Mvzu Marketinq mssisnin istehsal sat faliyytinin bazar ynml
Mövzu: Marketinq müəssisənin istehsal – satış fəaliyyətinin bazar yönümlü idarə edilməsi konsepsiyasıdır Mövzunun planı: • • Marketinq konsepsiyasının mahiyyəti və təkamülü Marketinqin formaları Marketinqin məqsədi, funksiyaları və prinsipləri Marketinq probleminin həllinə yanaşma metodu
1 -ci sual. Marketinq konsepsiyasının mahiyyəti və təkamülü Məşhur Amerika marketoloqu F. Kotler marketinqin mahiyyətinin aşağıdakı kimi açıqlayır: «Marketinq ayrı – ayrı şəxslərə və şəxslər qrupuna öz ehtiyac və təlabatlarını əmtəə və istehlak dəyərləri( həmin şəxslər və şəxslər qrupu tərəfindən yaradılan) ilə mübadilə vasitəsilə ödəməyə imkan verən sosial və idarəetmə prosesidir» . Marketinqin inkişafı prosesində aşağıdakı konsepsiyalar olmuşdur: § İstehsalın təkmilləşdirilməsi; § Əmtəənin təkmilləşdirilməsi; § Kommersiya amillərinin intensivləşdirilməsi; § İstehlakçının marketinqi; § Sosial –etik marketinq konsepsiyası; § Strateji marketinq konsepsiyası.
Marketinqin inkişafı prosesində aşağıdakı konsepsiyalar işlənib hazırlanmışdır: • İstehsalın təkmilləşdirilməsi; • Əmtəənin təkmilləşdirilməsi; • Kommersiya amillərinin intensivləşdirilməsi; • İstehlakçının marketinqi; • Sosial – etik marketinq; • Strateji marketinq.
Strateji marketinq konsepsiyası Rəqabət konsepsiyası İstehlakçı konsepsiyası Satış konsepsiyası İstehsal və əmtəə konsepsiyası 1900 -cü illər 1930 -cu illər 1950 -ci illər 1970 -ci illər 1980 -ci ildən hazırkı dövrə qədər Şəkil. Marketinq konsepsiyasının təkamülü
Qarşılıqlı münasibətlər marketinqi Xidmət marketinqi Qeyri – kommersiya və ictimai sferanın marketinqi Sənaye məhsullarının marketinqi İstehlak məhsullarının marketinqi 1950 - ci illər 1960 –cı illər 1970 – ci illər 1980 - ci illər Şəkil. Marketinqin əsas tətbiq sferalarının təkamülü 1990 – cı illər
Cəmiyyət(insanların maddi rifahı) Sosial yönümlü marketinq konsepsiyası İstehlakçılar(təlabatların ödənilməsi) Kompaniya(mənfəət) Şəkil. Sosial-yönümlü marketinq üçbucağı
Marketinqin kateqoriyaları Marketinqin əsas kateqoriyalarına aşağıdakılar aiddir: ehtiyac, təlabat, tələb, məhsul, bazar, mübadilə, sövdələşmə, məhsul və s. Ehtiyac fərd tərəfindən həmin fərdin yaşaması üçün zəruri olan nəyinsə çatışmazlığının hiss olunmasıdır. Təlabat insanın fərdi xüsusiyyətlərinə və onun mədəni səviyyəsinə müvafiq olaraq spesifik forma alan ehtiyacdır. Tələb alıcılıq qabiliyyəti ilə möhkəmləndirilmiş təlabatdır. Məhsul diqqəti cəlb etmək, istehlak olunmaq, həmçinin tanışlıq məqsədilə bazara təklif olunan və ehtiyacı və təlabatı ödəyə bilən bütün şeylərdir. Bazar mövcud və potensial istehlakçıların məcnusudur. Mübadilə obyektin ötürülməsi müqabilində arzu olunan başqa obyektin əldə edilməsidir. Sövdələşmə ən azı iki tərəfin marağını və onlar arasında saziş şətrlərini nəzərdə tutan razılaşmadır.
Mübadilə prosesi Mübadilənin baş verməsi üçün aşağıdakı şərtlər ödənməlidir: - ən azı iki tərəf olmalıdır və onlar mübadilə etmək üçün nəyəsə malik olmalıdırlar; - bir tərəfin malik olduğu məhsul istehlak xüsusiyyətlərinə və dəyərliliyinə görə digər tərəfin malik olduğu məhsuldan fərqlənməlidir; - bir tərəfin malik olduğu məhsul digər tərəf üçün maraq kəsb etməlidir; - mübadilə hər iki tərəf üçün faydalı malik olmalıdır; - mübadilə prosesində hər bir tərəfin əldə etdiyi faydanın həcmi ona çəkilən xərclərdən böyük olmamalıdır; - mübadilə azad və könüllü olmalıdır; - hər bir tərəf öz məhsulunu digər tərəfə çatdırmaq və kommunikasiyanı həyata keçirmək iqtidarında olmalıdır.
