Sbail rayon Mrkzldirilmi Kitabxana Sistemi Mrkzi Kitabxana Etel
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana
Etel Lilian Voyniç 11 may 1864 - 28 iyul 1960 İrland yazıçısı, bəstəkar
Tanınmış ingilis riyaziyyatçısı vә mütәfәkkiri Corc Bulun vә Meri Bulun qızı Etel Lilian 1864 -cü ildә İrlandiyadanın Kork qraflığının Kork şәhәrindә anadan olmuş bu xanımın әsil-kökü çox mәşhurdur. Dünyada әn hündür zirvә Etelin dayısı Corc Everestin adı ilә bağlıdır. Etel altıaylıq olanda atası vәfat etmiş vә ailә Londona köçmüşdü. E. L. Voyniç Berlin Konservatoriyasını bitirmiş vә eyni vaxtda Berlin Universitetindә slavyanşünaslığa dair mühazirәlәr dinlәmişdi.
Voyniçin mühacirlərlə münasibəti Cavanlığında E. L. Voyniç Londonda özlәrinә sığınacaq tapan siyasi mühacirlәrlә yaxınlıq edirdi. Onlar arasında polyak mühacirlәrә dә rast gәlmәk olardı. Voyniç İtalyadan mühacirәt edәn inqilabçılarla da yaxından tanış idi. Mühacirlәrlә sәmimi münasibәtlәri onun dünyagörüşünün tәşәkkül tapmasına böyük tәsir göstәrmişdi. E. L. Voyniç özünün gәlәcәk әri - polyak inqilabçı Vilfred Mixail Voyniç ilә mәhz mühacirlәrlә dostluq etdiyi çağlarda rastlaşmış vә 1890 -cı ildә onunla ailә hәyatı qurmuşdu. Etelin yoldaşı, әdәbiyyatşünas vә bibliofil V. M. Voyniç dünyada mәşhur olan «Voyniç әlyazması» nın kәşfi ilә ad qazanıb (bu әlyazmalar Rocer Bekon adlı keşiş tәrәfindәn XIII әsrdә yazılıb vә indiyә kimi hәlә heç kәs bu yazıların şifrәsini aça bilmәyib). Lakin onların ailә hәyatı cәmi bir neçә il davam etmişdi.
Voyniç və Sidney Reyli E. L. Voyniç daha sonra Sidney Reyli adlı şәxslә eşq macәrası yaşayır. Sidney «Mahir casus» adı qazanmış mәşhur xәfiyyә idi. Onunla birlikdә Etel siyasәtә daha çox daxil olur. Onunla birlikdә Etel İtaliyaya sәyahәtdә olur vә burada Cüzeppe Haribaldi vә Cüzeppe Madzini kimi italyan inqilabi şәxsiyyәtlәrinin hәyatından qaynaqlanaraq «Ovod» romanında Artur Berton (Ovod) obrazını yaradır. Qeyd etmәk lazımdır ki, qәdim yunan filosofu Sokratın da lәqәbi Gadfly (yәni, Ovod) olmuşdur.
«Ovod» romanı Xalqın azadlığı vә xoşbәxt gәlәcәyi uğrunda çarpışan, arzuları vә әmәllәri E. L. Voyniçә dә yaxın vә әziz olan mübarizlәrin qәhrәmanlığı onu «Ovod» romanını yazmağa ruhlandırdı. Müәllifinә dünya şöhrәti qazandıran romanı inqilabi hünәrә hәsr olunmuş himn adlandırmaq da olar. «Ovod» romanı trilogiyadır. Әsәrin ikinci hissәsi olan «Qırılmış Dostluq» dilimizә tәrcümә olunsa da, tәәssüflәr olsun ki, üçüncü, yәni sonuncu hissәsi hәlә dә tәrcümә edilmәmişdir. «Ovod» 1897 ci ildә Nyu Yorkda, sonradan isә Londonda kitab şәklindә çapdan çıxmışdır. Әsәrdә baş verәn әhvalatlar Gәnclәr Hәrәkatının üzvü olan Artur Berton adlı qәhrәmanın әtrafında baş verir. Onun atası Padre Montanelli ilә münasibәtlәri, dostu Cemmaya olan sevgisi ilә әlaqәdar başına gәlәn faciәvi hadisәlәr әsәrin әsasını tәşkil edir. Bu, din, mәyusluq, inqilab, romantika vә qәhrәmanlığın әsәridir. «Ovod» romanı artıq bir әsrdәn artıqdır ki, böyük maraqla qarşılanır vә oxucularda güclü emosiyalar yaradır.
