SRBST I Tlb Cfrov Coqun Elmi rhbr Telman
SƏRBƏST IŞ Tələbə: Cəfərov Coşqun |Elmi rəhbər: Telman Sadiqov IQrup: İ 161|Kurs: II Mövzu: Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsinin Avropa Prinsipləri
AVROPA ITTIFAQININ TARIXI Formal olaraq 1 noyabr 1993 -cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951 -ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub. Hal-hazırda özündə 28 dövləti birləşdirir. Mənzil qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir. Əsas təsis sənədləri aşağıdakılardır. ü 1951 -ci il – Avropanın Polad və Kömür birliyinin yaradılması haqqında müqavilə. ü 1957 -ci il – Avropanın Atom Enerjisi birliyinin yaradılması haqqında müqavilə. ü 1957 -ci il – Avropanın İqtisadi Birliyinin yaradılması haqqında Roma müqaviləsi ü 1965 -ci il – Avropa İqtisadi Birliyinin, Avropa Atom Enerjisi Birliyinin, Avropa Polad və Kömür Birliyinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi ü 1986 -cı il – Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı ü 1990 -cı il – Şengen müqaviləsi[Mənbə göstərin] ü 1992 -ci il – Maastrixt sazişi ü 1997 -ci il – Amsterdam müqaviləsi
İttifaqa daxil olan ölkələr və üzvlük tarixləri Qeyd edildiyi kimi ittifaqa 28 dövlət daxildir. Bir çox ölkələr Avropa ittifaqına daxil olmaq üçün fəaliyyət göstərir. Lakin ittifaqın üzvü Böyük Britaniya 2016 -ci il 23 oyun referendumu nəticələrinə əsasən “brexit”Britanexit etmişdir. Ø 1957 Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Hollandiya (qurucu Üzvlər) Ø 1973 Danimarka, İrlandiya və İngiltərə Ø 1981 Yunanıstan Ø 1986 Portuqaliya və İspaniya Ø 1995 Avstriya, Finlandiya və İsveç Ø 2004 Estoniya, Litva, Latviya, Çex Respublikası, Polşa, Kipr, Slovakiya, Sloveniya, Malta və Macarıstan Avropa ittifaqına daxil olan ölkələr Ø 2007 Rumıniya, Bolqarıstan Ø 2013 Xorvatiya
ACQUIS COMMUNAUTAIRE NƏDIR? Avropa ittifaqına daxil olan ölkələrdə bir çox dövlət məsələləri “acquis communautaire’’-Avropa ittifaqının qanunlar toplusu ilə tənzimlənir. Bu toplu müxtəlif fəsillərdən ibarətdir və bu fəsillərdəki qanunlar vasitəsilə idarəetmə həyata keçirilir.
“ACQUIS COMMUNAUTAIRE’’-NIN FƏSILLƏRI Avropa İttifaqı qanunlar toplusu 35 əsas fəsildən ibarətdir. Bu fəsillər aid olduğu sahələrdə hüquqi mühitin yaradılmasında əsas kimi istifadə olunur. Avropa ittifaqının hər bir üzv dövləti bu qanunları rəhbər tutaraq idarəçilik fəaliyyətini həyata keçirirlər. Üzv dövlətlər isə Kopenhagen, Madrid və Lüksemburqda qəbul edilmiş meyarları həyata keçirməlidir. Qanunlar toplusunda olan bəzi fəsillər bunlardır Ø Mal və əmtəələrin dövriyyəsi Ø İşçi qüvvəsinin sərbəst axını Ø Kapitalın Ø Fikri sərbəst axını mülkiyyət hüququ Ø Rəqabət siyasəti Ø Nəqliyyat siyasəti Ø Vergi hüququ Ø Təhsil və mədəniyyət Ø Ətraf s, mühit və iqlim dəyişikliyi və
“ACQUIS COMMUNAUTAIRE”-NIN ƏSAS PRINSIPLƏRI Acquis Communautaire bütün fəaliyyət sahələri üzrə dövlət idarəçilərinə vacib metodoloji qaydaları müəyyən edir. Lakin onu da qeyd etmək lazımdır ki, bu qanunlar toplusunda dövlət idarəçiliyi üçün vahid üfüqi normativlər yoxdur. Buna görə də bu təşkilata daxil olmaq istəyən ölkələr üçün dövlət idarəçiliyinin məqsədi və yolları çox da dəqiq deyildir. Beləliklə qarşılıqlı razılıq əsasında Avropa dövlət idarəçiliyinə inteqrasiya məqsədilə vahid prinsiplər müəyyənləşdirilmişdir. Bu prinsiplər aşağıdakılardır: Ø etibarlılıq Ø açıqlıq və öncədən görülə bilmək imkanının olması( hüquqi əminlik); və şəffaflıq; Ø hesabatlılıq; Ø 4)səmərəlilik və nəticəlilik.
