nsan Hquqlar Haqqnda Avropa Konvensiyasnda tsbit olunmu Yazma
İnsan Hüquqları Haqqında Avropa Konvensiyasında təsbit olunmuş Yazışma sirrinə hörmət hüququnun müdafiəsi Təlimçi: Vəkil Ramil Rüstəmov 2017
2 “Yazışma” anlayışı nə deməkdir? Yazışma sirrinin toxunulmazlığı hüququ şəxsi yazışmaların və danışıqların konfidensiallığını təmin etmək məqsədi daşıyır. a) Elektron kommunikasiyaların köhnə formaları, məsələn telekslər (Christie v. The UK) b) Telefon danışıqları, o cümlədən onlarla əlaqədar məlumatlar, məsələn bu danışıqların tarixi və müddəti, hansı nömrələrə və ya nömrələrdən zəng vurulması: (Klass and others v. Germany) c) Peycer mesajları (Taylor- Sabory v. The UK)
3 d) Elektron mesajları (elektron məktubları), internetdən şəxsi istifadənin izlənilməsi nəticəsində əldə edilən məlumatlar (Copland v. the UK) e) Radiorabitə vasitəsilə şəxsi danışıqlar ( B. C v. the Switzerland ə) Biznes fəaliyyətlərinin və ya biznesin həyata keçirildiyi tikililərin izlənilməsi nəticəsində əldə edilmiş yazışmalar və ya qeydə alınmış danışıqlar ( Kopland v. the UK) f) Vəkilin ofisində axtarış zamanı götürülmüş məlumatlar (Wieser and Bicos Beteiligungen GMBH v. Austria) g) Gömrük əməkdaşlarının müsadirə etdiyi bağlamalar (X. V. the UK)
4 Yazişma sirrinin toxunulmazlığı hüququ nə zaman pozulmuş hesab edilir? a) Məktubun açılıb oxunması (Narinen v. Finland) AHİM-in fikrincə bir məktubun açılması artıq yazışma sirrinin toxunulmazlığı hüququna müdaxilənin baş verməsi üçün yetərlidir. b) Elektron məlumatların götürülməsi (müsadirəsi) (Wieser and Bicos Beteiligungen GMBH v. Austria) AHİM-in fikrincə elektron məlumatlar peşə sirrinin predmetini təşkil edirdi və onların müsadirəsi yazışma sirrinin toxunulmazlığı hüququnu pozmuşdur.
5
6 • Yazışma sirrinin toxunulmazlığı hüququ: bu hüquq hansı əlaqə formalarına şamil olunur? • Şəxsin yazışma sirrinin toxunulmazlığı hüququ şəxsi yazışmaların və danışıqların konfidensiallığını təmin etmək məqsədini daşıyır və şəxsin digər şəxslərlə yazışmalarının və söhbətlərinin izlənilməməsini və ya senzuraya məruz qalmamasını təmin edən hüquq kimi şərh olunur. Müdafiənin səviyyəsinə gəlincə, bu hüquq üçün kifayət qədər yüksək müdafiə həddi nəzərdə tutulub, belə ki, bircə məktubun açılıb oxunması bu hüququn pozulması üçün kifayətdir. 109 Kommunikasiyalar sahəsində qeydə alınan texnoloji nailiyyətlər Məhkəmə tərəfindən mütəmadi olaraq nəzərə alınır, belə ki, Məhkəmə «yazışma» sözünə
7 şərh verərkən bu sahədəki inkişafı nəzərə alır. Kağız üzərində yazılan ənənəvi məktublardan əlavə, 8 -ci maddənin məqsədləri üçün «yazışma» anlayışı həm də aşağıdakıları bildirir: a) elektron kommunikasiyaların köhnə formaları, məsələn, telekslər; b) telefon danışıqları, o cümlədən onlarla əlaqədar məlumatlar, məsələn, bu danışıqların tarixi və müddəti, hansı nömrələrə və ya nömrələrdən zəng vurulması; peycer mesajları; v) elektron mesajlar (elektron məktublar) və İnternetdən şəxsi istifadənin izlənilməsi nəticəsində əldə edilən məlumatlar;
8 q) radiorabitə vasitəsilə şəxsi danışıqlar (ictimai radiotezlik dalğaları vasitəsilə həyata keçirilən və beləliklə başqalarının eşidə biləcəyi danışıqlar buraya aid deyil); d) biznes fəaliyyətlərinin və ya biznesin həyata keçirildiyi tikililərin izlənilməsi nəticəsində əldə edilmiş yazışmalar və ya qeydə alınmış danışıqlar; e) vəkilin ofisində axtarış zamanı götürülmüş məlumatlar; f) gömrük əməkdaşları tərəfindən müsadirə olunmuş bağlamalar.
9 Məhkəmənin rəyinə görə, danışıqların gizli dinlənilməsi üçün ofis telefonundan istifadə edilməsi 8 -ci maddənin tətbiqinin mümkünlüyü məsələsi üçün əhəmiyyət daşımır. Yazışmaları göndərən və ya alan şəxsin kimliyi əhəmiyyət daşıyırmı? Yazışma sirrinin toxunulmazlığı hüququ hər kəs üçün təmin edilsə də, yazışmalarına və ya danışıqlarına müdaxilə edilmiş şəxslərin kimliyi həmin müdaxiləyə 8 -ci maddənin 2 -ci bəndi ilə haqq qazandırmağın mümkünlüyü məsələsinin müəyyənləşdirilməsi zamanı əhəmiyyət kəsb edir. Buna görə də bu məsələ bir qədər daha ətraflı nəzərdən keçiriləcək.
10 • Ümumiyyətlə, konfidensiallığı qorunmalı olan müəyyən yazışmalar və ya söhbətlər, məsələn, vəkillə onun müştərisi arasındakı yazışmalar və ya danışıqlar yüksək dərəcədə müdafiə ilə təmin edilməlidir. Lakin işin konkret hallarından asılı olaraq adi şəxslər arasındakı yazışmaların da eynilə yüksək dərəcədə müdafiə ilə təmin edilməsi tələb oluna bilər, məsələn, məktubu göndərən və ya alan şəxsin məhbus olması belə hallara misal ola bilər. Silver və başqaları Birləşmiş Krallığa qarşı (Silver and others v. the UK) Yazışmaların məzmunu əhəmiyyət daşıyırmı? • Yazışmaların və ya danışıqların məzmunu hüquqlara müdaxilənin müəyyən edilməsi üçün əhəmiyyət daşımır: Frerot Fransaya qarşı (Frerot v. France).
11 8 -ci maddənin təmin etdiyi müdafiə yazışmaların və ya söhbətlərin məzmunu ilə deyil, onların oxunulması və ya dinlənilməsi üçün istifadə edilən vasitələr və ya metodlarla əlaqədardır. Məsələn, dövlət dinlənilmiş telefon danışıqlarının cinayət fəaliyyətləri ilə əlaqədar olduğunu və buna görə də 8 -ci maddənin təmin etdiyi müdafiənin belə müdaxilələrə şamil olunmadığını müdafiə arqumenti kimi irəli sürürsə, adətən Məhkəmə bu arqumenti rədd edir, hərçənd ki, müəyyən hallarda bu arqument 8 -ci maddənin 2 -ci bəndinin tətbiqi üçün əhəmiyyət kəsb edə bilər.
12 Diqqətinizə görə təşəkkür edirik!
- Slides: 12