Mllif Gnc hr 43 li tam orta mktbin
Müəllif: Gəncə şəhər 43 № li tam orta məktəbin informatika müəllimi Məmmədova Ülviyyə Cəbrayıl qızının IX sinifdə apardığı elektron açıq dərsi.
Mövzu: Kompüter texnikasının tətbiq sahələri
MƏQSƏD: 1. Kompüterin təhsildə, elmi tədqiqatlarda, səhiyyədə və ticarətdə rolu. 2. Kompüterin kənd təsərrüfatında rolu. 3. Bankomatların və barkodun rolu
İş formaları: fərdi iş, qrupla iş İstifadə olunan üsullar: beyin həmləsi, müzakirə. Təchizat: notbuk və mediaproyektor, iş vərəqləri, dərslik
Kompüter texnikasının tətbiq sahələri
Texnoligiyanın inkişafı Insanlara necə fayda verdi?
Əl əməyi yüngülləşir
kompyuterin yaranma tarixinə nəzər salaq. ABAK PASKALİNA ÇOTKƏ
Ötən dövr ərzində kompüterlərin və onlar üçün proqramların istehsalı texnologiyası böyük inkişaf yolu keçib. Kompüter bütövlükdə yaşadıgımız cəmiyyəti dəyişdirib. Maliyyə, sənaye, elm, səhiyyə, təhsil və başqa sahələri bu gün kompüterlərsiz təsəvvür etmək qeyri – mümkündür.
ZƏLZƏLƏLƏRİN ÖYRƏNİLMƏSİNDƏ SƏFƏRƏ ÇIXARKƏN QATARLARDA PİLOTSUZ UÇAQLAR KOMPYUTERLƏ İDARƏ OLUNUR
Tədqiqat sualı: Kompüterin təhsildə, elmi tədqiqatlarda, səhiyyədə, ticarətdə, kənd təsərrüfatında rolu nədən ibarətdir?
İnternet qrupu: 1. Təhsildə İKT- nin tətbiqini necə təsəvvür edirsiniz? 2. Kredit kartı nədir? Barkod qrupu: 1. Səhiyyədə kompüterlərdən hansı məqsədlər üçün istifadə edilir ? 2. Barkod nədir ? Bankomat qrupu: 1. Kənd təsərrüfatında kompüterin rolu nədir? 2. Distant təhsil nədir? Multimedia qrupu: 1. Ticarətdə kompüterdən hansı məqsədlər üçün istifadə olunur? 2. Bankomat nədir ?
Ümumiləşdirmə və nəticə Müasir informasiya cəmiyyətində biliklər çox sürətlə köhnəlir. Buna görə də hazırda orta və ali məktəbin əsas vəzifəsi mümkün qədər çox bilik vermək deyil, həmin bilikləri müstəqil əldə etmək yollarını öyrətməkdir. Bu isə təhsildə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmədən mümkün deyil. İKT distant təhsili (məsafədən təhsil) təşkil etməyə imkan verir. Distant təhsil sayəsində bir çox insanlar evdə öz təhsillərini artırmaq imkanı əldə edirlər. Elektron təhsil resurslarının (ETR) bir üstün cəhəti də ondan ibarətdir ki, hər hansı bir mətndə yenilik meydana çıxdıqda onun üzərində dəyişiklik etmək daha asan
başa gəlir. Eyni zamanda elektron resurslarda izahları vermək üçün, kitabdan fərqli olaraq daha rəngarəng və hərəkətli işarələrdən istifadə etmək olar. ETR – lər həcmcə az yer tutur, daşınması asandır. Kitab təkcə məlumatın əldə olunmasını təmin edir, elektron resurslar isə təlim prossesinin bütün komponentlərini əhatə edə bilir. İKT- nın təhsildə tətbiqinin ən vacib istiqamətlərindən biri kompüterlərin multimedia imkanlarından istifadə etməkdir. Multimedia xarakterli elektron tədris resursları tərkibində video, animasiyalar, audio məzmun, interaktiv üsul ola bilər.
Kompüterlərdən elmi tədqiqatlarda da geniş istifadə olunur. Elmi tədqiqatlar alimlər, mühəndislər və konstruktorlardan ibarət kollektivlər tərəfindən çox mürəkkəb və bahalı avadanlıq vasitəsilə həyata keçirilir. Nəticədə: tədqiqatların aparılması müddəti bir neçə dəfə qısalır; nəticələrin dəqiqliyi və doğruluğu artır; eksperimentin gedişinə nəzarət güclənir;
Səhiyyədə də kompüterlərin rolu böyükdür. Həkimlər kompüterlərdən bir çox məqsədlər üçün istifadə edirlər. Diaqnozların qoyulması, müayinələrin aparılması, profilaktik yoxlamalarda geniş istifadə olunur. Kompüter şəbəkələrinin köməyilə transplantasiya əməliyyatınıgözləyən xəstələr üçün donor orqanları haqqında məlumatlar göstərilir. Kompüterin yaddaşında xəstəlik tarixçələri saxlanılır. Bu da həkimlərə yazı işlərinə deyil, xəstələrin özlərinə daha çox vaxt ayırmaq imkanı verir.
Barkod- hər malın üzərində olan müxtəlif qalınlıqda qara cizgilərdən ibarət etiketdir. Ödəmə zamanı barkod skanerdən keçirilir. Bu skanerə bağlı kompüter barkodu qiymət siyahısında tapır və nəticəni kassa aparatına göndərir. Ən geniş yayılmış barkodlar 13 mərtəbəli Avropa kodu EAN- 13 və ABŞ ilə Kanadada tətbiq olunan UPC kodudur. Ölkə və istehsalçının kodlarındakı rəqəmlərinin sayı dəyişə bilər. Bu sistemdə azərbaycanın kodu 476 - dır.
Nəğdsiz ticaret sistemində ödənişlər kredit kartları vasitəsilə aparılır. Nağdsiz ticarət sistemi POS (Points of Sale System) kredit kartlarının həqiqiliyinin təsdiqi, alıcının hesabından pulun silinməsi, pulun satıcının hesabına köçürülməsi funksiyalarını yerinə yetirir Kredit kartlarına məlumatlar maqnit yazısı üsulu ilə vurulur və maqnit kartından istifadə olunur. Maqnit kartında şəxsi hesabın nömrəsi; bankın adı; ölkə ; müştərinin ödəniş qabiliyyətinin kateqoriyası; verilmiş kreditin miqdarı göstərilir.
Bankomatlar banklar tərəfindən qabaqcadan kredit kartları verilmiş müştəriləri üçün quraşdırılır. Bankomatın iş prinsipi 4. Mərkəzi kompüter hesabı 1. Müştəri kartını avtomata yoxlayır və pulu vermək, yerləşdirir və avtomatın yaxud istəyi rədd etmək klavişlərindən istifadə edərək, haqqinda bankomata öz şifrəsini yıgır. məlumat verilir. 2. Kartın üzərindəki maqnit zolağında hesab sahibinin adı, hesab nömrəsi və onun baglı oldugu şəbəkə haqqında məlumatlar avtomat tərəfindən oxunur. Avtomat telefon xətləri vasitəsilə minlərlə bankın məlumatının saxlandığı mərkəzi kopüterə məlumat göndərir.
QİYMƏTLƏNDİRMƏ Qrup Meyarlar Nizam- Əmək- Bir-birini intizam daşlıq dinləmə Internet Barkod Bankomat Multimedia Tapşırığı tam Vaxtın və şərtə da yerinə uyğun olaraq yetirmə yerinə yetirmə
Ev tapşırığı
- Slides: 22