Mmmdli hla 9 a hrlr Azrbaycan tarixi kitabnda
Məmmədli Şəhla 9 a Şəhərlər
"Azərbaycan tarixi" kitabında XVII əsrdə Azərbaycanın sosial-iqtisadi həyatından bəhs edilmişdir. Kitabda göstərilir ki, XVII əsrdə Azərbaycanda, demək olar ki, Yaxın və Orta Şərqdə məşhur olan kənd təsərrüfatı məhsullarının bütün növləri yetişdirilirdi. XVII əsrin 40 -cı illərində Azərbaycanda olmuş türk səyyahı Evliya Çələbi burada taxıl və s. bitkilərinin yetişdirilməsini dönə-dönə qeyd edir.
Kvadrat formali və iç-içə qaladan ibarət olan şəhər? BAKI Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb.
Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Şəhəri n adı orta əsr ərəb mənbələrində Gənzə, fars mənbələri ndə Gəncə, bəzi mənbələrdə isə Qandzak şəklində işlənir. Şəhərin adı bəzi qaynaqlarda "gen yer" mənasında, bəzilərində isə "xəzinə" kimi də izah olunur. Bəzi alimlər şəhərin yaranmasını e. ə. VII əsr, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər.
Əhalisi 500 nəfər, 47 mədrəsəsi, 7 min dükani olan şəhər? Təbriz hələ eramızdan əvvəl şəhər-qala olmuşdur. Təbriz yaxınlığında Həsənli təpəsində, Ziviyə və Yanıqtəpə də aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir.
Orta əsrin hərbi əhəmiyyətli şəhəri? DƏRBƏND Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Dərbənd sözü Tat və Farsdillərində mövcud olan "dər" və "bənd" köklərin birləşməsindən əmələ gəlmişdir ki, bu da "dəmir bənd" deməkdir.
1667 -ci ildə zəlzələ baş vermiş şəhər? ŞAMAXI Şamaxı torpaqlarının təbii şəraiti lap qədim vaxtlardan insanlar cəlb edirdi. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, minqeral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50 -dən çox adda dərman bitkiləri yetişir.
Səfəvi-Osmanlı müharibələri dövrundə tənəzzül etmiş, böyük üstü ortulu bazarları olan şəhər? NAXÇIVAN Erkən orta əsrlərdə Naxçıvan inkişaf edir və böyüyürdü. Məhz bu dövrdə Naxçıvanda Sasani şahlarından III Yezdəgirdin hakimiyyəti zamanı (632 – 651) Naxçıvanda Yezidabad qalası inşa edilmişdir.
Əsrin ikinci yarisinda Azəraycanin şəhərləri ilə və xariclə ticarət və başqa əlaqələri olan şəhər? ORDUBAD Ordubad şəhəri şimaldan Aşağı Əndəmic kəndi ilə, şərqdən Kotam kəndi ilə, cənubdan Araz çayı ilə, qərbdən isə Dəstə kəndi ilə həmsərhəddir.
ƏRDƏBİL Ərdəbil Azərbaycanın qədim şəhərlərindən biridir. Bu şəhər dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. Ərdəbil şəhərinin məhsuldar torpağa malik düzənlikdə yerləşməsinə baxmayaraq onu hündür dağlar əhatə etmişdir. Şəhər Qərbdən. Savalan dağı, Şərqədən Bağro dağı, Cənubdan Büzgüş, Şimaldan isə Talış dağları ilə əhatə olunur.
Ərdəbil və Gəncə arasindaki karvan ticarət yolu üzərində yerləşən şəhər? Əhər çayı Qəsəbə dağının zirvəsində başlayaraq, Qaracadağla Savalandağsilsiləsinin arasındakı vadi ilə şərqə doğru axır və burada Qarasu ilə qovuşur. Çayın kənarında qədim Əhər şəhəri yerləşir
- Slides: 15