N QDR K AZRBAYCAN VAR MN VARAM MN
NƏ QƏDƏR Kİ, AZƏRBAYCAN VAR, MƏN VARAM. MƏN İSƏ AZƏRBAYCANDA ƏBƏDİ QALACAĞAM. HEYDƏR ƏLİYEV
Axundova E. Heydər Əliyev. Şəxsiyyət və Zaman. 1923 -1969. I hissə. – Bakı : Ozan, 2007. – 352 s. Axundova E. Heydər Əliyev. Şəxsiyyət və Zaman. II hissə. 1969 -1982. – Bakı : Ozan, 2007. – 784 s. Axundova E. Heydər Əliyev. Şəxsiyyət və Zaman. 1982 -1990. III hissə. – Bakı. : Ozan, 2009. – 804 s. Axundova E. Heydər Əliyev. Şəxsiyyət və Zaman. 1969 -1989. IV hissə. – Bakı : Ozan, 2008. – 328 s.
Bir oğul yetirmiş vətən torpağı, Millətin yolunda əsgərə bənzər. İdrakı, ilhamı, qədd-qaməti, Qüdrətə, hikmətə, məhvərə bənzər.
Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Jak Şirak
Cahangirli C. Azərbaycan Türkiyə. . . – Bakı : Çaşıoğlu, 2004. – 104 s. Bu kitab dünya şöhrətli şəxsiyyətlər – Ulu öndərimiz Heydər Əliyev, sayın Süleyman Dəmirəl və sayın İhsan Doğramacının sarsılmaz dostluğundan və bu dostluğun Azərbaycan – Türkiyə münasibətlərinə etdiyi təsirdən bəhs edir. Müsahibə vermiş görkəmli elm xadimləri bu dostluğun şahidi və bilavasitə iştirakçıları olmuşlar. Bu dostluğu qorumaq və inkişaf etdirmək hamımızın borcudur.
Ərəstunoğlu R. Əbədiyaşar dahi insan. . . – Bakı: Araz, 2007. – 120 s. Dahi insan Heydər Əliyevin mənəvi həyat yolu kitabın müəllifinin gözləri önündə keçmiş, onun dərin məzmunlu çıxışlarını dinləmiş, fərman və sərəncamlarından irəli gələn vəzifələrin icraçılarından biri olmuşdur. İnanırıq ki, bu kitab yeniyetmə və gənclərimizin Heydər Əliyevin keçdiyi mənalı və şərəfli ömür yolunun, eləcə də həyatının və irsinin öyrənilməsində mühüm rol oynayacaqdır.
Günər M. Bir oğul göstərin Heydərə bənzər : məktub, xatirə, şeir. – B. : Nağıl evi, 2009. – 114 s. Ana torpaq, ana vətən yenilməz, Yenilməyən bir nəfərə söykənib. Nəğməkarlar sülh nəğməsi düşünür, İnsan oğlu xoş xəbərə söykənib. Daha dövlət saxsıdanmı sökələr? Sahibsizmi, kərpicini çəkələr? Ölkəmizi arxa bilir ölkələr Azərbaycan ölkələrə söykənib. Gəlib çıxar ağır yolun hamarı, Köçüb gedər Qarabağın qübarı! Heydər isə bu dövlətin memarı, Bayrağı ər oğlu ərə söykənib.
Günəşə qovuşmaq istəyirəm mən. : şeirlər toplusu. – B. : Çinar-Çap, 2008. – 32 s. Nurunu gözümdə saxlayım necə? Möcüzə yaratmaq gəlmir əlimdən. Parçalan, ey zülmət, çəkil, ey gecə, Günəşə qovuşmaq istəyirəm mən! Leyla Əliyeva Kitabda Azərbaycan şairlərinin Heydər Əliyevə həsr olunmuş şeirləri toplanmışdır.
Xalqına əbədi xilaskar oldu, Şərəflə daşıdı bu adı Heydər. Tutduğu şərəfli, müqəddəs yoldu, Millətin arzusu, qanadı Heydər. . . Başını əymədi düşmənə, yada, O xidmət elədi təmiz, pak ada. Vətən göylərini bulud alanda, Səmada Günəş tək parladı Heydər.
Qasımov T. İnam : poema. – Bakı : Adiloğlu, 2012. – 79 s. Poema Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə və qarşıdan gələn 90 illik yubileyinə həsr olunur. “Qurban olum” deyən hər bir ananın, Gecə də, gündüz də duasısan sən. “Heydər – Azərbaycan” deyən xalqımın Azadlıq yolunda inamısan sən.
Mirələmov H. Bir Günəş var : tarixi-publisistik düşüncələr. – Bakı : Səda, 2004. – 240 s. Hüseynbala Mirələmovun “Bir Günəş var” tarixipublisistik düşüncələrində ümummilli liderimiz Heydər Əliyevin heç vaxt solmayacaq amalları, əbədi məşəl olacaq parlaq obrazı tərənnüm olunur.
Mirələmov H. Həqiqət : publisistik düşüncələr. – Bakı: Azərbaycan, 2003. – 448 s. Kitabda Azərbaycanın tarixi taleyində müstəsna yeri və rolu olan Heydər Əliyev amal olaraq tərənnüm edilir, onun keçdiyi yola nəzər salınır. Müəllif Böyük İnsana sonsuz rəğbətini, sonsuz sevgi və məhəbbətini, onun ideallarına sədaqətini işıqlı sözlərlə, şirin dillə qələmə çəkmişdir.
