RESPUBLKAMIZDA EHTIMAL OLUNAN ME YANINLARININ TRAF MHIT V
RESPUBLİKAMIZDA EHTIMAL OLUNAN MEŞƏ YANĞINLARININ ƏTRAF MÜHITƏ VƏ INSANLARA TƏSIRI, NƏTICƏLƏRININ ARADAN QALDIRILMASI TƏDBIRLƏRI TƏRTIB EDƏNI: DOS. Ş. D. DANYALOV
Meşələr yerin bitki örtüyünün əsas tiplərindən, biosferin isə əsas komponentlərindəndir. Bitkilərin bir çox həyat formalarına ancaq təbii meşələrdə təsadüf olunur. Meşə örtüyünü əsasən ağaclar, sonra isə kolluqlar-otlar, mamırlar və s. əhatə edir və bunlar boyuna görə bir neçə yarusda(hündürlükdə) olur. Birinci yarusu- palıd, fıstıq, şam, küknar kimi ən hündür ağaclar; ikinci yarusuvələs, cökə, ağcaqayın, çinar kimi orta boylu ağaclar; üçüncü yarusu-əzgil və yemişan kimi kol bitkiləri tutur; dördüncü və beşinci yarusları- alçaq kollar, müxtəlif meşə otları , təzə pöhrələr, mamırlar örtür.
Meşə hər bir xalqın milli sərvətidir və çox nəsillərə mənsubdur. Meşə həm də, sözün əsl mənasında, ”təbii kübrə” fabrikidir. Tarlaların münbitliyi meşələrdən çox asılıdır. Meşələr torpağın yuyulmasının və eroziyanın qarşısını alır, əkin sahələrini qoruyur, çayların mənbəyini su ilə təmin edir, iqlimi tənzimləyir, havanı təmizləyir. Alimlərin dediyinə görə, ərazinin 25 -30 faizi meşə ilə örtülü olan ölkədə heç vaxt quraqlıq hiss edliməz, tarlalardan daim sabit və yüksək məhsul götürülər. Əhəmiyyətinə görə meşələr 3 qrupa bölünür: Birinci qrup-xüsusi qoruyucu əhəmiyyəti olan meşələr; İkinci qrup-istismar əhəmiyyətli və qoruyucu əhəmiyyəti olan meşələr; Üçüncü qrup-oduncağa olan tələfatı ödəyən meşələr.
Azərbaycan ərazisində olan meşələr birinci qrupa aiddir və əsasən enliyarpaqlı ağaclardan ibarətdir. Bizim meşələrimizdə palıd, fıstıq, vələs, qaraçöhrə, saqqızağacı, dəmirağac, qovaq, fındıq, qoz, əzgil, zoğal və s. kimi qiymətli və nadir ağaclar çoxdur. Ölkəmizdə meşələr olduqca azdır və respublikamızın ərazisinin təxminən 11 faizini təşkil edir; əhalinin hər nəfərinə orta hesabla 0. 2 hektar meşə sahəsi düşür. Bu da keçmiş SSRİ respublikaları üzrə orta göstəricidən onlarca dəfə azdır. Buna görə də meşə yanğınları respublikamız üçün xüsusən ağır nəticələri təbii fəlakət sayıla bilər.
Bütün bunları nəzərə alaraq meşə yanğınlarına qarşı mübarizə üsulları barədə bir qədər müvəssəl məlumat verməyi lazım bilir və bunu vacib hesab edirik. Yanğın-insanın nəzarətindən çıxıb təlafat törədən odun kortəbii şəkildə yayılma-sıdır. Yanğın ətraf mühit üçün ən təhlükəli və fövqəladə hadisə səciyyəvi novlərin-dən biri meşə yanğınlarıdır. Meşə yanğınları zamanı od ağacları, kolları, tədarük edilmiş meşə materiallarını, ətraf binaları və tikililəri yandırıb məhv edir, yaxud zədələyir. Oddan zədələnmiş ağaclar zərərli xəstəliklərin yayılma mənbəyinə çevrilir ki, bu da nəinki bilavasitə zədələnmiş, həm də ətrafdakı meşə sahələrinin yoluxmasına və tələf olmasına səbəb olur. Yanğın nəticəsində meşənin qoruyucu, susaxlam və digər faydalı xassə-ləri azalır, buradakı heyvanlar tələf olur, meşə ehtiyatlarından istifadə pozulur.
