Sual Yosunlar ne qrupa blnr YOSUNLAR QIRMIZI YAIL
Sual Yosunlar neçə qrupa bölünür YOSUNLAR QIRMIZI YAŞIL QONUR
Yosunlar
Qırmızı yosunlar
Yaşıl yosunlar
Qonur yosunlar
Yosunlar(Alqae) Yer kürəsi üzərində 3 milyon il əvvəl meydana gəlmiş və təxminən milyon yarım – iki milyon il planetimizin vahid canlıları olmuşlar Yer üzərində üzvi maddənin sintezində yosunların mühüm rolu vardır. Bu orqanizmlər günəş düşən durğun sularda torpaqda, hətta qayalar üzərində və s. geniş yayılmışdır. Bunların 125000 -dən çox növləri məlumdur. Yosunlar ibtidai avtotrof bitkilər olub , əsasən suda yaşayırlar. Lakin onlara yer kürəsinin hidrosferdən əlavə, atmosfer və litosferin bütün sahələrində təsadüf olunur. Onlar təkhüceyrəli, çoxhüceyrəli və kolonial formalı olub, müxtəlif ekoloji şəraitə uyğunlaşmışlar. Tərkibində xlorofil və digər piqmentlər olduğuna görə bitkilər kimi fotosintez qabiliyyətinə malikdir. Yosunlar haqqında nə bilirik
Hazırda 3800 növü vardır. Xəzərdə 25 növü məlumdur, onlardan laurensiya, polisifoniya, melobeziya və s. yosunlar geniş yayılmışdır. Qır lar n u s yo mızı
Qonur yosunlar Xəzərdə 13 növü qeyd edilmışdir. Bunlardan Estocarpus sp. , Monosiphon caspius Orta və Cənubi Xəzərin şərq hissələrində və Krasnovodsk körfəzində yaşayır
Yaşıl yosunlar Hazırda 20000 növü məlumdur. Xəzərdə 139 növü yaşayır. Xəzər dənizinin planktonunda protokokk və zignema yosunları çoxdur, nadir hallarda desmid yosunlarına da rast gəlınir. Dənizin dib hissəsində isə əsasən kladofora və hetomorfa cinslərinə aid yosun növləri yayılmışdır.
Yosunların əhəmiyyəti Təbiət İnsan
Yosunların təbiətdə əhəmiyyəti Yosunlar torpağı üzvi maddələrlə zənginləşdirir və bəziləri azot fiksə edir və digər mikroorqanizmlərin inkişafını stimulə edir. Fotosintez prosesi nəticəsində topladıqları üzvi birləşmələr yosun tələf olduqdan sonra torpağa keçir. Əmələ gələn üzvi birləşmələr nəinki bakteriyaların yemini, hətta torpaqda toplanan humusun əsasını təşkil edir.
Mineral suxurların torpağa çevrilməsi prosesində yosunlar əsas rol oynayır. Krakatau adasında püskürən vulkan bütün canlıları məhv etmiş və hər yeri mineral kütlə olan isti lava örtmüşdü, lakin suxurlar soyuduqdan sonra onun üzərində əmələ gələn ilk cnlı yosunlar olmuşdur. Bunların əmələ gətirdikləri metabalizm məhsulları ilə həmin suxurlar tədricən parçalanır və orada üzvi maddələr, humus əsasən yosunlar hesabına əmələ gəlmiş və beləliklə, bitkilərin inkişafı üçün şərait yaranmışdır. Analoji hala məhsuldar olmayan torpaqlarda da rast gəlmək olur.
Yosunlar torpaqda Yosunlar torpağın üst qatında inkişaf edərək, onun üzərini pərdə ilə örtür və beləliklə torpağı eroziyadan qoruyur. Belə pərdənin altında su rejimi və fizikikimyəvi şəraiti də dəyişir ki, bu da öz növbəsində torpağın formalaşmasına təsir göstərir. Yosunların ifraz etdiyi selik bilabasitə torpağın strukturlaşmasına kömək edir
Yosunlar bitkilərdə
Yosunların tənəffüs nəticəsində əmələ gətirdikləri O 2 bitkilərin köklərinin oksigenə olan tələbatını ödəyir və eyni zamanda torpaqda yaşayan aerob bakteriya və göbələklərin inkişafları üçün şərait yaradır, bunlar da öz növbəsində üzvi maddələrin minerallaşma prosesini aparırlar.
Torpaqdakı yosunlar orada yaşayan ibtidailərin yemini təşkil edir.
Yosunlar torpaqda Yosunların torpaq həyatındakı ən böyük rolu torpaqda azot rejimini tənzim etməkdir. Onlar bir tərəfdən torpaqda olan azotlu maddələri alıb, öz bədənlərində üzvi azotlu birləşmələrə çevirirlər və beləliklə də azotun bir hissəsi bitkilər tərəfindən mənimsənilən formaya keçir. Digər tərəfdən də burada olan yosunların bir çox növləri torpağın atmosfer hesabına azotlu maddələrlə zənginləşməsini təmin edirlər Hindastanda, yaponiyada və Çində göy-yaşıl yosunlardan düyü əkilən sahənin məh suldarlığını artırmaqda azot mənbəyi kimi istifadə olunur
. . : : SUAL: : . . Yosunların təbiətdə və insan həyatında əhəmiyyəti
Yosunların böyük praktik əhəmiyyəti vardır, bunlar müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Hər şeydən əvvəl yosunlar əsas qida mənbələrindən biridir.
Yosunların növləri • Bunların bir çox növləri insan qidasını, dəniz heyvanlarının, xüsusilə balıqların, xərçəngkimilərin və s. yemini təşkil edir. Yosunlar suyun öz-özünə tənzimlənməsində , mineral suxurların parçalanmasında mühüm rol oynayır.
Kosmosu fəth etmək • Yosunlar kosmosun fəth edilməsi problemində də böyük əhəmiyyətə malikdir. Onlar atmosferdə olan CO 2–ni mənimsəyib O 2 xaric edir. (Məsələn, xlo rella) Yosun ların torpaqda da rolu böyükdür. Bunların arasında atmosfer azotunu fiksə edən növlər də məlumdur.
Yosunların yayılması • Yosunların çoxalıb yayılması ilə dənizlərin , göllərin, su hövzələrinin məhsuldarlığı hesablanır. • Yosunların ifraz etdiyi selik torpağın strukturuna təsir edir. Mikroskopik yosunların bir çoxu torpaqda yaşayan ibtidailərin qidasını təşkil edir. Humusun əmələ gəlməsində və bitkilərin oksigenlə təmin edilməsində bunlar böyük rol oynayır. Torpağın məhsuldarlığını artırmaqda bəzi yosunlardan gübrə kimi istifadə olunur.
Alqologiya • yosunlardan –prokariotlara aid olan göy yaşıl, əsil yosunlardan isə yaşıl və diatom yosunları göstərmək olar. Yosunlar süxurların aşınmasında və ilkin torpaqəmələgəlmə proseslərində fəal iştirak edir. Yosunları öyrənən elm alqologiya adlanır.
Diqqətinizə görə çox sağ olun • Təşəkkür edirəm
- Slides: 26