NSANIN QAN DAMAR SSTEM Bu slaydda biz insann
İNSANIN QAN DAMAR SİSTEMİ Bu slaydda biz insanın qan damar sistemi ilə tanış olacağıq. İnsanın qan damar sistemi ürək və qan damarlarından ibarətdir. Bizi yaşadan və damarlarımızda hər gün axan qan haqqında müəyyən biliklərə yiyələnmək üçün ümid edirəm, bu slayd sizə kömək edəcəkdir
Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arterialar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapilyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur.
BÖYÜK VƏ KİÇİK QAN DÖVRANI NƏDİR? Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Ürəyin sol şöbəsindən başlayaraq üzv və toxumalardan keçməklə sağ şöbədə bitən qan dövranı "böyük qan dövranı" adlanır.
Yuxarıda insanın kiçik və böyük qan dövranı təsvir edilmişdir
Qanın damarlarda KİÇİK dövran ilə hərəkəti Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur.
Qanın damarlarda BÖYÜK dövran ilə hərəkəti Bu mərhələdə qan yenidən oksigenini itirib, alqırmızıdan tünd qırmızıya çevrilir. Hüceyrələrdə gedən maddələr mübadiləsindən hasil olan karbon qazı kapilyar torunda qana yüklənərək, yığıcı venalarla toplanaraq, eyni şəkildə kiçikdən böyüyə doğru ötürülür. Sonra ürəyin sağ qulaqcığına və mədəciyinə çatır, oradan da karbon qazından təmizlənmək və oksigenlə zənginləşmək üçün ağciyər arteriyası vasitəsilə ağciyərlərə qovulur. Beləliklə, qan insan bədənində sirkulyasiya, daha doğrusu hərəkət edir.
Qan dövranı başlanğıcı və sonu ürəkdə olan qan damarları yoludur. Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ilə başa çatdırır. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı isə sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında bitir. Qanın damarlarda hərəkəti müxtəlifdir
İnsanda qan təzyiqi Qan təzyiqi bütün damarlarda eyni deyil. Kiçik mənfəzli arteriyalarda təzyiq 80– 85 mm-ə, arteriyalarda 30– 35 mm-ə, kapilyarlarda isə 10– 15 mm-ə bərabər olur. Hər dəfə ürəyin sol mədəciyində yığılan qan müəyyən təzyiqlə aortaya vurulur. Bu zaman aorta və arteriyaların divarları ritmik rəqsi hərəkət edir ki, buna da nəbz deyilir. Hər nəbz ürəyin mədəciyinin bir yığılmasına uyğundur və onu arteriya damarlarının bədən səthinə çıxan yerlərində (biləyin içəri tərəfində, gicgahlarda, boyun yanlarında və s. ) müşahidə etmək olar. Qanın damarlarda hərəkət surəti nəbz dalğalarının hərəkət surətinə uyğun gəlmir. Əgər aortada qanın hərəkət sürəti 0, 3 -0, 5 m/saniyəyə bərabərdirsə, nəbz dalğalarının surəti iri aortada 69, 5 m/saniyəyə çatır.
Qanın quruluşu Qan plazma və formalı elementlərdən təşkil olunmuşdur
Dibə çökən hissə qanın formalı elementləri, üzərinə çıxan hissə isə qanın plazmasıdır. Qan plazması şəkildən göründüyü kimi, maye halındadır
ÜRƏK Ürək - hər kəsin əsas orqan adlandırdığı orqandır. Lakin ”əsas orqan”anlayışı elmdə öz əksini tapmamışdır. Çünki orqanların tam bir vəhdət halında fəaliyyət göstərməsində hər orqanın özünəməxsus rolu vardır.
Ürək - ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur. döş qəfəsində yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır.
Ürəyin Kameraları Ürək xaricdən ön və dal mədəcikarası və köndələn şırımlar vasitəsilə dörd kameraya bölünür: yuxarı hissələrinə sağ və sol qulaqcıq deyilir. Sağ qulaqcıq sol qulaqcıqdan qulaqcıqarası arakəsmə və sağ mədəcik sol mədəcikdən mədəcik arası arakəsmə vasitəsilə ayrılmışdır; lakin sağ qulaqcıq sağ mədəcik ilə və sol qulaqcıq sol mədəcik (ostia venosum dextrum et sinistrum – BNA)adlanan dəliklər vasitəsilə birləşir.
Qan damar sistemi haqqında Maraqlı məlumatlar • Anabətnindəki uşağın qan dövranı timsahın qan dövranı ilə tam oxşardır. Səbəb ana bətnindəki uşağın ürəyinin, qulaqcıqlararası çəpərindəki oval pəncərənin və aorta qövsü ilə ağciyər kötüyü arasındaki Botal axacağın açıq olmasıdır. • Qalen iddia edirdi ki, ürək özü qanı istehsal edir. Ancaq 1616 -cı ildə Uilyam Xarvisinin qan dövranı sisteminin açılışı göstərdi ki, orqanizmdə qanın məhdudlaşdırılmış miqdarı mövcuddur və o bədəndə dövran edir. • Klarnet dinləmək qan dövranını tənzimləyir.
Tərtibatçı : MƏDƏTLİ DİLBƏR • İzlədiyiniz üçün təşəkkürlər!
- Slides: 16