Mvzu N QDM NSAN MSKN AZRBAYCAN QARABADADIR TARX
Mövzu ƏN QƏDİM İNSAN MƏSKƏNİ AZƏRBAYCAN QARABAĞDADIR TARİXİ VI SİNİF MƏKTƏB: Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbi Müəllim: Həbib Əlizadə
Ən qədim insan məskəni STANDARTLAR: 1. 2. 1. ; 1. 2. 2. ; 2. 1. 2. 1. Qarabağdadır Məqsəd: 1. Azərbaycanın qədim dövrünün öyrənilməsində maddi mənbələin rolunu izah edir; 2. Müxtəlif materiallar əsasında Azərbaycanın Daş dövrünə aid tədqiqatlar aparır; 3. Azərbaycanın Daş dövrünə aid abidələri xəritədə müəyyən edir TƏLİM FORMASI: qruplarla iş, fərdi iş TƏLİM ÜSULU: beyin həmləsi, müzakirə, BİBÖ (KWL) RESURSLAR: İKT, dərslik, xəritə İNTEQRASİYA: Ü-t. 3. 1. 2; 2. 1. 2; Ə. 1. 1. 4; Az-d. 3. 1. 2; C. 3. 1. 2
MOTİVASİYA MƏRHƏLƏSİ ØErməni işğalı ØXocalı soyqırımı ØXarı bülbül ØCins atlar
Ən qədim insan məskəni Qarabağdadır Qarabağ - ən qədim insan məskəni kimi Azərbaycanda ən qədim insan məskəni – Azıx mağarası Qarabağ bölgəsinin Füzuli şəhəri yaxınlığında yerləşir. Oradan 700 min il əvvələ aid ocaq izləri və 350 -400 min il bundan əvvələ aid alt çənə sümüyü (azıxantropa aid) tapılmışdır. Azıx adamı həmçinin sadə incəsənətlə məşğul olmuş, tikinti vərdişlərinə yiyələnmiş və dini inanclara sahib olmuşdur. Buradakı insanlar yığıcılıq və ovçuluqla məşğul olmuşdur. Bu mağara Alt Paleolitə (qədim daş dövrü) aiddir.
Ən qədim insan məskəni Qarabağdadır Tədqiqat sualının verilməsi SUAL Ən qədim insanlar nə üçün Azərbaycanda yaşayıblar? Onların yaşaması üçün vacib olan şərtlər nələrdir və bunlar Qarabağda mövcud idimi? Fikrinizi əsaslandırın. CAVAB üİçməli su üQida ehtiyatı üTəbii mağara üMülayim iqlim Müqayisə üçün: Sizin yaşadığınız bölgədə bu amillər mövcuddurmu?
Ən qədim insan məskəni Qarabağdadır MƏLUMATIN MÜBADİLƏSİ Şagirdlər əldə etdikləri məlumatları bir-biriləri ilə bölüşür, cavablar hazırlayırlar. Ø Azıx mağarası ən qədim insan məskənlərindən biridir Ø Orada qədim insana aid alt çənə sümüyü və ocaq izləri tapılmışdır Ø Azıx adamı (Azıxantrop) sadə incəsənətlə də məşğul olmuş, dini inancları olmuşdur.
Ən qədim insan məskəni Qarabağdadır MƏLUMATIN MÜZAKİRƏSİ Cavablar təqdim edildikdən sonra onlara münasibət bildirilir və əlavələr edilir. v Azərbaycanda tapılan qədim mağaralar və oradakı tapıntılar sübut edir ki, ölkəmiz ən qədim insan məskənlərindən biridir. v Ölkəmizdə ən qədim yaşayış məskəni isə Qarabağın Azıx mağarasında aşkarlanmışdır. v Azıx mağarası qədim daş dövrünün (Paleolit) Alt mərhələsinə aiddir.
Ən qədim insan məskəni Qarabağdadır NƏTİCƏ VƏ ÜMUMİLƏŞDİRMƏ Artıq şagirdlər anlayırlar ki, qədim Qarabağda olan amillərə görə orada qədim insanlar yaşamış, Azıx mağarasının yerləşdiyi Quruçay vadisindəki təbii-coğrafi şərait buna imkan vermişdir. Eyni zamanda həmin insanlar yığıcılıq və ovçuluqla da məşğul olmuşdur ki, bu da mənimsəmə (istehlak) təsərrüfatı adlanır. Həmin dövrə aid əmək alətləri isə daşdan hazırlanmışdır.
Ən qədim insan məskəni Qarabağdadır YARADICI TƏTBİQETMƏ Qədim insanların məskənini rəsmlə və ya sözlə təsvir edin. EV TAPŞIRIĞI 1. Azərbaycan xəritəsində Alt Paleolit düşərgələrinin yerləşdiyi məkanları işarələyin 2. «Azərbaycan – Qarabağ ən qədim insan məskəni olmuşdur» mövzusunda esse yazın
Ən qədim insan məskəni Qarabağdadır REFLEKSİYA VƏ QİYMƏTLƏNDİRMƏ Qiymətləndirmə meyarları: 1) Maddi mənbələrin rolunu izah etmə 2) Tədqiqataparma 3) Müəyyənetmə Formativ qiymətləndirmə aparılır.
Ən qədim insan məskəni Qarabağdadır TƏŞƏKKÜRLƏR
- Slides: 11