova@khazar. org bayramova. u@gmail. com
Təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim pro sesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlə və qoyulan tələblərlə müəyyən edilən bir anlayışdır. Bu tələblər cəmiyyət tərəfindən müəyyən edilir və cəmiyyətin inkişaf səviyyəsindən asılı olur. Elmi-texniki tərəqqinin, ümummədəni səviyyənin, istehsalın və ümumiyyətlə, cəmiyyətin inkişafı ilə əlaqədar olaraq təhsilin məqsədi və uyğun olaraq bu məqsədlərə çatmaq üçün təhsilin məzmununa qoyulan tələblər də dəyişir. Bu tələblər konkret olaraq müəyyən normativ sənədlər - standartlar şəklində ifadə olunur. Geniş mənada isə bu tələblər təhsil pilləsindən asılı olaraq ictimai həyata hazır olan, öz gələcək peşə fəaliyyətini müəyyən edə bilən, müəyyən dünyagörüşünə və ümumi mədəni səviyyəyə malik olan, peşə hazırlığı üzrə təhsilini davam etdirmək üçün lazımi bilik, bacarıq və vərdişlərlə silahlanmış məzun modeli formasında ifadə olunur.
Davamı. . . Təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: formal və maddi təhsil nəzəriyyələri Formal təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi şagirdlərin ağlını, zehni qabiliyyətlərini inkişaf etdirməkdir. Bu mövqedə duran pedaqoqların fikrincə, elmi bilikləri öyrənmək üçün məktəb illəri kifayət deyildir. Başlıca vəzifə şagirdlərin zehnini inkişaf etdirməkdir: zehni cəhətdən inkişaf edən insan istədiyi biliyi müstəqil əldə edə bilər. Bu nəzəriyyə məktəbdə zehni inkişafa imkan verən fənləri - qədim və müasir dilləri, riyazi fənləri keçməyi təklif edirdi. Vaxtilə klassik gimnaziyalarda, mədrəsələrdə təlim bu səpgidə qurulurdu. Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi həyatda bilavasitə lazım olan praktik bilik və bacarıqlar verməkdən ibarətdir. Bu mövqedə duran pedaqoqların fikrincə, məktəbdə faydalı həyati biliklər verən fənlər - təbiətşünaslıq, botanika, biologiya, kimya, fizika və s. keçirməlidir. Vaxtilə real məktəblərdə təlim bu cür qurulurdu.
Təhsilin məzmununu əks etdirən sənədlər 1) a) b) c) d) e) f) Təhsilin məzmunu aşağıdakı sənədlərdə əks olunur: Tədris planı – bu, tədris müəssisəsinin sertifikatıdır. Bu sənəd müəyyənləşdirir: tədris ilinin, rüblərin və tətillərin müddətini Tədris müəssisəsindəki fənlərin tam siyahısını Təlim illəri üzrə fənlərin bölüşdürülməsini Hər fənnin bütün təlim müddətində və hər sinifdə öyrənilməsinə ayrılan saatların miqdarını Hər fənnə ayrılan həftəlik saatların miqdarını Praktikumların strukturunu və müddətini
Davamı. . . Tədris proqramları – tədris planı əsasında bütün fənlər üçün hazırlanan sənəddir. Tədris proqramlarında aşağıdakılar əks olunur: a) fənnin fəzifələri, şagirdlərin bilik-bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olunan forma və metodları b) Mövzuların tematik məzmunu c) Ayrı-ayrı mövzulara müəllimin ayırdığı saatların təxmini miqdarı d) Fənlərarası və kurslararsı əlaqələri yaratmaq üçün göstərişlər e) Tədris avadanlığının və əyani vasitələrin siyahısı f) Tövsiyə edilən ədəbiyyat