Marketinqlə satış konsepsiyası arasındakı fərqli xüsusiyyətlər aşağıdakılardan ibarətdir: • Marketinq konsepsiyasının ilkin, istinad nöqtəsi istehlakçıların ehtiyacları və təlabatlarıdır, satış konsepsiyasının ilkin, istinad nöqtəsi isə müəssisənin istehsal gücləri, onun istehsal edə biləcəyi məhsullardır; • Marketinq konsepsiyasında müəssisə istehlakçının arzuladığı məhsulu, onun ehtiyac və təlabatına uyğun gələn məhsulu istehsal etməyə vadar edilir, satış konsepsiyasında isə bütün mümkün vasitələrlə müəssisənin istehsal etdiyi məhsulların realizasiyası həyata keçirilir, istehlakçı müəssisənin bazara təklif etdiyi məhsulu almağa təhrik edilir;
Marketinq və satış konsepsiyaları arasındakı fərqli xüsusiyyətlər(davamı) • Marketinq konsepsiyasında istehlakçılarla əks əlaqənin səviyyəsi çox yüksəkdir, bu konsepsiyanın tətbiqi ikitərəfli prosesi əks etdirir, satış konsepsiyasında isə istehlakçılarla əks əlaqə ya ümumiyyətlə mövcud olmur, ya da onun səviyyəsi çox aşağı olur; • Marketinq konsepsiyası satış konsepsiyasına nisbətən daha çox tədbirləri özündə birləşdirir, bundan fərqli olaraq, satış marketinq prosaesinin yalnız bir elementidir; • Marketinq və satış konsepsiyalarıını tətbiqi zamanı müəssisənin fəaliyyət növlərinin xarakteri biri-birindən fərqlənir.
İlkin məntəqə İstehsal Fokus Mövcud əmtəələr Vasitələr Satış və irəlilətmə Son məqsəd Satışın həcminin artırılması hesabına mənfəət Kommersiya səylərinin intensivləşdirilməsi konsepsiyası Bazar İstehlakçının ehtiyacı İnteqrasiyalaşmış marketinq Alıcıların təlabatrlarının ödənilməsi hesabına mənfəət Xalis marketinq konsepsiyası Şəkil. Kommersiya səylərinin intensivləşdirilməsi və xalis marketinq konsepsiyalarının müqayisəsi
Bazarları əhatə etmə dərəcəsinə görə marketinq daxili və beynəlxalq marketinqə bölünür. Milli iqtisadiyyatın səviyyəsini əhatə etmə dərəcəsinə görə mmarketinqin mikromarketinq və makromarketinq formalarını fərqləndirirlər. Tətbiq edildiyi fəaliyyət sahəsinin məqsədinə görə marketinqin kommersiya və qeyri – kommersiya marketinq formaları vardır. Kommersiya marketinqi məhsullar marketinqinə, xidmət marketinqinə xə ixrac marketinqinə bölünür. Bazar seqmentini əhatə etmə dərəcəsinə görə marketinqin aşağıdakı formaları vardır: v Differensiallşdırılmamış marketinq; v Differensiallaşdırılmış marketinq; v Təmərküzləşdirilmiş marketinq.
Tələbin tipinə görə marketinqin formaları Konversiya marketinqi Həvəsləndirici marketinq İnkişaf edən marketinq Remarketinq Sinxromarketinq Sabit marketinq Demarketinq Əks təsirli marketinq
3 -cü sual. Marketinqin məqsədi, funksiyaları və prinsipləri Marketinqin məqsədi dedikdə bu fəaliyyətin həyata keçirilməsi zamanı müəssisənin nəyə nail olmaq istəməsi başa düşülür. Market fəaliyyəti zamanı qarşıya aşağıdakı məqsədlər qoyulur: • • İstehlakçıların seçim imkanlarının genişləndirilməsi; İstehlakın maksimum səviyyəsinə nail olunması; İstehlakçı məmunluğunun təmin olunması; İnsanların həyat səviyyəsinin yüksəldilməsi.
