nsann yaratd abidlr yaad yerlr zahirn dilsiz olsa
İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Zəngin müşahidə qabiliyyəti və mütəxəssisin gözü isə bu abidələrdən çox şirləri oxuyur. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. formalaşmasında mühüm rol oynayır.
Azıx mağarası. Azərbaycan Respublikasının Qarabağ regionunda mövcud olan Azıx mağarası ən qədim insan məskənlərindən biridir. Azıx mağarası (Azıx-qədim türk dillərində ayı deməkdir) - Azərbaycan Respublikası ərazisində ən iri karst mağarasıdır. Mağara Füzuli şəhərindən 14 km şimal-qərbdə, Xocavəndə yaxın ərazidə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdədir. 1968 -ci ildə Azıx mağarasında tapılmış ibtidai insanın çənə sümüyünün bir hissəsi Azərbaycanm ən qədim insan məskənlərindən biri olduğunu sübut etməyə imkan vermişdir.
Əsgəran qalası. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid «Əsgəran qalası» mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. İki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2 -3 m-dir. 1810 -cu ildə Rusiya ilə İran arasında sülh danışıqları «Əsgəran qalası» nda aparılmışdır.
Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq Qarabağ xanı Pənahəli xan 1753 -cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Bayat qalası və xanlığın mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır. Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala. Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəngyumurta sarısı qatışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır.
Xudavəng monastır kompleksi ("Xotavəng monastırı" - farscadan tərcümədə "təpədə yerləşən"; "Dədəvəng monastırı") — Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban məbəd kompleksi. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib. Ermənilər yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filmlərdə çox ustalıqla alban abidəsini erməni kilsəsi kimi təqdim edir və ulu Artsakın maddimədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar çatdırırlar.
Gəncəsər keçmiş Ağdərə rayonunun(indiki Kəlbəcər) Vəngli kəndində, Xaçın çayın sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991 -1994 -cü illər Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216 -1238 -ci illərdə inşa edilmişdir". VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi - Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax" və ya "Arsax" adlanmışdır. Uzun müddət Alban xristianlarının iqamətgahı olmuş məbəd dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır.
Ağoğlan monastırı - Azərbaycan Rspublikası Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Ağoğlan məbədi V - VI əsrlərə aid alban monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna - monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan qəsri Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir. Ermənistan 1992 -ci ildə bu əraziləri işğal etdikdən sonra Ağoğlan qəsrini təmir etmək adı altında abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus ornament və simvolları ya tamamilə silmiş, ya da formalarını dəyişdirmişlər.
Sarı Musa türbəsi Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşaatı 15 iyul 1314 -cü ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o çağdakı Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşaraq kəndin adını da “Xaçın + türbə(t) + li” müəyyənləşdirmişdir.
Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan İran tərəfdən gözlənilən təhlükədən qorunmaq üçün strateji cəhətdən əlverişli bir yerdə, möhkəm qala tikdirmək qərarına gəldi. Bu qala, həm də xanlığın mərkəz qalası olmalı idi. Bu məqsədlə, Ağdamın 10 kilometrliyində dağların ətəklərində çeşməli bir ərazini seçdi. Şahbulaq qalasının burada salınması hər cəhətdən əlverişli idi. Daha doğrusu, təhlükəsiz idi. Xanlığın mərkəzi olacaq bu qala, tarixçilərin dediyinə görə, 1751 -1752 -ci illərdə tamamlanmışdır. Şahbulaq qalasının içərisində yaşayış binaları, hamam, məscid və bazar tikilmişdir. Şahbulaq qalası hündür divarlarla əhatə olunmuşdur. Xanın iqamətgahı səkkizqülləli qəsrdə yerləşirdi. Qala düzbucaqlı olmuş, yonulmamış daşlardan tikilmişdir. Qalanın içərisindəki tikililərin çoxu dağılmışdır. Son dövrlərdə erməniləlr qalanı bərpa edərək kilsə kimi istifadə edirlər.
Gavurqala — Azərbaycan espubliksı ərazisində erkən orta əsrlər dövrünə aid şəhər xarabalığı. Gavurqala şəhər yeri Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində yerləşir. Mərkəz hissəsi düz səthlidir. Ətraf ərazidən 6 -8 m yüksəklidədir. Burada ilk arxeoloji tədqiqatlar 1958 -ci ildə aparılmışdır. Qazıntılar nəticəsində ərazidə III-V əsrlərdən başlayaraq X-XI yüzilliyə qədər yaşayışı özündə əks etdirən 4 metr qalınlığında mədəni təbəqə üzə çıxarılmışdır. Yaşayış yerində əsas inşaat materialı kimi daşdan, bişmiş və çiy kərpicdən, kirəmitdən istifadə edilmişdir. Binalar yüksək sənətkarlıqla tikilmişdir.