Davamı. . . Dərsliklər – təlimin nəticələri dərsliklərin keyfiyyətindən asılıdır. Yaxşı dərslik təlimin məzmununa verilən bütün tələblərə cavab verməlidir. Maraqlı, mümkün qədər qısa, anlaşılan, illüstrasiyalarla zəngin və estetik tərtibata malik olmalıdır. Dərsliklər aşağıdaki didaktik funksiyaları yerinə yetirir: a) Motivasiyalaşdırıcı funksiya şagirdləri fənni öyrənməyə maraq və pozitiv münasibət formalaşdıran stimullar yaratmaqdan ibarətdir b) İnformasiyavermə funksiya şagirdlərə biliklərini genişləndirmək, dünyagörüşünü formalaşdırmaq, informasiyalarını artırmaq imkanı verir c) Nəzarət-korreksiya funksiyası şagirdlərə təlimin gedişini və nəticələrini yoxlamağı, korreksiya imkanları yaratmağı nəzərdə tutur
Kurikulum nədir? "Kurikulum" latın sözü olub, mənası "kurs", "yol" deməkdir. Kurikulum məktəblərdə öyrətmə və öyrənmə məqsədləri üçün məzmunun xüsusi qayda ilə hazırlanmış formasıdır. Məzmun müəllim və tələbələrin öyrətmə və öyrənmə üçün diqqət etdikləri materialdır. Məqsədlər isə məzmunun öyrədilməsi üçün səbəbdir. Uolkerə görə (1) əgər məktəb kurikulumunu görmək istəsəniz sizə bir neçə sənəd göstərəcəklər: a) Nəzərdə tutulmuş fənlərin siyahısı b) Müxtəlif fənlərin həftəlik və ya illik cədvəli c) Keçiləcək mövzuların həcmi və ardıcıllığı diaqramı d) Dərsliklər və ya müəllimlər üçün qaydalar
Davami. . . Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918 -ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60 -70 -ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır. Keçən əsrin 70 -ci illərindən sonra dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemində standartların yaradılması ideyasının güclənməsi nəticə etibarilə təhsil standartlarının hazırlanmasına gətirib çıxardı. Xüsusilə ABŞ-da, İngiltərədə, Avstraliyada təhsilin müxtəlif mərhələləri üzrə müşahidələr aparmağa, inkişafı istiqamətləndirməyə imkan verən təhsil standartları yaradıldı. Bu prosesdə təhsil anlayışları kimi "nəticəyönümlü təhsil", "nəticəyönümlü planlaşdırma", "nəticəyönümlülük" də işlənməyə başladı. Bu bir zərurət idi.
Kurikulum işinin sahələri Kurikulum əsasən üç yerdə həyata keçirilir: sinifdə, məktəblərdə və ya məktəb sistemində, dövlət səviyyəsində Sinifdə həyata keçirilən kurikulum şagirdlərlə birgə yerinə yetirilən prosesdir. Buna bəzən təlimatlandırıcı səviyyə də deyirlər. Burada məqsəd şagirdləri öyrənməyə sövq etməkdir. Müəllimin vəzifəsi isə sinifdə kurikulumda nəzərdə tutulan fəaliyyətləri reallaşdırmaqdır. Məktəbdə kurikulum işinin həyata keçirilməsi dövlət sektorunun bir hissəsi olan təşkilatda razılaşdırılmış rəsmi qaydaların və prosedurların yerinə yetirilməsidir. Məktəb və məktəb sistemindəki rəhbərlik məktəbdəki kurikulumların yerinə yetirilməsi üçün cavabdehdirlər və buna bəzən institusional səviyyə deyirlər
Davamı. . . Dövlət səviyyəsində kurikulum işi dövlət rəsmiləri səviyyəsində (Təhsil Nazirliyi və s. ), müxtəlif agentliklər səviyyəsində milli kurikulum kimi təqdim olunmasıdır. Dövlət səviyyəsində kurikulumların hazırlanması və kursun bitməsi qaydaları/tələbləri müəyyənləşdirilir. Bəzi ölkələrdə şagirdlərin bacarıqlarını və məktəbin fəaliyyətini, həmçinin müəllimlərin səviyyəsini ölçmək üçün xüsusi testlər hazırlanır. Sinif kurikulumunu əsasən müəllimlər hazırlayır. Müəllimlərin çoxu kurikulum hazırlayarkən bunun üçün nəzərdə tutulmuş qaydalardan və dərsliklərdən istifadə edirlər. Bəzi müəllimlər isə bu işə daha yaradıcı yanaşaraq müxtəlif resurslardan istifadə etməklə dərs kurikulumunu hazırlayırlar və öz yeni ideayalarını sinifə adaptasiya edirlər. Kömək və məsləhət lazım olduğu zaman müəllimlər öz kolleqalarına və yaxud da məktəb rəhbərliyinə müraciət edirlər.
