Referat Cfrov Coqun daretmd qrar qbul etmnin rolu
Referat Cəfərov Coşqun İdarəetmədə qərar qəbul etmənin rolu
İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI Menecment həmişə qərarların hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi ilə əlaqədardır. İqtisadiyyatın istənilən bir səviyyəsində idarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsi idarəetmənin təkmilləşdirilməsini və onun çevikliyini təmin etməlidir. Ø hərtərəfli əsaslandırma; Ø səriştəlilik; Ø qanunilik; Ø direktivlik və məcburilik; Ø lazımi tamlıq və komplekslik; Ø Ø operativlik və vaxtında verilməsi; əvvəl qəbul olunmuş qərarla uzlaşma; nəticəlilik; qərarların dəqiq və aydın ifadə olunması; qənaətlilik və səmərəlilik.
İdarəetmə qərarlarının keyfiyyətinə təsir edən amillər İdarəetmə qərarlarının kehfiyyətinə bir çox amillər təsir göstərir. Həmin amilləri iki qrupa ayırmaq olar: Ø Qərarın qəbul edliməsinin keyfiyyətini müəyyən edən amillər. Buraya daxildir: təsirin məqsədi; idarəolunan sistemin qanunları; idarəetmənin qanunauyğunluqları və prinsipləri; qərarın hazırlaması metodu və metodikası; qərarın hazırlanmasının təşkili; informasiyanın həcmi, tamlığı və əhəmiyyəti; qərarın hazırlanması vaxtı; qiymətləndirmənin subyektiv amilləri. Ø Qərarın həyata keçirilməsinin keyfiyyətini müəyyən edən amillər. Bu amillər sırasına daxildir: idarəolunan sistemin vəziyyəti; idarəetmə kadrları; idarəetmə metodları; idarəetmənin təşkilat formaları; idarəetmənin təsərrüfat mexanizmi; qərarların həyata keçirilməsi vaxtı; sosial-psixoloji iqlim; rəhbərin nüfuzu.
İdarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsinin mərhələləri İdarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsi üzrə birtipli proses dörd mərhələdən ibarətdir: q 1. Problemin əsaslandırılması. Qərarın və vəzifələrinin müəyyən edilməsi. q 2. İnformasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi. q 3 q 4. İdarəetmə qərarlarının hazırlanması. İdarəetmədə qərarların qəbul edilməsi və həyata keçirilməsi.
Qərar qəbulu prosesində icra edilən əməliyyatlar v Birinci mərhələdə idarəetmə obyekti öyrənilir, onun xarici və daxili mühitinə dair məlumatlar toplanır. Bu mərhələdə həll olunan problem əsaslı və dəqiq şəkildə ifadə olunmalıdır. Qərarın məqsədi, vəzifələri, məqsədin əldə edilməsi kriteriləri dəqiq müəyyən olunur. v İkinci mərhələ informasiyanın yığılması, oxşar problemlərin həlli təcrübəsinin öyrənilməsi, həll ediləcək problem üzrə biliklərin həcmi və səviyyəsinin qiymətləndirilməsi, problemin həlli üçün lazım olan resursların öyrənilməsi məsələlərini əhatə edir. v Üçüncü mərhələdə qərarların hazırlanması üçün müxtəlif modellər və metodlardan istifadə olunur, idarəetmə qərarlarının modeli hazırlanır. Mühüm əməliyyatlardan biri qərar layihəsinin bir neçə variantinin hazırlanmasıdır. Sonra bu variantlar içərisindən ən səmərəlisi seçilir. Qərar layihələri geniş müzakirə olunmalıdır. Qərarın layihəsinin mütəxxəsislər və idarəetmə aparatı işçiləri arasında müəssisə yığıncaqlarında və müşahidə şuralarında geniş müzakirəsi istehsalın idarə edilməsinə bütün əməkdaşların cəlb olunmasına, qərarın ən yaxşı variantının və onun həyata keşirilməsi metodlarının seçilməsinə imkan verər. v Dördüncü mərhələ idarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsini əhatə edir. Idarəetmə qərarının ən yaxüı variantı inzibati aktlarla rəsmiyyətə salınır. Bu zaman qərarın yerinə yetirilməsi müddəti, məsul şəxslər, lazımi resurslar, yerinə yetirmə metodları və hesabatların təqdim olunması metodları göstərilməlidir.
Qərar qəbulu metoduna görə üsullar Üsul fərqliliyinə görə qərarlar 3 qrupa bölünür. 1. İntuitiv qərar; 2. Müşahidə və ya səriştə əsasında qərar; 3. Rasional qərar. İntuitiv qərar - hər bir rəhbər işçinin (menecerin) intuisiya əsasında qəbul etdiyi qərardır. Bu halda, daxili hissin hökmü əsas götürülür və heç bir təcrübəyə və ya elmi biliyə istinad edilmir. Mülahizə və ya səriştə əsasında qərar - aparılmış müşahidələrin yekunlaşdırılması və yaxud da əvvəllər baş vermiş pozuntuların (xətaların) həlli zamanı müsbət nəticə vermiş təcrübənin (səriştənin) tətbiqi yolu ilə olur. Bu halda həm ayrı-ayrı fərdlərin, həm də ümumi kollektivin təcrübəsinə və səriştəsinə əsaslanmaq olar. Rasional qərar - elmi və təcrübi biliklərintətbiqi, rəhbər işçinin intellektual səviyyəsi və qabiliyyəti əsasında qəbul olunur. Bu halda əsas meyar, elmi - nəzəri biliklərə və həm də qabaqcıl təcrübəyə və müasir elmi metodlara əsaslanmaqdır.
İdarəetmə əməliyyatı anlayışı İdarəetmə əməliyyatı – müəyyən struktur bölməyə daxil olan idarəetmə informasiyasının işləməsinin parçalanmayan texnoloji prosesidir. Əməliyyatın üç növünü fərqləndirirlər: formal, alternativ və həlledici. ü Formal əməliyyata elə əməliyyatlar daxildir ki, burada icraçılar heç bir qərar qəbul etmədən əvvəlcədən məlum olan alqoritm üzrə fəaliyyət göstərirlər. ü Alternativ əməliyyatlar elə əməliyyatlara deyilir ki, onların yerinə yetirilməsi prosesində məntiqi şərtlər yoxlanılır, qərar variantları təhlil edilir və təklif olunur, lakin qərarlar qəbul olunmur. ü Həlledici əməliyyatlar qərarın qəbuledilməsi ilə birlikdə alternativ əməliyyatlardır.
Qərar qəbulunun iqtisadi mahiyyəti
Qərarlar ağacı(Decisions Tree)
Nəticə Effektiv qərarlar məlumat və verilənlərin analizinə əsaslanır. Nəticələrin qiymətləndirilməsi gələcəyə istiqamətli planların hazırlanmasında, yeni qərarların qəbul olunmasında da yol göstərici xüsusiyyətə malikdir. Bu səbəbdən müəssisənin fəaliyyət nəticələrinin analiz edilməsi və müəssisənin fəaliyyət səmərəliliyinin ölçülməsi zəruridir. Analiz qabiliyyəti alınan qərarların nəticələrinin uzunmüddətli perspektivdə müsbət olmasını təmin edir. Sağlam analizlər çox sayda həll və hərəkət alternativinin hazırlanması prosesini də asanlaşdırır.
Diqqətinizə görə təşəkkürlər!!!
- Slides: 12