smayll rayonu Lahc qsb tam orta mktbin IX
İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbin IX sinif şagirdi Təqdimat
Ekosistem. . . . ? ? ? ? (yunanca. "oikos" – ev, yaşayış yeri + "systema" – birlik) – bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistemidir. Canlı organizmlər Cansızlar Günəş Bitki Hava Heyvan Bakteriya Göbələk Temperatur Su Torpaq
Əsas terminlər və anlayışlar ətraf mühit — insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu; ekologiya — ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm; təbii resurslar (ehtiyatlar) — insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri; ətraf mühitin mühafizəsi — ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması; təbiətdən istifadə — gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi; ətraf mühitin monitorinqi — təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi; ekoloji sistem — qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji mənbələrinin vəhdətidir;
Ekosystemlər I. Təbii: Qurunun ekosistemləri Otlaqlar Meşə Səhra Təbii: Su ekosistemləri Okean və dənizlər Göllər II. Süni: Kənd təsərrüfatı Akvarium Əkin sahələri TYPE PRESENTATION TITLE HERE
Ekosistem xidmətləri - təbiətin bizə verdiyi faydadır. Ekosistem Xidmətlərinin Kateqoriyaları • • Təminat xidmətləri Tənzimləyici xidmətlər Dəstəkləyici xidmətlər Mədəni xidmətlər
Ekosistemlər qidanın yetişməsi üçün şəraiti təmin edir. Qida başlıca olaraq idarə edilən aqro-sistemlərdən əldə edilir, lakin dəniz və təmiz su sistemləri və ya meşələr də insanların istehlakı üçün qida mənbəyi rolunu oynayır. Meşələrdə olan yabanı qidaların əhəmiyyəti çox zaman kiçildilir. http: //www. gowildevents. com/uploads/pics/foragingpic 1. JPG
Ekosistemlər həmçinin tikinti və yanacaq sahələrini müxtəlif növ yabanı və mədəni bitkilərdən birbaşa hazırlanan odun, bioyanacaq və bitki yağları ilə təmin edir. https: //upload. wikimedia. org/wikipedia/commons/b/bc/G elugu_(coconut_wood)_in_Klaten, _Java. jpg
Ekosistemlər suyun dövranı və onun təmizlənməsində iştirak etməklə qlobal hidroloji su dövranının tənzimləyicisidir. Bitki örtüyü və meşələr yerli səviyyədə suyun həcminə və keyfiyyətinə təsir göstərir. http: //www. findaspring. com/wp-content/uploads/2013/05/Find_a_Spring. jpg
Ekosistemlər və biomüxtəliflik ənənəvi tibb və əczaçılıq sahəsini müxtəlif bitkilərlə təmin etməklə onun xammal bazasını formalaşdırır. Bütün ekosistemlər müalicəvi dərman bitkilərinin potensial mənbəyidir.
Yerli iqlim və havanın keyfiyyəti: Ağaclar kölgə təmin etdiyi halda, meşələr həm yerli, həm də regional səviyyədə düşən yağıntının və mövcud suyun həcminə təsir edir. Ağaclar və digər bitkilər atmosferdə olan çirkləri götürməklə havanın keyfiyyətinin tənzimlənməsində mühüm rol oynayır.
Ekosistemlər istixana qazlarını saxlamaq və tutmaqla qlobal səviyyədə iqlimi tənzimləyirlər. Ağaclar və bitkilər böyüdükcə atmosferdəki karbon-dioksid qazını udaraq onu öz toxumalarında karbon ehtiyatı şəkildə saxlayırlar. Bu yolla meşə ekosistemləri karbon saxlancı rolunu oynayır. Bio-müxtəliflik həm də ekosistemlərin iqlim dəyişikliyi təsirlərinə qarşı uyğunlaşma qabiliyyətinin güclənməsində mühüm rol oynayır. http: //cdn 2. hubspot. net/hub/18106/file-5415947 jpeg/images/5611334365_748 d 861 a 18_z. jpeg
Ekstremal hava şəraitləri və ya təbii fəlakətlər sırasına daşqınlar, fırtınalar, sunamilər, qar uçqunları və torpaq sürüşmələri daxildir. Ekosistemlər və canlı orqanizmlər təbii fəlakətlərə qarşı təbii müdafiə sistemi yaratmaqla mümkün fəsadların qarşısını alırlar. Məsələn, bataqlıq əraziləri daşqın sularını özünə çəkə bildiyi halda, ağaclar enişləri sabitləşdirə bilir. Mərcan rifləri və manqrov ağacları sahil zolaqlarını fırtınanın törədə biləcəyi fəsadlardan qoruyur. https: //www. tentree. com/blog/wpcontent/uploads/2014/03/Dominican_republic_Los_Haitises_mangrovesdeleted-3 a 0414 f 2 fa 1 a 4 b 1 def 31 dcbed 956120 f. jpeg
Su-bataqlıq ərazi ekosistemləri insan və heyvan tullantılarını süzgəcdən keçirməklə ətraf mühit üçün təbii bufer rolunu oynayır. Əksər tullantılar torpaqda olan mikroorqanizmlərin bioloji aktivliyi nəticəsində parçalanır. Bu yolla patogenlər (xəstəlik törədən mikroblar) aradan qaldırılır və qidalandırıcı maddələrin və çirklənmənin həcmi azalır. http: //www. isaac. qld. gov. au/image_gallery? uuid=610 abd 55 -6 fb 54 b 05 -bcbd-35 a 80 f 44 a 794&group. Id=12238&t=1327985875107
Torpaq eroziyası deqradasiya və səhralaşma prosesinə təsir edən əsas amillərdən biri hesab olunur. Torpaq eroziyasının tənzimlənməsində bitki örtüyünün rolu əvəzolunmazdır. Torpağın münbitliyi bitkilərin böyüməsi və kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edir və ekosistemlərin fəaliyyəti torpağı bitkilərin böyüməsi üçün vacib olan elementlərlə təmin edir.