ETIBARLILIQ VƏ ÖNCƏDƏN GÖRÜLƏ BILMƏK IMKANININ OLMASI HÜQUQI ƏMINLIK PRINSIPI Dövlət idarəetməsinin etibarlılığını təmin etməyin çoxcəhətli mexanizmi hüququn aliliyi prinsipindən ibarətdir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, idarəçilik fəaliyyətində hər şeydən əvvəl qanunlara əsaslanılmalı və bütün sferalarda qanununu aliliyi təmin edilməlidir. Hər bir idarəçi yalnız qanunun icazə verdiyi sahələrdə özünün funksiyalarını yerinə yetirməli və məsuliyyət daşımalıdırlar
AÇIQLIQ VƏ ŞƏFFAFLIQ PRINSIPI Bu prinsipin əsas məqsədi və mahiyyəti odur ki, bu prinsiplərə əməl edən ölkələrdə bütün dövlət idarəçilik fəaliyyəti kənar yoxlamalara tamamilə açıqdır və həyata keçirilən işlər bütünlüklə şəffafdır. Bu prinsip vasitəsilə bütün vətəndaşların dövlət idarəçiliyinə əlçatanlığı asanlaşır və yoxlama aparan şəxs üçün həyata keçirilən hər bir addımın nə üçün icra edildiyi haqqında məlumata malik olur, Onu da qeyd etmək lazımdır ki, XVIII əsrdən İsveç istisna olmaqla bütün Avropa ölkələrində məxfilik və ehtiyatlılıq dövlət idarəçiliyin əsas norması olmuşdur
AÇIQLIQ VƏ ŞƏFFAFLIQ PRINSIPI Bu prinsip Avropa ölkələrində yalnız XX əsrin 60 -cı illərindən sonra-demokratik ənənələrin dirçəlməsi ilə təşəkkül tapmışdır. Bu prinsipin həyata keçirilməsi üçün dövlətlər ilk növbədə iki prinsipə əməl olunmasına çalışılırdı. Ø normativ hüquqi aktlar yalnız rəsmi mətbuatda dərc olunduğu gündən qüvvəyə minirdi Ø inzibati qərarların icrasına yalnız bu qərarların aid olduğu şəxslərə məlumat verildikdən və rəsmi sübut olunduqdan sonra icazə verilirdi. Ø İndinin özündə də bəzi dövlətlərdə hələ də bu prinsiplərə əməl olunmur. Bu dövlətlər əsasən sosialist avtorita rejimin olduğu dövlətlərdir, Məs: Şimali Koreya və s,
HESABATLILIQ PRINSIPI Hesabatlılıq dedikdə bir şəxsin vəzifəcə tabe olduğu digər şəxsə öz hərəkətlərini izah etməli olduğu və əsaslandırması başa düşülür. Hesabatlılıq həm də işin nəticələrinin qiymətləndirilməsi üçün əsasdır. Hesabatlılıq prinsipinə əsasən heç bir şəxs və ya qurum hesabat verməkdən azad edilə bilməz
NƏZARƏT VƏ YOXLAMANI HƏYATA KEÇIRƏN ORQANLAR Azərbaycan Respublikasında bu fəaliyyəti həyata keçirn bir çox orqan var. Bunlardan əsas olanları aşağıdakılardır. Ø Maliyyə bazarların nəzarət palatası Ø Hesablama palatası Ø Məhkəmələr Ø İnsan haqları üzrə müvəkkil(Ombudsman) Ø Parlament komissiyaları
Səmərəlilik və nəticəlilik prinsipi Bu prinsip hesabatlılıq prinsipinin bir növ nəticəsi kimi çıxış edir. Bu prinsipə sonralar diqqət edilməyə başlanmışdır. Nəticəlilik isə ictimai problemlərin uğurlu həllini, qanunvericilik və hökümət tərəfindən dövlət idarəetmə sistemi qarşısında qoyulan məqsədlərə nail olmanı təmin etmək kimi başa düşülür. Səmərəliliyin mahiyyətini istifadə olunan resurslarla alınan nəticələrin ən yaxşı nisbətini təmin edən idarəetmə bacarığı kimi ifadə etmək olar. Artıq bu prinsip bir çox Avropa ölkələrinin konstitusiyasında öz əksini tapmışdır. Bu prinsip İspaniya konstitusiyasına 1978 -ci ildə daxil edilmişdir.
Avropa ittifaqı və Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoymuşdur. Bu sənəd 22 aprel 1996 -cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999 -cu il tarixində qüvvəyə minmişdir. Avropa ittifaqı və Azərbaycan arasında bir çox qarşılıqlı fəaliyyət tədbirləri həyata keçirilib q 20 iyun, 2008 -ci il - Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin doqquzuncu iclası keçirilmişdir q 2 -3 dekabr, 2009 -cu il - Brüsseldə Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin 10 -cu iclası keçirilmişdir. q 28 sentyabr, 2007 -ci il - Bakıda Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsinin səkkizinci iclası keçirilmişdir.
Şərq Tərəfdaşlığı - Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna. "Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq mayın 7 -də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir. Sazişə daxil olan ölkələr
Prezident İlham Əliyev Şərq tərəfdaşlığı ölkələrinin Zirvə görüşündə(24 noyabr 2017 -ci il)
Diqqətinizə görə təşəkkürlər!!!
- Slides: 17