Tarix 20 10 2015 Fnn Azrbaycan dili Sinif
Tarix : 20. 10. 2015 Fənn: Azərbaycan dili. Sinif: VI Standartlar: 2. 1. 1. ; 2. 2. 3. ; 3. 1. 1. ; 1. 2. 1 Mövzu: “Rozetta daşı” Təlim nəticələri: Mənasını müəyyənləşdirdiyi sözləri kontekstə uyğun izah edir. Mətndəki əsas fikirləri müəyyənləşdirmək məqsədilə suallar tərtib edir Verilmiş məlumatlardan istifadə etməklə sillogizm qurur. Verilmiş mövzuya uyğun müxtəlif xarakterli esse yazır. Dərsin tipi: Yeni bilik və bacarıq formalaşdıran dərs (İnduktiv). İnteqrasiya: Tarix. 3. 1. 2. İş formaları : Kollektiv iş, qruplarla iş. İş üsulları və vasitələri: Söz assosiasiyası, Bi. BÖ, Oyrənirəm - oyrədirəm, sərbəst yazı. Təchizat: Dərslik, işçi vərəqləri, elektron resurslar
Qədim Misir
Video materialda hansı abidənin adı çəkilir və hansı dövrə aiddir? Şagirdlərdən düzgün cavab alındıqdan sonra mövzunun adı lövhədə yazılır.
Lüğətlərdən istifadə etməklə aşağıdakı sözlərin mənalarını araşdırın. Heroqlif, müyəssər olmaq, papirus, perqament, linqvist, prinsip, funksiya, firon.
Tədqiqat sualı: Rozetta daşı necə kəşf olundu və əhəmiyyəti nədən ibarətdir? Tədqiqatın aparılması: � Əvvəlcə mətn kollektiv şəkildə oxunur. � Sonra mətn qruplar arasında hissələrə bölünür, öyrənirəm-öyrədirəm üsulu tətbiq olunur. � Mətndə verilmiş məlumatlardan istifadə edərək sillogizm qurun və verilmiş sualları cavablandırın : 1) Şampolyon neçənci ildə anadan olmuşdur? 2) Rozetta daşı tapılanda Şamplyonun neçə yaşı vardı? 3) Şampolyon neşənci ildə tarix üzrə professor adını almışdır? 4) Şampolyon neçənci ildə 12 dil bilrdi?
Piramidalar � Mətnin verilmiş hissəsinə uyğun suallar tərtib edin. � Sillogizm qurun.
Sfinkslər � Mətnin verilmiş hissəsinə uyğun suallar tərtib rzdin. � Sillogizm qurun.
Fironlar � Verilmiş mətn üzrə suallar tərtib edin. � Sillogizm qurun.
Kahinlər � Mətnin verilmiş hissəsinə uyğun suallar tərtib edin. � Sillogizm qurun.
Təqdimatın müzakirəsi: Şagirdlər təqdimat etdikdən sonra müəllim: Rozetta daşı nəvaxt və kim tərəfindən kəşf olunub? Nə kimi əhəmiyyəti var? Elmi kəşflər etmək üçün Şamplyon hansı bacarıqlara malik idi? Rozetta daşı hansı elmlərin kəşfinə yol açdı?
Yaradıcı tətbiqetmə � Piramidalar: “ Bir gün Qədim Misirdə” nəqli xarakterli esse. � Sfinklər: “ Dünyanın yeddi möcüzəsi” təsviri esse. � Fironlar: “ Elmi kəşf etmək üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır? ”mühakimə xarakterli esse. � Kahinlər: “Qədim Misir sirləri” təsviri esse.
EV TAPŞIRIĞI Mətndə adı çəkilən tarixi şəxsiyyətlər haqqında əlavə malumatlar toplayaraq təqdimat hazırlayın. (Ptolomey və Kleopatra haqqında) www. google. az Ptolomey. Kleopatra. Evı
Diqqətinizə görə təşəkkür!!!
- Slides: 14