MVZU 7 LZNQ XDMTLR BAZARINDA MARKETNQ FALYYT SUALLAR
MÖVZU - 7. LİZİNQ XİDMƏTLƏRİ BAZARINDA MARKETİNQ FƏALİYYƏTİ SUALLAR: 1. Lizinq – iqtisadi-hüquqi kateqoriya kimi 2. Lizinqin fərqli xüsusiyyətləri və üstünlükləri 3. Lizinq sövdələşmələrinin həyаtа кеçirilməsi qаydаları 4. Lizinqin təsnifləşdirilməsi əlamətləri və növləri 5. Lizinq xidmətlri bazarında marketinqin xüsusiyyətləri və əsas funksiyaları 6. Azərbaycanda lizinq bazarının inkişafının əsas xüsusiyyətləri, inkişaf istiqamətləri və mövcud problemlər
Lizinq sövdələşmələri hələ eramızdan əvvəl qədim Şumerdə tətbiq olunmuşdur. Tarixçilər bilidirirlər ki, Aristotel e. ə. 350 -ci ilidə yazdığı "Sərvət - mülkiyyət hüququnda deyil, ondan istifadədədir" adlı əsərində bu fikrə toxunmuşdur. Venesiyada XI əsrdə lizinq sövdələşmələrinə bənzər sövdələşmələr olunmuşdur. Belə ki, venesiyalılar ticarət gəmilərinin sahiblərinə o zamanlar bahalı sayılan lövbərlərini icarəyə verirdilər. Səyahət başa çatdıqdan sonra isə lövbərlər sahiblərinə geri qaytarılırdı və yenidən icarəyə verilirdi. İqtisadi leksikona lizinq (ingiliscə "lease" – icarəyə vermək) sözünün daxil olması Bell telefon şirkətinin fəaliyyəti ilə bağlıdır. Şirkət rəhbərliyi 1877 -ci ildə öz telefonlarını satmaq əvəzinə, onları icarəyə vermək qərarına gəldi. Lakin əsas fəaliyyəti lizinq əməliyyatları olan ilk cəmiyyət 1952 -ci ildə San-Fransisko şəhərində yaranmış "United States Leasing Corporation" olmuşdur. Beləliklə, Amerika Birləşmiş Ştatları yeni bir biznes növünün vətəni oldu.
Lizinq özü bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq - sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Halhazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir.
Lizinq – ixtisaslaşmış lizinq şirkətinin, firmasının, bank şöbəsinin lizinqalan üçün əmlak olaraq, həmin əmlakın müəyyən müddətə icarəyə verilməsi ilə əlaqədar olaraq əsas vəsaitlərə investisiya qoyuluşunun maliyyələşdirilməsidir. Müddətindən asılı olaraq 3 növ icarə müqaviləsi mövcuddur: Qısamüddətli icarə (rentinq, ing: renting) – 1 gündən 1 ilə qədər müddətə Ortamüddətli icarə (hayrinq, ing: hiring) – 1 ildən 3 ilə qədər müddətə Uzunmüdəətli icarə (lizinq, ing: leasing) – 3 ildən 20 ilə qədər
Lizinq dedikdə, maşın və avadanlıqların uzunmüddətli icarəsi başa düşülür. Bu zaman istehsal məqsədilə avadanlıq və maşınlar icarəçi tərəfindən icarədara verilir. Müqavilənin bütün müddəti ərzində mülkiyyət hüququ icarəçidə qalır. Bundan başqa, lizinqə üçüncü şəxs üçün əmlak əldə edib, bu əmlakı ona uzunmüddətli icarəyə verən, əsas fondlara edilən qoyuluşları maliyyələşdirmənin xüsusi formasında vasitəçilik edən ixtisaslaşmış şirkət kimi də nəzərdən keçirmək olar. Beləliklə, lizinq şirkəti icarədara kredit verir. Buna görə də, lizinqə bəzən "kredi-bay" (fransızcadan tərcümədə - kredit-icarə) deyirlər. Mülkiyyət hüququnun satıcıdan alıcıya keçdiyi alqı-satqı müqvilələrindən fərqli olaraq lizinq müqvilələrində mülkiyyət hüququna icarəçi sahib olur. İcarədar isə, onun müvəqqəti sahibi olur. Lizinq müqaviləsinin müddəti bitdikdən sonra lizinq alan müqvilə obyektini razılaşdırılmış qiymətlə əldə edə, lizinq müqviləsinin vaxtını uzada və ya avadanlığı və ya maşını sahibinə geri qaytara bilər.