Әsәrimizin baş qәhrәmanı olan Ovod uşaqlıqdan bәri çәtin vә keçmәkeşli hәyat tәrzi yaşamış, çox sevdiyi anasını xәstәlikdәn itirdikdәn sonra ona әziz olan katolik kilsәsinin keşişi Monsenyor Montanelli ilә daha çox vaxt keçirmәyә başlamışdır. Bu zamanlar isә o, Ovod yox sadәcә 19 yaşlı Artur idi, Artur Berton. Arturun «Ovod» a çevrilmәsinә isә ürәkdәn sevdiyi Cemmanın onu günahsız yerә tәqsirlәndirmәsi, ögey qardaşının vә onun ailәsinin ona qarşı sәrt vә kobud rәftarı, әn әsası isә illәr sonra öz atasının mәhz Montanelli olduğunu öyrәnmәsi, daha dәqiq desәk anasının ona vә ailәsinә olan xәyanәti sәbәb oldu. Belәliklә, o, nә anasını, nә atasını nә dә Cemmanı bağışlaya bilәcәyini düşündü. Bu hadisәlәrin cәrәyan etdiyi hәmin gün Artur ani alınmış bir qәrarla hәrkәsin hәyatından çıxdı. Mәhz elә hәmin gün Arturun «öldüyü» , Ovodun «doğulduğu» başqa sözlә desәk adını tarixә yazdıracaq bir qәhrәmanın hekayәsinin ilk günü oldu.
Romanın sonunda isә Cemmanın hәqiqәtlәri Ovodun ölümündәn sonra aldığı mәktubla öyrәnmәsi, imza әvәzinә uşaqlıqda öyrәndiklәri kiçik bir şeirlә bitәn bu mәktubda Ovodun Cemmaya olan sevgi etirafının öz әksini tapması vә atasına «ürәyin sadәcә mәnә aid olsun» deyәn Arturun ölümündәn qısa müddәt sonra Montanellinin mәhz «ürәk partlaması» ndan ölmәsi müәllifin dәrin düşüncәsinin tәzahürüdür.
«Ovod» romanının uğur qazanmasının sirri nədir? Birinci növbәdә mövzunun aktuallığında. Müәllif romanın mövzusunu İtalyanın inqilabi keçmişindәn – XIX әsrin 30 -40 -cı illәrindә hәmin ölkәdә baş verәn hadisәlәrdәn almış vә cәrәyan edәn hadisәlәri şövqlә, realistcәsinә, coşqun rәğbәt hissi ilә tәsvir etmişdir. İtaliyada baş verәn 1848 - ci il inqilabı XIX әsrin II yarısında digәr ingilis yazıçıların da diqqәtini cәlb etmişdir. Lakin nә Elizabet Barret – Brauninq, nә dә Meredit geniş xalq kütlәlәrinin narazılığının miqyasını Etel Lilian Voyniç qәdәr tәsirli şәkildә verә bilmәmiş, inqilabçı mübarizin parlaq obrazını onun qәdәr әlvan boyalarla yaratmağa müvәffәq olmamışlar. Voyniç yaradıcılığının ingilis әdәbiyyatında inqilabı – romantik әnәnә ilә әlaqәsi azadlıq sevәn İtaliya xalqını qızğın mübarizә ruhu ilә aşılanmış «Ovod» romanında açıq – aşkar nәzәrә çarpır.
Әbәs deyil ki, «Ovod» da әsәrin qәhrәmanı Cemma Uorrenin sevimli şairi Şellinin bu sözlәri sәslәnir: «Keçmiş ölümә mәxsus, gәlәcәk isә öz әlindәdir» . Şelli Ovodun özünün dә sevimli şairidir. Çox güman ki, İtaliyanın azadlığı uğrunda mübarizә aparmış böyük ingilis şairi Bayron müәyyәn mәnada «Ovod» romanının qәhrәmanının prototipi ola bilәrdi. Mәzlum xalqların milli azadlıq hәrәkatını yazıçının cәsarәtlә mübarizәyә qalxması bir dә bu baxımdan diqqәti çәkir ki, roman imperializm vә şovinizm ideyalarının tüğyan etdiyi bir dövrdә qәlәmә alınmışdır. İtaliya xalqının milli azadlıq hәrәkatından ruhlanan Voyniç İtaliyada 30 -40 -cı illәr inqilabi hәrәkatının materiallarını diqqәtlә öyrәnirdi.
Romanın ikinci vә üçüncü hissәlәrindә hadisәlәr birinci hissәdәki hadisәlәrdәn 13 il sonra cәrәyan edir. Mübarizәnin gedişindә toplanan tәcrübә inqilabçılara – romanın qәhrәmanlarına tәsirsiz qalmır. İndi onlar tәmkinlә, ehtiyatla hәrәkәt edir, atacaqları addımları yüz dәfә ölçüb bir dәfә biçirlәr. Onlar özlәrinin neçә - neçә yoldaşlarını itirsәlәr dә, ağır mәğlubiyyәtlәrә uğrasalar da, qәlәbә çalacaqlarına dәrin inam hissini itirmirlәr, onlar yeni hünәrlәrә, fәdakarlığa hazırdırlar.