Meşə yanğınlarının səbəbləri: Ø meşədə işləyən və ya dincələn zaman adamların odla düzgün davranmaması və ya yanğından mühafizə qaydalarına əməl etməməsi; Ø meşə işlərində yanğın təhlükəsizliyi cəhətdən nasaz texnikadan istifadə olunması; Ø ildırım nəticəsində baş verən alışmalar; Ø meşə yanğınları həmçinin, tək-tək yanğın ocaqlarının törətdiyi barədə xəbərdarlıq, rabitə və nəzarət işlərini yarıtmaz təşkili nəticəsində də baş verə bilər. Belə hallar alışma ocaqlarını söndürmək və onların yayılıb fəlakət törətməsinin qarşısını almaq üçün vaxtında tədbir görməyə imkan vermir. Ø yanğın təzə başlayanda onu söndürmək üçün operativ tədbirlər görülmədikdə də kiçik yanğın ocaqları yayılıb böyük fəlakətə çevrilə bilər.
Meşə yanğınlarının növləri: Meşə yanğınlarıodun hansı meşə elementlərində (meşə döşənəyi-xəzəl, ağaclarım gövdəsi, çətri və s. ) yayılmasına; yanğının yayılma sürətinə və əhatə etdiyi sahəyə görə müxtəlif növlərə əhatə edilir. Odun hansı meşə elementlərində yayılmasından asılı olaraqmeşə yanğınları: yeraltı(torf) yanğınlar, aşağı(yerüstü) yanğınlar və yuxarı yanğın növlərinə ayrılır. Yeraltı yanğınlar torflu meşələrdə baş verir. Belə yanğınlar xüsusilə təhlükəlidir. Yeraltı yanğınlarda kök sistemləri yanır və bitkilər kütləvi sürətdə məhv olur. Digər tərəfdən belə yanğınların qarşısının alınması və söndürülməsi daha mürəkkəbdir və çətin başa gəlir.
Aşağı yanğınlar meşələrimizdə daha tez-tez baş verir. Belə hallarda od ancaq yerin səthı boyu yayılaraq ağac gövdələrinin aşağı hissəsini və yerin üzünə çıxan kökləri yandırır. Aşağı yanğınların tezyayılan və davamlı növləri olur: Tezyayılan aşağı yanğın. Bu zaman canlı və cansız torpaq örtüyü, meşə bitkiləri, yerə tökülmüş yarpaqlar, ağacların aşağı hissəsinin qabığı və çılpaq köklər, iynəyar-paqlı cavan ağaclar və kol-kos yanır. Bu cür yanğın torpaq örtüyünün nəm yerlərin-dən yan keçərək çox sürətlə yayılır, buna görə də sahənin müəyyən bir qisminə od dəymir. Tezyayılan yanğınlar yazda tez-tez baş verir, çünki bu dövrdə ancaq üst qat qurumuş olur. Belə yanğında yanma əsasən alovlu olur.
Davamlı aşağı yanğın. Belə yanğın zamanı od dərinə gedib meşə döşənəyinin bütün qalınlığını əhatə edir, ağacların köklərini və qabığını yandırıb qaraldır, cavan ağacları, kol-kosu tamam məhv edir. Davamlı yanğınlar adətən meə döşənəyi yaxşı quruyan dövrdə-yayın ortalarında baş verir. davamlı aşağı meşə yanğınında yanma əsasən alovsuz olur. Əksər hallarda davamlı aşağı yanğın tezyayılan yanğının ikinci mərhələsi kimi meydana çıxır, çünki davamlı yanğın da tezyayılan yanğın kimi başlayıb yayılır, bu zaman döşənək və quru çör-çöp alışarsa, davamlı aşağı yanğın əmələ gələ bilər.
Yuxarı meşə yanğınları ağacların çətirlərinə od düşməsi, yarpaqların, xırda, bəzən də iri budaqların yanması ilə səciyyələnir. Belə yanğın zamanı alov həm yerin üzəri ilə, həm də ağacların çətirləri ilə yayılır. Aşağı yanğının alovu ağacların aşağı sallanmış budaqları və müxtəlif hündürlüklü cavan ağaclar vasitəsilə yuxarı kecir. Yuxarı yanğınlar çox vaxt dağ meşələrində sıldırım yamaclarda od yuxrıya yayıldıqda müşahidə edilir. Belə yanğının baş verməsinə güclü küləklər şərait yaradır.
