Quba Xanl imali Azrbaycanda XVII srin ikinci yarsnda
Quba Xanlığı Şimali Azərbaycanda XVII əsrin ikinci yarısında yaranmış feodal dövləti Hüseynzadə Xanım 261 saylı məktəb-lisey 7 c sinfi
Quba xanlığının banisi olan Hüseynəli xan (1726 -1758) hələ 1726 -cı ildə Rusiya çarı tərəfindən bu vəzifəyə təyin edilmişdi. Onun iqamətgahı əvvəlcə Xudat qalası, 1735 -ci ildən etibarən isə Quba şəhəri olmuşdur. Xanlığın ərazisində təsərrüfat inkişaf etmişdi. Bunun əsas səbəbi isə Nadir şahın yürüşləri zamanı Qubanın daha az ziyan çəkməsi olmuşdur. XVII əsrin əvvələrində Salyan Quba xanlığından asılı vəziyyətə düşdü. Nadirin ölümündən sonra Salyan nahiyəsi 1756 cı ildə yenidən Qubaya qatıldı. Bu hadisə xanlığın ərazisini genişləndirmək yolunda dayaq nöqtəsi oldu.
Qubalı Fətəli xan Qubalı Hüseynəli xanın oğludur. Quba xanlığının 1758 -1789 -cu illərdə idarə edib. Xanlığı möhkəmləndirmək üçün bir sıra islahatlar həyata keçirib. Onun keçirdiyi vergi islahatları ilə tanış olaq : 1) Vergilərin mahal naibləri tərəfindən toplanması qaydası ləğv olundu. Çünki naiblər verginin bir hissəsini özləri üçün saxlayırdılar. 2) Əmrə əsasən, kətxudalar kəndlilərdən topladığı vergini xan xəzinısinə özü şəxsən təhvil verməli idi. 3) Bəzi mükəlləfiyyətlər yalnız xan yasavullarının tələbi ilə yerinə yetirilsin.
Köçürmə siyasəti �Fətəli xanın bu siyasətinə əsasən, cənub xanlıqlarından xeyli əhali Şabrana köçürüldü. �Dövlətin sərhədlərini möhkəmləndirmək üçün Muğandan şahsevən tayfalarının bir hissəsini də xanlığın ərazisinə köçürtdü. �Şirvanda öz mövqelərini möhkəmlaəndirmək üçün Dərbənd xanlığının əhalisinin bir hissəsini buraya köçürtmüşdü.
Birləşdirmə siyasəti • • • Fətəli xan Dərbənd üzərinə 1759 -cu ildə yürüşə başlayıb. Onun bu yürüşdə əsas müttəfiqləri Cənubi Dağıstan əmirləri idi. İkiaylıq döyüşlərdən sonra Dərbənd ələ keçirilir. Şəhərin mühafizəsi Fətəli xanın arvadı Tuti Bikə xanıma tapşırılır. Dərbənddən sonra əsas diqqətini Bakı xanlığına yönəldən Fətəli xan 1767 -ci ildə Abşeronu və Bakını Qubanın təsir dairəsinə sala bilir. Bu hadisələrdən sonra Fətəli xan Şamaxını da öz ərazisinə daxil etmək istəyir. Çünki, Şamaxı xanlığının Qubaya qatılması Fətəli xanın Qarabağ və Şəkiyə yolun açmaqla bərabər həm də, cənub torpaqlarına doğru irəlliləyişdə mühüm rol oynayırdı. Artıq 1768 -ci ildə Cavad xanlığı da Qubanın tabeliyinə keçdi. Artıq Azərbaycanın şimal-şərqi torpaqları vahid halda birləşmişdilər. •
Gavduşan döyüşü (1774) 1774 -cü ilin iyul ayında Xudat yaxınlığındakı Gavduşan çölündə Quba xanlığı ilə Fətəli xanın qaynı olan Qaraqaytaq usmisi Əmir Həmzə, Şamaxı xanı Ağası xan və Dağıstan hakimlərinin birləşmiş qüvvələri arasında qanlı döyüş oldu. Bu döyüşdə Fətəli xan məğlub olaraq Salyana çəkildi. Bu vaxt onun düşmənləri Qubanı və Şamaxını tutdular, Dərbəndi mühasirəyə aldılar. Həmin vaxt Dərbəndin mühafizəsinə Fətəli xanın arvadı Tuti Bikə başçılıq edirdi. Onun qardaşı Əmir Həmzə hiylə işlədərək ölmüş bir əsgəri tabuta qoyub Dərbənd divarlarına qədər uzanan bir matəm mərasimi düzəltdi. Lakin Tuti Bikə buna inamayaraq şəhərin təslimindən boyun qaçırdı. Lakin mühasirə uzanaraq təxminən 9 ay davam etdi. Artıq şəhərdə aclıq başlamış və xəstəliklər yayılmışdı. Bunu başa düşən Fətəli xan Rusiyaya müraciət edərək 1775 -ci ilin mart ayında rus qoşununun köməyilə qələbə çalmışdı.
Siyasətin baş tutmaması Fətəli xanın planlarına Azərbaycanın cənub torpaqlarını da öz dövlətinə qatmaq daxil idi. Bu məqsədlə o, 1784 -cü ilin yay aylarına Cənuba hücum edir. Avqustda isə Ərdəbil və Meşkin şəhərləri ələ keçirilir. Lakin bu addım Rusiyanın narazılığına səbəb olduğundan Fətəli xan burada möhkəmlənə bilmir. Ölkədə pərakəndəlik, xarici dövlətlərin buraya müdaxiləsi, iqtisadi əlaqələrin zəifliyi və digər amillər səbəbindən Fətəli xanın birləşdirmə siyasəti baş tutmur.
Əhməd xan(1789 -1791) və Şeyxəli xan(1791 -1780) Fətəli xanın vəfatından sonra hakimiyyətə gələn oğlanları. Bu dövrdə xanlıq zəifləyir və tabeliyində olan xanlıqlar ona itaət etməkdən boyun qaçırırlar.
Şeyxəli xan
Qazıqumux hakimləri ilə uzun sürən müharibədən sonra Şeyxəli xan yenidən Dərbəndi Quba xanlığına birləşdirdi. 1806 -cı ildə Quba xanlığı Rusiya İmperiyasına birləşdirildi. Lakin Şeyxəli xanlığın dağ rayonlarında işğalçılara qarşı müqavimət göstərirdi. 1796 -cı ilin sentyabrında Qazıqumuq xanı ilə birləşərək Qubanın Alpan kəndi yaxınlığında 500 nəfərlik rus hərbi dəstəsini darmadağın etdi.
- Slides: 12