Marketin məqsədinə qarşı irəli sürülən tələblər Marketinqin məqsədi müəyyən edilərkən aşağıdakı tələblərə riayət eilməlidir: Məqsəd dəqiq müəyyən edilməlidir; Məqsəd real olmalıdır; Mədsəd ölçülə bilən və müqayisə edilə bilən olmalıdır; Mədsəd aydın ifadə edilməlidir; Məqsəd yazılı şəkildə rəsmiləşdirilməlidir.
Marketinqin vəzifəsi Marketinq fəaliyyətinin həyata keçirilməsi zamanı qarşıya aşağıdakı üçü qrup məqsəd qoyulur: v Müəssisənin bazar fəaliyyətinə aid olan vəzifələr. Bu vəzifələr təlabatın ödənilməsi və tənzimlənməsi ilə əlaqədardır; v Müəssisənin özünə aid olan vəzifələr. Bu vəzifələr müəssisə qarşısında qoyulan məqsədə nail olmağa imkan verən siyasətin və maraqların uzlaşdırılması ilə əlaqədardır; v Ətraf mühitlə və ictimai qrumlarla əlaqədar olan vəzifələr. Bu vəzifələr marketinqin cəmiyyət və ətraf müfit qarşısında sosial məsuliyyətin həyata keçirilməsini təmin edir.
Marketinq kompleksi Əmtəə Çeşid Keyfiyyət Dizayn Xassə Ticarət markası Qablaşdırma Xidmət Təminat İrəlilətmə Qiymət Reklam Satışın stimullaşdırılması Şəxsi satış İctimaiyyətlə əlaqə Preyskurant Güzəştlər Bonuslar Ödəmə müddəti Kredit şərti Bölüşdürmə Kanallar Bazarın əhatəsi Çeşid Yerləşmə yeri Anbar ehtiyyatları Nəqliyyat Məqsəd bazarı Şəkil. Dörd «P» marketinq kompleksi
Marketinqin funksiyaları Marketinqin aşağıdakı funksiyaları vardır: • • • Marketinq tədqiqatları; Məhsul çeşidinin planlaşdırılması; Məhsulların bölüşdürülməsi və satışı; Reklam və satışın həvəsləndirilməsi; Qiymətəmələgəlməsi; Marketinqin idarə edilməsi.
Marketinqin prinsipləri Marketinq fəaliyyəti aşağıdakı prinsiplərə riayət olunmaqla həyata keçirilir: • Təsərrüfat qərarlarının qəbul edilməsi zamanı istehlakçıların təlabatlarının nəzərə alınması; • İstehsalın bazarın təlabatına, tələbin quruluşuna uyğunlaşdırılması; • Bütün mümkün vasitələrlə istehlakçılara təsir edilməsi, təlabatın yaradılması; • İstehsal – satış fəaliyyətinin yüksək effektivliklə həyata keçirilməsi;
Marketinqin prinsipləri(davamı) • Qarşıya qoyulan məqsədə nail olmaq üçün proqram – məqsədli və sistemli yanaşma metodunun tətbiq edilməsi; • Müəssisənin, ayrı – ayrı istehlakçıların və bütövlükdə cəmiyyətin mənafeyinin uzlaşdırılması; • Marketinq fəaliyyətinin situasiyalı təhlili; • Marketinq fəaliyyətində insan amilinin rolunun gücləndirilməsi.
4 - cü sual. Marketinq probleminin həllinə yanaşma metodu Marketinq prosesinə iki aspektdən: 1) Təlabatın aşkar edilməsi və ödənilməsi və 2) Müəssisənin resurslarının bazarın təlabatına uyğunlaşdırılması aspektindən yanaşırlar.
Marketinq təlabatın aşkar edilməsi və ödənilməsi prosesi kimi Məsələnin qoyuluşu İnformasiyaların toplanması və təhlili Məqsədin müəyyənləşdirilməsi Marketinq strategiyasının hazırlanması Marketinq strategiyasının realizasiyası Marketinq tədbirlərinin yerinə yetirilməsinə nəzarət və fəaliyyətin qiymətləndirilməsi
Marketinq müəssisənin resurslarının bazarın təlabatına uyğunlaşdırılması prosesi kimi Təlabatın öyrənilməsi Məhsul satışı imkanlarının təhlili Məhsul istehsalı imkanlarının təhlili Marketinq planlarının tərtibi Marketinq planlarının yerinə yetirilməsi üzrə işlərin əlaqələndirilməsi Ticarət bölüşdürmə şəbəkəsinin təşkili Satışdan sonrakı fəaliyyət Fənn müəllimi: i. e. n. , dos. İ. M. Xeyirxəbərov
- Slides: 23