Yuxarı meşə yanğınlarını da davamlı və tezyayılan növlərə ayırmaq olar: Davamlı yuxarı meşə yanğınları adətən sakit, küləksiz və ya zəif havada baş verir, aşağı yanğının kənarları hərəkət edib genişləndikcə od ağacların çətirlərinə yayılır. Bu vaxt döşənək, bitki örtüyü, çör-çöp qurumuş və cavan ağaclar, kol-kos budaqlar, hətta iri budaqlar yanır, ağacların gövdələri qarsaqlanır. Belə yanğına başdab-başa(ucdantutma) yanğın da deyirlər, çünki bu cür yanğından sonra ancaq ağacların yanıb kömürə dönmüş gövdələri qalır. Belə yanğın əsasən saatda 1 -2 km sürətlə yayılır.
Meşə yanğınının ön cəbhəsi. Yanğının külək istiqamətində yayılma xəttini deyirlər. Ön cəbhə adətən tezyayılan yuxarı yanğınlar zamanı daha aydın müşahidə edilir, sakit havada davmalı yuxarı yanğın isə aydın görünən cəbhəyə malik olmur. Küləyin istiqaməti dəyişdikdə yanğın cərgəsi də dəyişə bilər. Meşə yanğınının cinahları. Yanğının ön cəbhəsinin sol və sağ hüdudlarıdır. Ci-nahlarında yanğın ön cəbhəyə nisbətən xeyli az sürətlə yayılır. Meşə yanğınının arxa cəbhəsi(arxası). Yanğın cəbhəsinin küləyə əks istiqamət-dəki tərəfidir.
Tezyayılan yuxarı yanğın güclü külək şəraitində baş verir və külək istiqamətində ağacların çətiri ilə yayılır. Belə hallarda alov adətən ağaclara “sıçrayışla” yayılır və bəzən aşağı ön yanğın cəbhəsini xeyli ötüb keçir. Od ağacla-rın çətirləri vasitəsilə yayıldıqda, küləklə aparılan qığılcımlar, od tutmuş budaqlar və yarpaqlar əsas yanğından onlarla metr qabaqda, yeni aşağı yanğın ocaqları törədir. Belə sıçrayışlar vaxtı alov saatda 15 -20 km sürətlə çətirlərə yayılır. Lakin yanğının özünün yayılma sürəti az olur, belə ki, sıçrayışdan sonra od, çətirlərin yanıb qurtadı-ğı sahədən aşağı yanğın keçənə qədər ləngiyir.
Yanğın kənarlarının yayılma sürətinə və alovun hündürlüyünə görə aşağı və yuxarı meşə yanğınları-zəif yanğın, orta sürətli yanğın və güclü yanğın növlərinə aid edilir: Zəif aşağı meşə yanğını. Yayılma sürəti 1 metrə qədər olan yanğındır. Belə yanğın zamanı alovun hündürlüyü 0. 5 metrə çatır. Orta sürətli aşağı meşə yanğını. Yayılma sürəti dəqiqədə 3 metrə qədər olan yanğına deyilir. Belə yanğın zamanı alovun hündürlüyü 1. 5 metrə çatır. Güclü aşağı meşə yanğını. Yayılma sürəti dəqiqədə 3 metrdən çox, hündürlüyü 1. 5 metrdən artıq çatır. Zəif yuxarı meşə yanğını. Külək istiqamətində alovun yayılma sürəti dəqiqədə 3 metrə qədər.
Orta sürətli yuxarı meşə yanğını. Alovun yayılma sürəti dəqiqədə 100 metrədək. Güclü yuxarı meşə yanğını. Alovun çətirlərə yayılma sürəti dəqiqədə 100 metrdən artıq olur. Əhatə etdiyi sahəyə(miqyasına) görə meşə yanğınları məhdud və iri miqyaslı ola bilər. İri meşə yanğını sahəsi 2 kvadrat kilometrdən böyük olan meşə yanğınına deyilir. Belə yanğınlar, adətən hava şəraitinə görə meşələr-də fövqəladə yanğın təhlükəsi yarandıqda-ilin isti aylarında uzun müddətli quraqliqlar zamanı törəyir. İri meşə yanğınlarında çox vaxt müxtəlif yanğın növlərinin elementləri müşahidə edilir. Küləyin istiqamətindən və yanar materialların miqdarından asılı olaraq yanğının kənarları müxtəlif sürətlə yayılaraq yanğını mürəkkəb konfiqurasiyasını yaradır. Buna görə də belə yanğının əsas elementləriyanğının cəbhəsinə(ön kənarını), cinahlarını və arxa cəbhasini müəyyənləşdirmək çətin olur.
- Slides: 23