Ağac və bitkilərin tozlanması prosesi həşəratlar və külək vasitəsilə baş verir. Bu isə meyvə, tərəvəz və toxumların yetişməsi üçün çox vacibdir. Heyvanlar vasitəsilə tozlanma əsasən həşəratlar, lakin həmçinin müəyyən quşlar və gecəquşuları tərəfindən təmin edilən ekosistem xidmətidir. Dünya üzrə 115 əsas qida bitkilərinin təqribən 87 si, o cümlədən kakao və kofe kimi mühüm əmtəə bitkiləri heyvanlar vasitəsilə tozlanmadan asılıdır (Klein və başqaları). http: //blogimages. serenataassets. com/pollennation/wpcontent/uploads/2014/09/flower-pollination. jpg
Ekosistemlər bitki, heyvan və insanlar üçün təhlükəli olan zərərverici və xəstəliklərin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Ekosistemlər yırtıcı və pestisidlərin fəaliyyəti ilə zərərverici və xəstəlikləri tənzimləyir. Quşlar, gecəquşuları, milçəklər, arılar, qurbağalar və göbələklər təbii nəzarətçilər funksiyasını yerinə yetirir. http: //buil. microbetech. com/wp-content/uploads/2012/08/Biological. Pest-Control. jpg
Təbii yaşayış arealı dedikdə bir bitki və ya heyvanın yaşayışı üçün vacib olan sığınacaq, qida və su ilə təmin olunduğu mühit başa düşülür. Hər bir ekosistem daxilində müxtəlif növlərin normal həyat tsikli üçün fərqli yaşayış arealları var. Hər bir ekosistem, növlərin bütöv həyat tsiklini yaşaması üçün zəruri olan müxtəlif arealların mövcudluğunu təmin edir. Köçəri quş, balıq, məməli və həşərat növləri uyğun olaraq miqrasiya zamanı bu ekosistemlərdən asılı halda hərəkət edirlər. https: //www. forestsandrangelands. gov/success/stories/2011/i mages/stew_2011_mi_usfs_restoresavanna 3. jpg
Genetik müxtəliflik növlərin populyasiyaları arasında və daxilində genlərin müxtəlifliyidir. Genetik müxtəliflik müxtəlif cins və ya irqləri fərqləndirməklə yerli səviyyədə yaxşı uyğunlaşan mədəni bitkilər üçün baza və kommersiya xarakterli dənli bitkilərin və heyvanların yetişdirilməsi üçün genefond təmin edir. Bəzi təbii yaşayış arealı müstəsna dərəcədə yüksək sayda növlərə malikdir ki, bu da onları digərlər ilə müqayisədə genetik baxımdan daha müxtəlif edir və “bio-müxtəlifliyin qaynaq nöqtəsi” kimi tanınır.
Yaşıl məkanda gəzinti və idmanla məşğul fiziki çalışma baxımından faydalı olmaqla yanaşı, insanların yüngülləşməsinə imkan verir. Ölçmə çətinliklərinə baxmayaraq yaşıl mühitin əqli və fiziki sağlamlığın təminatında oynadığı rol getdikcə daha çox qəbul olunmaqdadır. http: //www. cuerdalab. com/wp-content/uploads/2015/10/seattletrekker-bellevue-botanical-garden-is-shangri-la-exceptional-botanicalgardens. jpg
Ekosistemlər və bio-müxtəliflik əksər turizm növləri üçün mühüm rol oynayır ki, bunlar da öz növbəsində əhəmiyyətli iqtisadi mənfəət gətirir və kəsr ölkələr üçün mühüm gəlir mənbəyidir. 2008 -ci ildə qlobal səviyyədə turizmdən əldə edilən gəlirlər təqribən 944 milyard ABŞ dolları təşkil etmişdir. Mədəniyyət və eko-turizm həmçinin, insanları bioloji müxtəliflik barədə maarifləndirə bilir.
Dil, bilik və ətraf mühit insan tarixi boyunca sıx əlaqəli olmuşdur. Bio-müxtəliflik, ekosistemlər və təbii landşaft incəsənət, mədəniyyət və artan şəkildə elm sahəsində ilham mənbəyi rolunu oynamışdır. http: //www. societal-innovation. org/wp-content/uploads/2013/02/ foampic. jpg
Dünyanın əksər yerlərində xüsusi meşələr, mağaralar və ya dağlar kimi təbii xüsusiyyətlər müqəddəs hesab olunur və dini məna kəsb edir. Təbiət bütün əsas dinlərin və ənənəvi biliklərin ümumi elementidir və əlaqədar adətlər mənsubiyyət hissəsinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. https: //channelingthemasters. files. wordpress. com/2015/06/sham ans-journey. jpg
- Slides: 22