Davamı. . . Kurikulum işi aşağıdakıları tələb edir: - Müşahidələr və tələbələrin qiymətləndirilməsi nəticəsində kurikulumun keyfiyyətini müəyyənləşdirmək - Müəllimin işini qiymətləndirmək - Günlük, həftəlik və illik cədvəli hazırlamaq - Müəllimləri kurslara cəlb etmək və yeni müəllimlərə olan ehtiyacı müəyyənləşdirmək - Kurikulumları uğurlu həyata keçirmək üçün effektiv zəmin yaratmaq - Kurikulumları iş heyəti və cəmiyyət üçün əlçatan etmək - Müəllimlərin yenidən hazırlanması üçün seminarlara, treninqlərə pul ayırmaq və s.
Kurikulum professionalları nəyi bilməlidir? Kurikulum ekspertlərinin bilməsi vacib olan əsas məsəslələr bunlardır: - Tələbələrin öyrənməsində daha çox effektiv olan vasitələrin tapılması və kurikulumların hazırlanması - Kurikulum sahəsində işləyən bütün təşkilatların razılığının alınması - Kurikulumların genişmiqyaslı və uzunömürlü olmasını təmin etmək - Kurikulumların əlçatan olmasını təmin etmək - Digər müəllimlər, ekspertlər, mütəxəssislər və qruplarla əlaqəli şəkildə işləmək
Davamı. . . D. F. Uolkerə görə (2), 21 -ci əsrin təcrübəli kurikulum eksperti və lideri kurikulum işinin 4 əsasını dərindən anlamalıdı: 1) Kurikulum təcrübəsinin ənənələrini – kurikulum işinin tarixini və ənənələrini bilmək hər bir mütəxəssisə yeniliyi köhnəliklə əlaqələndirməyə, tarixi trendlərdən istifadə etməklə gələcəyi görməyə imkan verəcəkdir. 2) Ədalətə və fəaliyyətə gətirən baxışlar və dəyərlər - kurikulum ekspertləri insanların cəmiyyət, şagird, biliklər və təhsil inanclarını və dəyərlərini və bütün bunların kurikuluma nə dərəcədə təsir etməsini qiymətləndirməlidirlər. Onlar anlamalıdırlar ki, bütün kurikulum işi insanlar üçün nəzərdə tutulub.
Davamı. . . İslahatlar və islahat hərəkatları - hər bir kurikulum mütəxəssisi baş verən yeniliklərdən xəbərdar olmalı və onu tətbiq etməlidir. Onlar həmçinin bilməlidirlər ki, yeniliklər bəzən ziyan da gətirə bilər. Yəni hər hansı bir yeniliyi hər zaman olduğu kimi tətbiq etmək düzgün deyildir. Kurikulum qərarlarına təsir edən biliklər – kurikulum ekspertləri bilməlidirlər ki, tədqiqat və təhsil proqramları kurikulum işində onlara necə kömək edə bilər. Onlar yeni tədqiqatlar axtarışında olmalı, onlara tənqidi yanaşmalı, digərlərinin hansı problemlərlə qarşılaşdığını və həmin problemləri necə həll etdiklərini öyrənməlidirlər. Bunları öyrənməklə onlar yeni qərarlar verərkən məsələlərə daha dərindən yanaşmağı bacarırlar.
