Mvzu 3 nzibati xtalar haqqnda ilr zr icraatn
Mövzu № 3. İnzibati xətalar haqqında işlər üzrə icraatın (İXHİüİ) hüquqi xarakteristikası P L A N: 1. İXHİüİ-nin anlayışı, vəzifələri və prinsipləri. 2. İXHİüİ-nin iştirakçıları, onların hüquq və vəzifələri. 3. İXHİüİ-da sübutlar və onların qiymətləndirilməsi.
Sual 1. İXHİüİ-nin anlayışı, vəzifələri və prinsipləri İXHİüİ - inzibati xətalar haqqında işlərin baxılması və zəruri hallarda inzibati tənbehlərin tətbiq edilməsinə yönəldilmiş, dövlət orqanlarının və ya vəzifəli şəxslərin inzibati hüququn prosessual normaları ilə nizamlanan fəaliyyətidir.
İXHİüİ-nin növləri İXHİüİ-nin 4 növü fərqləndirilir: • nisbətən sürətli icraat; • adi icraat; • xüsusi icraat (inzibati həbslə nəticələnə bilər); • inzibati araşdırma.
İXHİüİ-nin vəzifələri • şəxslərin hüquq, azadlıq və qanuni mənafelərini qorumaq; • inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq; • inzibati xəta törətmiş şəxsi aşkar etmək və onu inzibati məsuliyyətə cəlb etmək; • çıxarılmış qərarın icrasını təmin etmək; • inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etmək; • inzibati xətaların qarşısını almaq.
Sual 2. İXHİüİ-nin iştirakçıları, onların hüquq və vəzifələri İXHİüİ-nin iştirakçıları • işin müqəddəratını müəyyən edən hüquqi sənədlər tərtib etmək və müvafiq hüquqi aktları qəbul etmək hüququna malik olan səlahiyyətli orqanlar və ya vəzifəli şəxslər; • işdə şəxsi marağı olan subyektlər; • icraatın həyata keçirilməsinə köməklik göstərən şəxslər və orqanlar; • icraatın xüsusi qrup iştirakçıları.
İXHİüİ-da şəxsi marağı olan subyektlər • barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (İXM, mad. 61); • zərər çəkmiş şəxs (İXM, mad. 62); • fiziki şəxsin qanuni nümayəndələri (İXM, mad. 63); • hüquqi şəxsin nümayəndəsi (İXM, mad. 64); • müdafiəçi və nümayəndə (İXM, mad. 65).
İXHİüİ-nin həyata keçirilməsinə köməklik göstərən şəxslər və orqanlar • şahid (İXM, mad. 67); • hal şahidləri (İXM, mad. 69); • mütəxəssis (İXM, mad. 70); • ekspert (İXM, mad. 71); • tərcüməçi (İXM, mad. 72).
Sual 3. İXHİüİ-da sübutlar və onların qiymətləndirilməsi İXHİüİ-da sübut edilməli olan hallar: • inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); • inzibati xəta törətmiş şəxs; • inzibati xəta törətməkdə şəxsin təqsiri; • inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar;
• inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; • inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; • işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait.
Sübutların anlayışı Sübutlar - inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlardır.
- Slides: 10