Mirələmov H. İşığın izi ilə : tarixi-ədəbi esse. – Bakı : Azərbaycan, 2004. – 288 s. Müəllif “İşığın izi ilə” tarixiədəbi essesində ümummilli liderimiz Heydər Əliyevin öz xalqından cismən ayrıldığı məqamları təsvir edir. Əsərdə bütün mübarizələrində qalib gəlmiş Böyük İnsanın heç vaxt solmayacaq parlaq obrazı tərənnüm olunur. “İşığın izi ilə” essesi son dərəcə şirin, oxunaqlı bir dillə - başdanbaşa poetik üslubda qələmə alınmışdır. Əsər bütöv bir xalqın böyük oğluna oxuduğu vida nəğməsinə bənzəyir.
Mirzə V. Azərbaycan dövlətçiliyinin qoşa qanadı. II kitab. – Bakı : Təhsil, 2006. – 344 s. Kitabda Heydər Əliyevin həyatının son günləri ilə bağlı məqalələr, eyni zamanda müəllifin ümummilli liderimizə və onun layiqli davamçısı olan möhtərəm İlham Əliyevə həsr olunmuş şeirləri toplanmışdır.
Şükürov S. , Səfərov M. Millət atası. – Bakı : Təhsil, 208 s. Kitabda Azərbaycan Respublikasının Prezidenti, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin zəngin və şərəfli həyat yolu işıqlandırılır.
Teymur M. Ağ atlı xilaskar : şeirlər və poema. – Bakı : Şirvannəşr, 2005. – 84 s. Kitaba müəllifin Heydər Əliyevin işıqlı xatirəsinə həsr olunmuş şeirləri və “Mənalı ömür adlı” poeması daxil edilmişdir.
Yaqub Z. Böyük ömrün dastanı : poemalar. – Bakı : Pedaqogika, 2008. – 264 s. “Əbədiyyət dastanı” adlı bu kitaba xalq şairi Zəlimxan Yaqubun iki poeması daxil edilib: “Böyük ömrün dastanı”, “Böyük ömrün davamı”. Poemalar ulu öndərimiz Heydər Əliyevin həyatına və titanik fəaliyyətinə həsr olunub.
O ölməmiş. . . Ölə bilməz vətən üçün Millət üçün doğulanlar. Arzusuyla, əməliylə, zəkasıyla Vətənini ucaldanlar, Millətinin gözlərində Nur olanlar. O, ölməmiş. . . Ölə bilməz milyon-milyon insanların Ürəyində inam olan, dilək olan, Ümid olan, atəş olan Gələcəyə şəfəq saçan Günəş olan. İlahidən bu millətə Bəxş olunan qismət idi. Möhtəşəmdir, əyilməzdir Nə qədər ki, millətim var, Vətənim var, o, ölməzdir. O nur idi, sabah idi İnsanlara arxa idi, pənah idi O, sözünə, məsləkinə, inamına Hakim idi, Allah idi. Nur sönməz, atəş ölməz, Allah haqdır. Haqq bilir ki, Heydər adlı Alov sönməz, günəş sönməz.
Andriyanov V. İ. Heydər Əliyev. - Bakı : Nurlan, 2008. - 560 s. : rəngli foto, foto. - (Görkəmli Adamların Həyatı : bioqrafik silsilə ; 1205 (1005) buraxılış). Babayev X. Azərbaycançılıq, elmi-dini maarifçilik, mənəvi özünüdərk nümunəsi. - Bakı : Borçalı, 2004. - 144 s. Çobanov M. N. Görkəmli strategiyaçı. - Bakı : Borçalı, 2004. - 48 s. Əli A. Böyük ömrün anları : Mustafa Kamal Atatürkün və Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən fəlsəfi-publisistik foto-illüstrativ esse. - Bakı : Təhsil, 2004. - 220 s. Əliyev Q. M. Müasir Azərbaycanın banisi, xilaskarı, qurucusu. - Bakı : Şəms, 2006. - 520 s. : rəngli. foto, portr. Əliyev T. Azərbaycanı dünyaya tanıdan Böyük İnsan : Heydər Əliyev-90. - Bakı : Oğuz Çap, 2013. - 226 s. Xınalı Z. Hərbi məktəblərin banisi. - Bakı : Adiloğlu, 2006. - 264 s. : foto. Qasımlı M. C. Heydər Əliyev-İstiqlala gedən yol (1969 -1987 -ci illər). - Bakı : Bakı Universiteti Nəşriyyatı, 2006. - 608 s. Mehdiyev R. Ə. Vətəndaş cəmiyyətinə yol açan ideyalar. - Bakı : CBS Polygraphic production, 2006. - 583 s. : rəng. foto. Mirələmov H. F. Millətin atası : publisistik düşüncələr, tarixi esselər, məktublar. - Bakı : Azərbaycan, 2004. - 288 s. Mirzəzadə R. Azərbaycanı dünyaya tanıdan insan. - Bakı : Göytürk, 1998. - 335 s. Müstəqillik yolunda yanan işıqlar. - Bakı : Təhsil, 2004. - 342 s. Nazimoğlu R. Azərbaycan millətinin əvəzolunmaz lideri. - Bakı : Araz, 2006. - 104 s. Seyidov M. Zamanı qabaqlayan dahi. - Bakı : Vektor, 2007. - 315 s. : rəngli foto. Yəhyayev T. H. Bir taledə iki ömür : xatirələr və düşüncələr. - Bakı : Əbilov, Zeynalov və oğulları nəşriyyatı, 2007. - 218 s. : foto, rəngli foto.
Məlumat-biblioqrafiya şöbəsi Tərtib edəni : Əhmədova S.
- Slides: 23