Mvzu 1 nzibati msuliyyt v xta PLAN 1
Mövzu № 1. İnzibati məsuliyyət və xəta PLAN: 1. İnzibati məsuliyyətin anlayışı və əsas xüsusiyyətləri. 2. İnzibati xətanın anlayışı və onun əlamətləri. 3. İnzibati xəta tərkibi elementlərinin anlayışı və onların quruluşu.
Sual 1. İnzibati məsuliyyətin anlayışı və əsas xüsusiyyətləri İnzibati məsuliyyət - səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbehin tətbiq olunması ilə ifadə olunan hüquqi məsuliyyət növüdür.
İnzibati məsuliyyətin əsas xüsusiyyətləri • dövlət hakimiyyətinin həyata keçirilməsi və hüquq qaydalarının qorunmasını təmin edən vasitədir; • hüquq normalarında nəzərdə tutulan sanksiyaların tətbiqindən ibarətdir; • hüquqazidd olan təqsirli əməlin nəticəsidir; • hüquqpozma törədən şəxsin və onun törətdiyi əməlin ictimaiyyət tərəfindən pislənməsi (qınanması) ilə müşayiət edilir;
• hüquqpozma törədən şəxs üçün mənfi nəticə yaradan mənəvi və maddi xarakterli məcburetmə tədbirləri ilə bağlıdır; • müvafiq prosessual formada həyata keçirilir.
Sual 2. İnzibati xəta anlayışı və onun əlamətləri İXM-in 12 -ci maddəsinə əsasən: “İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”.
İnzibati xətanın əsas əlamətləri • əməl hüquqazidd olmalıdır; • əməl təqsirli sayılmalıdır; • əməl inzibati məsuliyyətə səbəb olmalıdır. • əməl İXM ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir.
Sual 3. İnzibati xəta tərkibi elementlərinin anlayışı və onların quruluşu İnzibati xətanın obyekti müxtəlif hüquq normaları ilə nizamlanan və yalnız inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlərdir.
İnzibati xətanın tərkibi Obyekt Ümumi Xüsusi Növlü Bilavasitə Obyektiv tərəf Əməl Nəticə YER Subyektiv tərəf Subyekt Səbəbli əlaqə Hüquqi şəxslər Fiziki şəxslər Təqsir Qəsd Ehtiyatsızlıq Birbaşa Özünəgüvən mə Dolayı Etinasızlıq VAXT ÜSUL VASİTƏ ŞƏRAİT Motiv Ümumi Xüsusi Emosional vəziyyət Məqsəd
İnzibati xətaların növləri (ictimai təhlükəli əməlin məzmun və xarakterinə görə) • formal tərkibli inzibati xətalar. • maddi tərkibli inzibati xətalar. FTİX – ƏMƏL = MƏSULİYYƏT MTİX – ƏMƏL + BİLAVASİTƏ SƏBƏBLİ ƏLAQƏ + NƏTİCƏ = MƏSULİYYƏT
- Slides: 9