Mlkiyyt mlak anlay Avropa Mhkmsinin yanamas Nuran badova
Mülkiyyət (əmlak) anlayışı: Avropa Məhkəməsinin yanaşması Nuranə İbadova 2017
Daxili qanunvericilik: - Azərbaycan Respublikasının Konstitusiyası (13 və 29 -cu maddələr); - Mülki Məcəllə (135, 152, 158 -ci maddələr);
Avropa Konvensiyası, 1 saylı Protokolun 1 -ci maddəsi - Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. - Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
• -Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
1 saylı Protokolin 1 - ci maddəsi mülkiyyətin əldə edilməsinə təminat vermir • Mülkiyyət hüququ yalnız özünün mövcud əmlakından dinc istifadə hüququnu nəzərdə tutur və şəxsin yeni əmlaka mülkiyyət hüququ əldə etməsinə təminat vermir. • «Marks» Belçikaya qarşı (1979) • “Yantner” Slovakiyaya qarşı iş (2003) (torpağa mülkiyyət hüququnun restitusiyası)
Mülkiyyət hüququ əmlakın dəyərinin saxlanmasına təminat vermir • Apollonov Rusiyaya qarşı (2002) • Ryabıx Rusiyaya qarşı (2003)
Konvensiya anlamında mülkiyyət (əmlak) hüquqlarının hüdudları -Konvensiya baxımından əmlak anlayışı 2 mənada başa düşülür: -maddi nemətlər, əşyalar (daşınar və daşınmaz əmlak); - qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) -Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək nəzərdə tutan tələblər və hüquqlar qeyri maddi əmlak nemətləridir (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 135. 5)
1 saylı Protokolun 1 -ci maddəsi baxımından əmlak anlayışına şəxsə təkcə mülkiyyət hüququ əsasında məxsus olan əmlak deyil, həmçinin digər qanuni hüquq, məsələn kirayə hüququ əsasında məxsus olan əmlaka aiddir. • İatridis Yunanıstana qarşı (1999) (Kinoteatr tikintisi) • Bu işdə məhkəmə aydın şəkildə bildirdi ki, o, dövlətdaxili hüquq əsasında torpağın kimə məxsus olduğu barədə mübahisəni həll edə bilməz, lakin qeyd etdi ki, ərizəçi sözügedən torpaq sahəsindən çıxarılana qədər 11 il ərzində dövlət orqanları tərəfindən heç bir müdaxilə olmadan icarə müqaviləsinə əsasən kinotetrın istismarına görə cavabdehlik daşıyırdı və həmin müqavilə hüquqi qüvvəyə malik idi.
Öneryıldız Türkiyəyə qarşı (2002) • Bu işdə Avropa Məhkəməsi belə qənaətə gəldi ki, ərizəçinin mövcud mülkiyyətindən söhbət gedə bilərdi, çünki şəhərsalma qanunvericiliyinə əsasən, yaşayış üçün nəzərdə tutulmayan zibilxanaya yaxın ərazilərdə gecəqonduların yaradılmasına imkan verməklə dövlət orqanları ərizəçi və onun yaxın qohumlarının həmin mənzilə mülkiyyət hüququnu faktiki olaraq etiraf etmişdilər.
Konvensiya mülkiyyət anlayışına avtonom məna verir və ənənəvi yanaşmır. Bu baxımdan aşağıdakıları mülkiyyət hesab edə bilərik • • • səhmlər arbitraj qərarı; pensiya hüququ ; biznes fəaliyyəti ilə bağlı iqtisadi maraqlar peşə ilə məşğul olmaq hüququ hüquqi həllini gözləyən situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi (“hüquqi gözlənti”)
Səhmlər mülkiyyət hüququ kimi - Breymlid və Malström İsveçə qarşı məhkəmə işi (1982)
Arbitraj qərarı «mülkiyyət» sayıla bilər - «Strən» yunan neftayırma müəssisələri Yunanıstana qarşı məhkəmə işi (1994)
Delikt əsasında vurulmuş ziyana görə kompensasiya tələbi (çıxarılmış məhkəmə qərarları) «mülkiyyət» (əmlak baxımından «aktiv» ) sayıla bilər - «Proses Kompaniya Navyero AB» Belçikaya qarşı məhkəmə işi (1995)
Hüquqi gözlənti (legitimate expectations) mülkiyyət hüququnun müdafiə etdiyi hüquq sayıla bilər - «Payn Velli Developments Ltd» şirkəti İrlandiyaya qarşı məhkəmə işi (1991) (hündür mərtəbəli binanın tikintisi ücün torpaq sahəsinin ayrılması)
Ümid- hüquqi gözlənti deyil. 1 saylı Protokolun 1 -ci maddəsinin mənasına görə, işlərin uğurlu gedəcəyinə sadə ümidlə, qanuna və ya məhkəmə praktikasına əsaslanan hüquqi gözlənti arasında böyük fərq var. «Slivenko və digərləri Latviyaya qarşı iş. 2002» ( mənzilin özəlləşdirilməsi) «X» Almaniyaya qarşı (1979) (notariat rüsumlarının azaldılması)
Şirkətin topladığı müştəri kütləsinə maliyyə aktivi və ya «mülkiyyət» kimi baxıla bilər - «Van Marle» Niderlanda qarşı (1986), «İatridis» Yunanıstana qarşı (1999) məhkəmə işləri
Restoranın idarə edilməsi ilə bağlı iqtisadi maraqlar «mülkiyyət» təşkil edir - «Tre Traktorer AB» İsveçə qarşı məhkəmə işi (1989)
Kirayə haqqı almaq hüququ «mülkiyyət» kimi – «Mellaxer» Avstriyaya qarşı məhkəmə işi (1989)
Şəxsin pensiya fonduna ödədiyi haqlara əsaslanan pensiya hüquqlarına 1 saylı protokolun 1 -ci maddəsi şamil oluna bilər «Müller» Avstriyaya qarşı məhkəmə işi (1975)
Yaşayış orderi (sosial kirayə müqaviləsi) əsasında mənzilə sahiblik və ondan istifadə hüququna malik olma barədə iddialar «mülkiyyət» kimi qəbul edilə bilər «Akimova» Azərbaycana qarşı (2007) məhkəmə işi
1 -ci maddənin tətbiqi üçün daxili qanunvericilikdə müvafiq maraqların mülkiyyət kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır «Tre Traktorer AB İsveçə qarşı iş Lakin. . .
. . . şəxs maddə 1 -in təminatlarının onun işinə tətbiq edilməsi üçün daxili qanunvericilik əsasında müəyyən hüquqa malik olmalıdır ki, həmin hüquq Konvensiyanın mənası baxımından mülkiyyət sayıla bilsin «S» Birləşmiş Krallığa qarşı (1986) məhkəmə işi
Həmçinin 1 -ci maddə yalnız şəxsin hal-hazırda mövcud olan mülkiyyət barəsindəki tələblərinə şamil olunur, gələcəkdə mülkiyyət əldə etmək hüququna təminat vermir «Marks» Belçikaya qarşı (1979)
Bir qayda olaraq səhmdarlar şirkətə dəyən ziyanla bağlı 1 -ci maddəyə istinadən tələblər irəli sürə bilməzlər (İstisnaya misal: şirkətin tələbini öz orqanları və ləğvediciləri vasitəsilə irəli sürə bilməməsi) «Aqroteksim» Yunanıstana qarşı (1995) iş
- Slides: 24