Kurikulum təcrübəsi - Bir çox insanlar kurikulumla məşğul olurlar: müəllimlər, direktorlar, məktəbin elmi şura üzvləri, dərslik müəllifləri və nəşredənlər, test agentlikləri, tədqiqatçılar və s. Hətta valideynlər, müxtəlif qruplar və cəmiyyət bu və ya digər formada bu işdə iştirak edir, ancaq bunların hamısı kurikulumu həyata keçirmir. Uolkerə gorə, praktik olaraq kurikulumla aşağıdakı insanlar məşğul olur: Müəllimlər Məktəb liderləri İnkişafetdiricilər - kurikulumun planlarını və materiallari müəllimlər və şagirdlər üçün yazanlar Təsiredicilər – kurikulumla məşğul olan digərlərinə təsir etməyə çalışmaqla kurikulumları təkmilləşdirənlər
Davamı. . . Müəllimlər kurikulumlara sinifdə həyat verən insanlardı. Kurikulum vasitəsilə müəllimlər öyrənmə fəaliyyətini sinifdə həyata keçirirlər. Kurikulumlar müəllimlərə məktəb tərəfindən verilsə də bəzən kurikulumun sinifdə həyata keçirilməsi mürəkkəb və çətin olur. Müəllimin qısa iş təsvirində bu, belə görünür: - Gündəlik sinif fəaliyyətinin seçilməsi və planlaşdırılması - İlboyu fəaliyyətlərin cədvəlinin tutulması - Fəaliyyətləri şagirdlərə onların anlayacağı və əməl edəcəyi yolla başa salmaq - Şagirdləri fəaliyyətdə iştiraka motivasiya etmək - Fəaliyyətlər üzrə şagirdlərin iştirakını qiymətləndirmək
Kurikulumlar nələri əhatə edir? Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumda) aşağıdakılar əhatəli şəkildə göstərilir: - ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları; - ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər; - ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı; - ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri; - təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi.
Davamı. . . Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlılıq səviyyəsi çoxalır. Şagirdlər praktik cəhətdən onlara lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar. 2006 -cı ildə ölkəmizin təhsil tarixində ilk dəfə "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" hazırlandı və hökumət tərəfindən təsdiq olundu. Sonralar 2010 -cu ildə təkmilləşdirilərək istifadəyə verilən bu sənəd özünün məzmunu və strukturuna görə tamamilə yeniləşdirilmişdir.
Milli kurikulumun strukturu https: //www. youtube. com/watch? v=Q 6 T 08 v 8 cg. Oc (Azərbaycanda kurikulum) • • • Ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələblər Ümumi təhsilin məzmun standartları Ümumi təhsil müəssisələrində fənlər üzrə həftəlik dərs saatlarının miqdarı Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsı Fənn kurikulumlarının strukturu
Milli kurikulumdan fənn kurikulumuna keçid § Milli kurikulumda: Təhsil səviyyələri və fənlər üzrə ümumi təlim nəticələri § Fənn kurikulumunda: Siniflər üzrə ümumi təlim nəticələri § https: //www. youtube. com/watch? v=g. NZt. Bkxb. FMg (İTV-də kurikulum)
Növbəti dərsin mövzusu: Azərbaycanda orta və ali təhsil. Üçpilləli təhsil, Avropa təhsilinə inteqrasiya və Boloniya deklarasiyası. Qanunverici sənədlərinin müzakirəsi Ədəbiyyat: 1. Azərbaycan Respublikasının Təhsil Qanunu, 19 iyun, 2009 2. H. İsaxanlı, Keçid dövrü iqtisadiyyatında təhsil sistemi haqqında, Bakı 2006 3. Mudafiə Mahmudov, Boloniya prosesi və Azərbaycan, 2008 OXUYUB MÜZAKİRƏLƏRƏ HAZIR OLMAQ!
SUALLAR? TƏŞƏKKÜRLƏR!
- Slides: 30