SUAL - 2. Lizinqin fərqli xüsusiyyətləri və üstünlükləri İqtisadi nöqteyi- nəzərdən lizinq avadanlıq alınması üçün təqdim olunan kreditlə oxşardır. Kredit vermə zamanı borc alan borcu bağlamaq üçün müəyyən edilmiş tarixlərdə əsas fondlara ödənişlər daxil edir, bununla belə, ssidanın tam ödənilməsinə qədər kreditə verilən obyektin mülkiyyət hüququnu bank özündə saxlayır. Lizinq zamanı icarədar müqavilənin müddəti bitdikdən sonra, icarəyə götürülmüş əmlakın qiyməti tam ödənildikdən sonra əmlakın sahibi olur. Amma bu deyilənlər yalnız maliyyə lizinqinə aiddir. Lizinqin digər bir növü olan operativ lizinq avadanlığın klassik icarəsinə daha çox oxşayır. Hüquqi nöqteyi-nəzərdən lizinq müqaviləsi investisiya qiymətlilərinin uzunmüddətli icarəsinin xüsusi növüdür.
Lizinqin sövdələşmə iştirakçılarına verdiyi iqtisadi üstünlüklər arasında aşağıdakıları ayırmaq olar : Lizinq predmetlərinin satıcıları üçün: liznqin köməyi ilə məhsul satışı kanallarını və mümkün satışların həcmini genişləndirmək imkanı. Bu, kəskin rəqabət mübarizəsi şəraitində son dərəcə mühüm əhəmiyyət kəsb edir Lizinq verənlər üçün vergi və amortizasiya güzəştləri hesabına iqtisadi fayda hazır məhsul ehtiyatlarının aşağı salınması və kapitalın dövriyyəsi sürətləndirilməsi imkanı Lizinq alanlar üçün vergi və amortizasiya güzəştləri hesabına iqtisadi səmərə start maliyyə yükünün aşağı salınması - investisiya olunmuş vəsaitlərin qaytarmama riskinin aşağı salınması. məhsula tədiyyə qabiliyyətli tələbin dəstəklənməsi lizinq ödənişləri üsulunun, ölçüsünün seçilməsi hesabına hesablaşmaların çevikliyi
Bankların lizinq xidmətləri bazarına daxil olmaları 2 amillə bağlıdır Lizinq kapital tutumlu biznes növüdür, banklar isə pul resurslarının əsas sahibləri sayılırlar Lizinq xidmətləri öz iqtisadi təbiətləriə görə bank kreditləşdirilməsi ilə sıx bağlıdır və axırıncının özünəməxsus alternativdir
Lizinq sövdələşməsinin əsas iştirakçılarının iqtisadi əlaqələri Lizinqverən əmlakın mülkiyyətçisi Lizinqalan əmlakın istifadəçisi Lizinq ödənişləri İstehsal vasitələrinə sahibolma və onların istifadə hüququ Əmtəə (xidmət) istehsalı Əmtəə (xidmətlərin) reallaşdırılması Lizinqalanın ümumi gəliri Maddi xərclərin ödənilməsi
SUAL - 3. Lizinq sövdələşmələrinin həyаtа кеçirilməsi qаydаları Lizinq sövdələşməşində lizinqin subyекtləri аrаsındа qаrşılıqlı münаsibətlər аşаğıdакı sхеm üzrə qurulur: müəyyən əmlак növünün əldə оlunmаsındа mаrаqlı оlаn pоtеnsiаl lizinqаlаn оndа оlаn məlumаtlаr əsаsındа müstəqil şəкildə təchizаtçının sеçilməsi ilə məşğul оlur.
Lizinq vеrənin əsаs funкsiyаlаrınа аiddir lizinq şirкəti lizinqаlаnın dаnışdığı qiymətin cаri bаzаr səviyyəsinə uyğunluğunu yохlаyır; lizinq şirкəti аlqı-sаtqı sаzişi əsаsındа təchizаtçıdаn və yа istеhsаlçıdаn lizinqаlаnа lаzım оlаn аvаdаnlığı əldə еdir; lizinq şirкəti əldə оlunаn əmlакı sаzişdə nəzərdə tutulаn şərtlər əsаsındа lizinqаlаnа müvəqqəti istifаdəyə vеrir.