«Gənc İtaliya» təşkilatı Yazıçı özünün başlıca vәzifәsini heç dә tәkcә XIX әsrin 30 - 40 -cı illәr İtaliyanın hәyatını incәliklәri ilә, milli istiqlaliyyәt uğrunda mübarizәni tәfәrrüatı ilә tәsvir etmәkdә görmürdü. Ovod obrazı onun keşmәkeşli taleyinin tarixçәsi vasitәsilә «Gәnc İtaliya» vәtәnpәrvәrlik tәşkilatının yaradıcısı Cüzeppe Mazdini, onun silahdaşı Cüzeppe Haribaldi kimi şәxsiyyәtlәr yetirәn inqilabi dövrün ruhunu vermәyә çalışmışdır. Voyniçin tәsvirindә «Gәnc İtaliya» tәkcә ölkәdә bütün vәtәnpәrvәrlәri sıx birlәşdirәn tәşkilat deyil, hәm dә gәncliyin mübariz ruhunun, ümumi işә hәdsiz sәdaqәtinin rәmzidir. İlk çağlarda «Gәnc İtaliya» tәşkilatının üzvlәri gözlәrimiz önündә vәtәnin azadlığı uğrunda çılğın, lakin tәcrübәsiz mübarizlәr kimi canlanırlar. Onlar sadәlövdürlәr, qarşıda duran vәzifәlәri, hansı yolla vә vasitәlәrlә mübarizә aparmaq tәlәb olunduğunu kifayәt qәdәr başa düşmürlәr.
«Ovod» obrazı İngilis әdibi Voyniçin öz hәmvәtәnlәri tәrәfindәn çox adi qarşılanan «Ovod» romanında tәsvir olunan hadisәlәr XIX әsrin 30 -40 -cı illәrindә italiyalıların Avstriya imperiyası ağalığına qarşı qәhrәmanlıq üsyanı fonunda baş verir. Әsәrin qәhrәmanı «Ovod» lәqәbi ilә tanınan gәnc Artur İtaliya xalqınının Avstriya zülmkarlarından qurtulması uğrunda inadlı mübarizә aparır. Azadlıq naminә vuruşlarda bәrkişәn vә şәxsiyyәt kimi yetişәn bu tәmizqәlbi tәlәbә mübarizәnin gedişindә sadәlöv idealistdәn zalımlara qarşı amansız çarpışan, yenilmәz ruhlu Feliçe Rivaresә çevrilir. Onun ölümqabağı yazdığı mәktub nikbinliyin tәntәnәsi, mübarizlәrin qәlәbә inamını möhkәmlәndirәn himn kimi sәslәnir.
Gənc vətənpərlər və İtaliya xalqı Gәnc vәtәnpәrlәr -Artur (Ovod), Bolla, Cemma, Martini apardıqları mübarizәdә tәk-tәnha deyillәr. Voyniç uzun illәr әrzindә işğalçılara müqavimәt göstәrәn İtaliya xalqının qәhrәman obrazını yaratmışdır. Kәndlilәr, qaçaqmalçı dağlılar hәyatlarını tәhlükә qarşısına qoyaraq, Ovoda kömәk edirlәr. Әlә keçәn vә zindana salınan Ovod hökumәt üçün çox tәhlükәli bir şәxsdir. Hökumәt yaxşı bilir ki, xalq öz qәhrәmanını xilas etmәk üçün heç nәdәn çәkinmәyәcәkdir. Ovod obrazında müәllif “ 48 -ci il adamlarının” sәciyyәvi xüsusiyyәtlәrini vermәyә müvәffәq olmuşdur. Cemma vә Martini kimi mübariz qәhrәmanlar da bu qәbildәndir. Artur faciәli surәtdә hәlak olsa da, «Ovod» romanı oxucuya nikbinlik hissi aşılayır: canlarını haqq işi uğrunda qurban verәnlәr әbәdi yaşayırlar.
«Qırılmış dostluq (Ovod – 2)» «Ovod özündәn asılı olan hәr şeyi elәdi. Üsyan onun günahı üzündәn yatırılmadı. O öz tapşırığının öhdәsindәn uğurla gәldi, lakin dağlılar siqnala cavab vermәdilәr. Üsyançıların mәğlubiyyәti ilә başa çatan vuruşdan sonra, o, dәstәsinin qalan üzvlәrini әn tәhlükәsiz yerә apardı, onlara lazımi göstәrişlәrini verdi vә onların xilası naminә yoldaşlarını tәrk elәdi» . Müәllifin yenidәn öz sevimli qәhrәmanı Ovoda müraciәt edәrәk onun Cәnubi Amerikadakı sәrgüzәştlәrini tәsvir etmiş olduğu «Qırılmış dostluq» romanı ideya insanlarının birindәn bәhs edir vә enerji ilә aşıbdaşan bugünkü Azәrbaycan gәncliyi üçün çox doğma olacağı şübhә doğurmur.
Əsərləri Ø Oliviya Letem Ø Cek Reymond Ø Uzun sürmәyәn dostluq Ø Ayaqqabılarını çıxar
Voyniçin vəfatı Etel Lilian Voyniç 1960 -cı il 28 iyulda Nyu-Yorkda vәfat etmişdir. Yazıçının vәsiyyәti yerinә yetirilәrәk, nәşi yandırılmış vә külü Nyu-Yorkun mәrkәzi parkında havaya sovrulmuşdur.
Hazırladı: Vәlizadә Fidan
- Slides: 19