NFORMATKA R Hseynov adna 49 Nli ntellekt mktb
İNFORMATİKA R. Hüseynov adına 49 Nº-li “İntellekt məktəb liseyin“ 7ç sinif şagirdi Mürsəlli Rahidə
Komputerin aparat təminatı dedikdə nə başa düşürsüz?
İnformasiyanı komputerə hansı qurğular vasitəsi ilə daxil edirik?
Giriş Qurğuları
Giriş Qurğuları Haqqında Məlumat
• Klaviatura-informasiyanın kompüterə daxil edilməsi və kompüterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuş qurğudur. Fərdi komputerin yarandığı gündən bu günə qədər, demək olar ki, klaviaturanın xarici görnüşü və strukturu dəyişməmişdir. Lakin 1995 ci ildə Windowds Əməliyyat Sisteminin yaradılması ilə əlaqədar olaraq 101 düyməli qurğu 104 -105 düyməli qurğu ilə əvəz olunmuşdur.
Klaviş Qrupları • Funksional klavişlər. Bu klavişlər klaviaturanın yuxarı sırasında yerləşdirilib və F 1, F 2, F 3, . . . , F 12 kimi işarələnib. Bu klavişlər, adətən, hansısa funksiyanı yerinə yetirir və funksiyalar proqramdan, yaxud iş rejimindən asılı olaraq dəyişir. • Hərf-rəqəm klavişləri. Bu klavişlər klaviaturanın orta hissəsində yerləşir. Onlar hərfləri, rəqəmləri və digər simvolları daxil etmək üçün nəzərdə tutulub. • Xitməti klavişlər. Enter, Esc, Tab, Shift, Ctrl, Alt, Caps Lock, İnsert, Delete, Backspace.
• Kursorun idarəolunması klavişləri. Bu klavişlərin dördünə çox zaman ox klavişləridə deyilir. Onlar klavişin üzərində göstərilmiş ox istiqamətində mətn kursorununhərəkət etdirilməsi üçün nəzərdə tutulub. Bu qrupda daha dörd klaviş daxildir: Home, End, Pg. UP və Pg. Dn. • Yardımçı rəqəm klaviyaturası. Kalkulyatorun klavişlərini xatırladanbu klavişlərdəti klaviaturanın sağında yerləşir və əsasən, hesablama zamanı istifadə olunur.
• Siçan. Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətəm qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür. Fiziki olaraq siçan bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır.
• Skaner görüntüləri kompüterə daxil etmək üçün onları koda çevirən qurğudur. Skanerlər növ və ölçülərinə görə fərqlənirlər: ØGörüntü skanerləri görüntüləri komputerin yaddaşında saxlamaq üçün elektron formaya çevirir. ØŞtrix-kod skanerləri malların üzərinə vurulmuş ştrix cizgilərini oxuyur. . ØMaqnetik skanerlər kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxuyur.
• Mikrofon. Səs dalğalarının elektrik siqnalına çevirən elektroakustik cihaz. Səsyazma prosesində ilkin mərhələ hesab edilir. Bir çox qurğularda(telefon, maqnitofon, radioqurğular, komputer) istifadə edilir.
• Qrafik Planşet(Dicitayzer). Komputerlə birləşdirilir və onun vasitəsi ilə monitorda yazı yazmaq olur. Qələmlə monitorda "yazdıqda“ qələmin ucundaki fotoelement vasitəsi ilə onun olduğu nöqtənin parlaqlığının dəyişməsi qeyd olunur və xüsüsi proqram təminatı onun koordinatlarını hesablayır. Qrafik informasiyanı +/-0, 5; +/-0, 25 mm və daha çox dəqiqlikləekrana çıxarır. Halhazırda şüalı qələmlə yazıla bilən displeylər istehsal olunur.
• http: //ederslik. edu. az/player/index 3. php? book_id=11#books/ 11/units/unit-1/page 11. xhtm • https: //az. wikipedia. org/wiki/Komp%C 3%BCter • https: //www. mindomo. com/ru/mindmap/komputeringiris-cxs-v-yaddas-qurgularfac 8 d 6 e 5990 b 4 d 4 c 965 c 8 a 13 f 7 c 9 c 3 e 2 • http: //kayzen. az/blog/informatika/619/komp%C 3%BCt erin-qur%C 4%9 Fular%C 4%B 1. html
Diqqətinizə Görə Təşəkkürlər!
- Slides: 15