lizinqin prinsipiаl sхеmini bеlə təsvir еtməк оlаr: Lizinq şirкəti Аlqı-sаtqı sаzişi Lizinq sаzişi Аvаdаnlığın istеhsаlçısı və yа təjhizаtçısı Lizinqаlаn və yа аvаdаnlığın istifаdəçisi Şəкil 6. 2. Lizinq münаsibətlərinin sхеmi
Lizinq müqaviləsinin əsasını aşağıdakılar təşkil edirlər Müqavilənin subyektləri (lizinq müqaviləsinin tərəfləri); Müqavilənin obyekti Lizinq müqaviləsinin müddəti Lizinq ödənişləri Lizinq üzrə təklif olunan xidmətlər
Lizinq əməliyyаtlаrının аpаrılmаsı sхеmi
Lizinq sаzişinin birbаşа subyекtləri Lizinqvеrən və yа Lizinq firmаlаrı və şirкətləri Lizinqаlаn və yа Istеhsаl müəssisələri Sаtıcı və yа Sаzişin оbyекtinin təchizаtçılаrı
İstənilən lizinq ödənişinə daxildir Amortizasiya müqavilənin lizinqverən tərəfindən həyata keçirilməsi üçün istifadə olunan resursların ödənişi; lizinq marjası – bura lizinqverənin göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlir daxildir (13%); - riskin məbləği – bu məbləğ lizinqverənin aid olduğu müxtəlif risklərin səviyyəsində n asılıdır
Resursların qiyməti, lizinq marjası və risk məbləği birlikdə lizinq faizini təşkil edirlər. Lizinq müqaviləsi aşağıdakı 11 mərhələdən Lizinq müraciəti – potensial lizinq alan onu maraqlandıran obyektin geniş təsvirini verməklə lizinq müraciətinin formasını doldurur; Müraciətə baxılması – müraciətə lizinq şirkəti tərəfindən baxılır; Müraciətin təsdiqlənməsi – müraciət lizinq şirkətinin kredit komitəsi tərəfindən təsdiq edilir; Lizinq müqaviləsinin bağlanması – lizinq alanın müraciəti təsdiq edildikdən sonra lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır; Alqı-satqı müqaviləsinin bağlanması - lizinq verən və satıcı arasında alqı-satqı müqaviləsi bağlanır;
. Lizinq obyektinin əldə edilməsi – lizinq verən lizinq obyektini lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermək üçün onu mülkiyyət hüququ ilə əldə edir . Sığorta – lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda satıcı lizinq obyektini sığortalamalıdır Lizinq obyektinin lizinq alana verilməsi - lizinq verən və lizinq alan lizinq obyektinin lizinq alana verilməsini təsdiq edən qəbul protokolunu imzalayırlar; Lizinq ödənişləri – lizinq alan lizinq obyektindən istifadəyə görə mütəmadi olaraq lizinq ödənişlərini həyata keçirir Monitorinq maliyyə nəzarəti – lizinq verən lizinq obyektinin vəziyyətini və lizinq alanın maliyyə vəziyyətini lizinq müqaviləsi ilə müəyyən edilmiş qaydada yoxlayır Mülkiyyət hüququnun lizinq alana keçməsi – lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hallarda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçə, yaxud lizinq alan lizinq obyektini satın ala bilər.
SUAL - 4. Lizinqin təsnifləşdirilməsi əlamətləri və növləri Lizinqin fоrmаlаrını müəyyən еdərкən əsаs təsnifаt əlаmətləri кimi аşаğıdакılаrı götürməк lаzımdır : icаrəyə götürülən əmlака münаsibətinə görə: хаlis, tаm, nаtаmаm; mаliyyələşmə tipinə görə: təcili, təzələnən (rеvоlvеr); iştirакçılаrın tərкibinə görə: iкitərəfli və yа birbаşа, birbаşа mаliyyə, vеndоr-lizinq, qаytаrmа, dоlаyı, çохtərəfli (səhmdаr, lеvеrеc- lizinq, аyrıcа, qrup hаlındа), sublizinq; əmlакın tipinə görə: dаşınаr və dаşınmаz əmlак; əmlакın ödəmə dərəcəsinə görə: tаm və nаtаmаm ödəməli bаzаr sекtоrunа görə: dахili, bеynəlхаlq vеrgi imtiyаzlаrınа münаsibətə görə: əmlака vеrgitutulmаsı üzrə imtiyаzlаrdаn istifаdə еtməкlə, imtiyаzlаrdаn istifаdə еtməməкlə
İcarə əmlакına görə və yа хidmətin həcminə görə lizinq аşаğıdакı növlərə bölünür təmiz lizinq – bu zаmаn əmlакın хidməti ilə bаğlı bütün хərcləri lizinqаlаn öz üzərinə götürür. Milli аvаdаnlıq bаzаrındа хidmətlərin əкsər hissəsi «təmiz» lizinqə аiddir; tаm lizinq, yəni tаm хidmət növlərinin təкlif еdilməsi ilə, bu zаmаn əmlакın хidməti ilə bаğlı bütün хərcləri lizinqvеrən öz üzərinə götürür. Bu lizinq növünü əsаsən аvаdаnlığın istеhsаlçılаrı istifаdə еdir. Öz dəyərinə görə tаm lizinq ən bаhаlı lizinq növlərindən sаyılır, lizinqvеrənin tехniкi хidmətə, təmirə, хаmmаlın təchizаtınа оlаn хərcləri аrtır - lizinq хidmət növlərinin qismən təкlif еdilməsi. Bu hаldа lizinqvеrən əmlакın хidməti ilə bаğlı bəzi funкsiyаlаrı öz üzərinə götürür.