Xocalı- İşğal olunmuşdur - 1992 -ci il 26 fevral • Ərazisi 970 km 2 • Əhalinin sayı 11567 • Şəhid olmuşdur 613. Əlil olmuşdur 657 • Milli qəhrəmanlar 10 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti 29 • Mədəni-məişət obyekti 80 Şuşa-İşğal olunmuşdur - 1992 -ci il 8 may • Ərazisi - 289 km 2 • Əhalinin sayı - 24900 • Şəhid olmuşdur - 193 • Əlil olmuşdur - 102 • Milli qəhrəmanlar - 5 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur: • Sənaye və tikinti obyekti - 27 • Mədəni-məişət obyekti - 103 • Şəhər, qəsəbə və kənd - 31 • Tarixi abidə və muzeylər - 249 • Tarixi abidə - 17 Laçın-İşğal olunmuşdur - 1992 -ci il 18 may • Ərazisi - 1875 km 2 • Əhalinin sayı - 60000 • Şəhid olmuşdur - 259 • Əlil olmuşdur - 225 • Milli qəhrəmanlar - 6 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur: • Mədəni-məişət obyekti - 575 • Qəsəbə və kənd - 26 • Şəhər, qəsəbə və kənd - 10 • Tarixi abidə - 12
KƏLBƏCƏR-İşğal olunmuşdur - 1993 -cü il 2 aprel • Ərazisi - 1936 km 2 • Əhalisinin sayı - 55000 • Şəhid olmuşdur - 217 • Əlil olmuşdur - 49 • Milli qəhrəmanlar - 2 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti - 29 • Mədəni - məişət obyekti - 134 • Qəsəbə və kənd - 132 • Tarixi abidə - 87 AĞDAM-Işğal olunmuşdur - 1993 -cü il 23 iyul • Ərazisi - 1154 km 2 • Əhalinin sayı - 158000 • Şəhid olmuşdur - 538. • Əlil olmuşdur - 587 • Milli qəhrəmanlar - 17 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti 48 • Mədəni-məişət obyekti 598 • Qəsəbə və kənd - 122 • Tarixi abidə - 27 CƏBRAYIL-İşğal olunmuşdur - 1993 -cü il 23 avqust • Ərazisi - 1050 km 2 • Əhalinin sayı - 52049 • Şəhid olmuşdur - 347 • Əlil olmuşdur - 172 • Milli qəhrəmanlar - 4 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti - 197 • Qəsəbə və kənd - 90 • Tarixi abidə - 27 FİZULİ-İşğal olunmuşdur - 1993 -cü il 23 avqust • Ərazisi - 1112 km 2 • Əhalinin sayı - 95940 • Şəhid olmuşdur - 528 • Əlil olmuşdur - 1309 • Milli qəhrəmanlar - 6 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti 145 • Qəsəbə və kənd - 54 • Tarixi abidə - 15
Qubadlı-İşğal olunmuşdur - 1993 -cü il 31 avqust • Ərazisi - 826 km 2 • Əhalinin sayı - 33800 • Şəhid olmuşdur - 232 • Əlil olmuşdur - 146 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti - 205 • Qəsəbə və kənd 94 • Tarixi abidə - 12 Zəngilan-İşğal olunmuşdur - 1993 -cü il 29 oktyabr • Ərazisi - 707 km 2 • Əhalinin sayı - 35500 • Şəhid olmuşdur - 191 • Əlil olmuşdur - 110 • Milli qəhrəmanlar - 2 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti 138 • Qəsəbə və kənd 81 • Tarixi abidə 13
Qətnamə 822 (1993) 30 Aprel 1993 -cü il Təhlükəsizlik Şurası -Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir; Qətnamə 874 (1993) 14 oktyabr 1993 -cü il Təhlükəsizlik Şurası Bütün tərəfləri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır 822 (1993) və 853 (1993) saylı qətnamələrindəki çağırışlarını təkrar edir; BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri Qətnamə 884 (1993) 12 noyabr 1993 -cü il Təhlükəsizlik Şurası-Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, pisləyir; Qətnamə 853 (1993) 29 iyul 1993 -cü il Təhlükəsizlik Şurası Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir;
- Slides: 21