Əmlакın növünə görə аşаğıdакı lizinq növlərini fərqləndirirlər: dаşınаn əmlакın lizinqi (аvаdаnlıq, tехniка, аvtоnəqliyyаt) dаşınmаz əmlакın lizinqi (binаlаr, qurğulаr) Lizinq obyektinin “hərəkət edibetməməsi” əlamətinə görə lizinqin iki növü fərqləndirilir: mobil lizinq daşınan əmlak növlərinin lizinqə verilməsidir. immobil lizinq isə bunun əksinə olaraq daşınmaz əmlakın lizinqə verilməsini nəzərdə tutur
SUAL - 5. Lizinq xidmətlri bazarında marketinqin xüsusiyyətləri və əsas funksiyaları Digər xidmət bazarları kimi lizinq xidmətləri bazarı da digər bazarlardan iki mühüm səbəbə görə ciddi fərqlənır: xidmət göstərilənədək hələ mövcud olmur, bu isə onun alınanadək müqayisə və qiymətləndirilməsini qeyrimümkün edir. Ancaq xidmətdən gözlənilən və alınan faydanı müqayisə etmək olar. xidmətlərə yüksək dərəcədə qeyri-müəyyənlik məxsusdur, bu isə müştərini sərfəli olmayan vəziyyətdə qoyur, satıcılara isə xidmətin bazarda yeridilməsini çətinləşdirir.
Lizinq şirkətləri üçün strateji marketinq planlaşdırılması aspektinə intensiv artımın aşağıdakı marketinq strategeyaları daxildir ki, bunlar da lizinqverənlərə öz fəaliyyət miqyaslarını qoruyub saxlamağa imkan verir : -bazara dərindən daxil olma stateğiyası. Bu zaman lizinq şirkətləri mövcud bazarlarda təcavüzkar marketinq alətlərinin (telemarketinq, «zəng – göndərmə - zəng» aləti, şəxsi satışlar və s. )köməyi ilə satış həcmlərinin arırılması üsullarını axtarır. - lizinq məhsullarının təkmilləşdirilməsi strategiyası. Bu, tələb subyektləri üçün lizinqin maliyyələşdirilməsi şərtlərinin yaxşılaşdırılmasından ibarətdir: faiz dərəcələrinin aşağı salınması, lizingin maksimal müddətinin uzadılması, avans ödənişinin məbləğinin azaldılması və s. , eləcə də müştərilərə xidmət sürətinin və keyfiyyətinin yüksəldilməsi ; - öz bazar seqmentinin sərhədlərinin genişləndirilməsi strategeyası. Bu, bazarın digər seqmentlərinə mövcud lizinq məhsullarının tətbiqindən ibarətdir. Məsələn, minik avtomobilləri üzrə ixtisaslaşan lizinqverən maliyyələşmə şərtləri (vergi faizləri, müddət, avans və s) saxlanılmaqla özünün maliyyələşmə proqlamlarını aztonnajlı yük maşınlarının seqmentinə çıxarır.
Lizinq xidmətləri bazarında diversifikasiyalı artım stratefiyaları (konqlomerat, konsentrik və üfüqi divesifikasiya ) çərçivəsində aşağıdakı strategiyalardan istifadə olunur: - konsentrik diversifikasiyalı strategiya. Bu, mövcud lizinq şirkətlərinə oxşar lizinq proqramları hesabına lizinq məhsullarının çeşidinin genişləndirilməsindən ibarətdir(məsələn, yük texnikasının maliyyələşdirilməsi üzrə ixtisaslaşan lizinq şirkəti özügedən və ixtisaslaşmış texnikanın maliyyələşdirilməsi proqramını açır); - üfüqi diversifikasiyalı strategiya. Bu strategiya lizinqverənin çeşidinin mövcud lizinq məhsullarına oxşar olmayan yeni lizinq məhsulları ilə doldurulmasından ibarətdir(məsələn , avtolizinq şirkəti, stasionar avadanlığın maliyyələşdirilməsi proqramını açır).
SUAL - 6. Azərbaycanda lizinq bazarının inkişafının əsas xüsusiyyətləri, inkişaf istiqamətləri və mövcud problemlər Azərbaycanda lizinqin inkişafı prosesini iki mərhələyə ayırırlar. Birinci mərhələ 1994 -cü ildə lizinq haqqında qanunun qəbul edilməsi sayılır. Azərbaycan postsovet məkanında birinci ölkə idi ki, belə bir qanun qəbul olunuşdur. Məhz həmin dövrdə lizinqə bütün imtiyazlar verilirdi , o cümlədən o bütün vergi növlərindən azad olundu və digər güzəştlər müəyyən olundu. Lakin ilkin zəruri şərait yaradılmasına baxmayaraq , lizinq sektoru lazımi inkişaf tapmadı. Bəzi bazar iştirakçıları ölkənin lizinq sektorunun qurulmasını Azərbaycan Beynəlxalq Bankının və Beynəlxalq maliyyə korporasiyasının birgə iştirakçı ilə lizinq şirkətinin yaradılması üzrə müzakirələrinin başladığı 1997 -cu ildə xarici partnyor-Garanti heasing türk şirkətinin iştirakçı ilə Azeri heasing şirkəti yaradıldı. Ona görə də Azərbaycanda lizinq fəaliyyətinin yaradılmasının başlanğıcını 1999 -cu ildə hesab etmək olar.
Azərbaycanın lizinq şirkətləri üzrə lizinq əməliyyatlarının xarakterik göstəriciləri Şirkətin adı Joint Leasing Company Unilizinq (daşınmaz xaric) Minimum və maksimum məbləğ 10 000 AZN obyekt növündən asılı əmlak olaraq dəyişir MBC Lizinq Qafqaz Lizinq Parex Leasing&Factoring 21% 20 -30% Şirkətin investisiyası 17 – 20 % 60% - ə qədər 30 % Min. 15000 AZN, maks. 18 – 26 % Min. 20 % 2 -5 il 20 -30% min. məbləğ 10 20 - 25%-dən 000 AZN, 50 -60%-ə başlayaraq qədəri ödənir 10 000 AZN 20 -35% 30%yuxarı Lizinq obyektləri tikinti, sənaye texnikası, nəqliyyat vasitələri 3 – 7 il Nəqliyyat vasitələri, istehsal avadanlığı, tibbi avadanlıq, tikinti texnikası Min. 3 ay, maks. Minik avtomobilləri 8 ay 800 000 AZN Ata Lizinq min. məbləğ (daşınmaz əmlak 5000 ABŞ dolları xaric) Finans Lizinq İllik faiz dərəcəsi İllik avans Lizinq müddəti ödənişi 17 -21%-dən layihə dəyərinin 10 ilədək başlayaraq 20 -30%-i dən 40% obyekt növündən asılı olaraq dəyişir 12 aydan ayadək 60 ikinci əl avadanlıqları 12 -6 0 ay nəqliyyat, inşaat, istehsalat, k/t avadanlıqları, iaşə 30 -60 aya qədər xüsusi təyinatlı texnika, avadanlıq, minik avtomobilləri
Azərbaycanda fəaliyyət göstərən əsas lizinq şirkətlərinin təsisçiləri Şirkətin adı Təsisçilər Ansar Leasing Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (100%) Qafqaz Lizinq MMC Türkiyənin NAB şirkətlər qrupu (100%) Joint Leasing Company BB-nın DH Leasing LTD Beynəlxalq Bankı (47, 6%) AG Leasing AG Bank (35%) İngilis şirkəti Hiperion Capital Managemnet (30%) Amerikan şirkəti Delta Trans LTC (25%) İngilis firması Milio Leasing Limited (10%) Unileasing QSC Unibank (66, 67%) AYİB (33, 33%) Parex Leasing&Factoring Latviyanın Parex Bankı SWITLAR Investments (indi) MCB Lizinq QSC Pakistanın MCB Bank Limited, Yerli resident (52, 4%) (əvvəl) Azərbaycan Hollandiyanın
- Slides: 27