Mktb Gnc hr 27 sayl mktb lisey Mllim
Məktəb: Gəncə şəhər 27 saylı məktəb lisey Müəllim: Mərdan İsmayılov
Standart 1. 1. 1. Elektromaqnit (maqnit, işıq) , atom və nüvə hadisələrini , onların baş vermə əsbəblərini şərh edir. 3. 1. 1. Elektromaqnit (maqnit, işıq) , atom və nüvə hadisələrinə uyğun cihazlardan istifadə edir.
Mövzu. Radioaktivlik. Məqsəd: Atomun qruluşu ilə bağlı hadisələri izah edir. 2. Radioktiv parçalanmanın baş vermə səbəblərini izah edir. 3. Radioaktivliyə aid araşdırmalar aparır.
Təlimin gözlənilən nəticələri Radioktiv maddələr və onların insan orqanizminə təsiri haqda nümunələr gətirir. Sol əl qaydasını tətbiq etməklə radioaktiv şüaların yükünün işarəsini təyin edir. Atomun Tomson modeli, Rezerford modeli Bor postulatlarını izah edir.
İstifadə olunan iş formaları Qruplarla iş. İstifadə olunan iş üsulları: Beyin həmləsi , kiçik müzakirə , qrupda müzakirə İnteqrasiya : coğrafiya 1. 1. 2 Həyat bilgisi 1. 1. 1
Resurslar: Dərslik , iş vərəqləri, müxtəlif formalı maqnitlər, müxtəlif formalı dəmir taxta və plastik qırıntıları youtube. comwatch? v=f 6 Cq. As. Yb. E 58
MOTİVASİYA
Tədqiqat sualı Radioaktiv kimyəvi element digər elementlərdən nə ilə fərqlənir? Radiasiya nə deməkdir?
1. Nüvə qrupu Aşağıda ingilis fiziki Rezerfordun apardığı eksperimentin qısa məzmunu verilir. Onu diqqətlə oxuyun və eksperimentin nəticəsinə dair fərziyyənizi formalaşdırın.
2. Elektron qrupu Alfa şüalarının elektrik və maqnit sahələrində hərəkətini araşdırın.
3. Rezerford qrupu Betta şüalarının elektrik və maqnit sahələrində hərkətini araşdırın.
4. Atom qrupu Qamma şüalarının elektrik və maqnit sahələrində hərəkətini araşdırın.
Nəticələrin çıxarılması 1. Müəyyən olundu ki, radiumun radioaktiv şüalanması mürəkkəb tərkibə malikdir: şüalanma müxtəlif zərrəciklər selindən ibarətdir. Bu zərrəciklər seli maqnit sahəsindən keçdikdə Lorens qüvvəsinin təsiri ilə müxtəlif istiqamətlərə meyil edir. Şüaların bir qismi yüksüz zərrəciklər selindən ibarət olduğundan öz əvvəlki istiqamətində yoluna davam edir – bunlar γ-şüalanmaadlandırıldı. Şüaların bir qismi müsbət yüklü zərrəciklər selindən ibarət olduğundan onlar öz əvvəlki istiqamətindən sol əlin baş barmağı istiqamətinə meyil edir (sol əl qaydasına görə). Bu şüalanma α-şüalanma adlandırıldı. β -şüalanma adlandırılan üçünсü qisim şüalar isə mənfi yüklü zərrəciklər seli olduğundan onlar α-şüalanmanın əksi istiqamətində meyil edir
Araşdırmadan görünür ki, sapdan asılan maqnit hansı istiqamətdə fırladılmasına baxmayaraq, o, bütün hallarda eyni vəziyyət – şimal-cənub istiqamətini alır. Bu onunla əlaqədardır ki, Yer kürəsi iki maqnit qütbünə malikdir (bax: § 2. 4). Ona görə də Yerin Şimal coğrafi qütbünə istiqamətlənən maqnit qütbü şimal (N – ingilis sözü “North”), Yerin Cənub coğrafi qütbünə istiqamətlənən maqnit qütbü isə cənub (S – ingilis sözü “South”) adlandırıldı. Laboratoriya maqnitlərinin qütblərini fərqləndirmək üçün onlar adətən, iki rənglə boyanır: şimal (N) tərəfi göy (və ya ağ), cənub (S) tərəfi isə qırmızı. Rənglərin sərhədi maqnitin orta xəttinə uyğundur. Yalnız bir qütbü olan maqnit mövcuddurmu? Maqnit ixtiyari istiqamətdə iki (və ya daha çox) hissəyə bölünərsə, bu hissələr, hər biri – şimal və cənub qütblərindən ibarət kiçik maqnitə çevrilər (e). Bu o deməkdir ki, ixtiyari maqnit hər biri iki qütbdən ibarət çoxlu sayda kiçik maqnitlərdən ibarətdir (f). Hər bir maqnitin mütləq iki qütbü olur: şimal (N) və cənub (S). Maqnitlərin müxtəlifadlı qütbləri bir-birini cəzb edir, eyniadlı qütbləri isə bir-birini itələyir. Maqnitin bu xassəsindən praktikada geniş istifadə olunur, məsələn, maqnit əqrəbində. Maqnit əqrəbi – iki qütbə malik kiçik sabit maqnitdir. O, yüngül polad lövhədən hazırlanır. Əqrəbin ortasında şüşədən yataq vardır. Bu yataq itiuclu milə söykənir, onun sayəsində əqrəb üfüqi müstəvidə istənilən tərəfə asanlıqla dönür. Əqrəbin şimal qütbü Yer kürəsinin Şimal, cənub qütbü isə Yerin Cənub coğrafi qütbünə doğru yönəlir. Kompasın əsas hissəsi maqnit əqrəbidir (g)
Meyarlar Meyar lar I səviyyə III Səviyyə IV səviyyə Nümunə Gətirmə Radioaktivlik hadisələrinə aid müəllimin köməyi ilə nümunə gətirir Radioaktivlik hadisələrinə aid məhdud həcmdə nümu-nəgətirir Radioaktivlik hadisələrinə aid əsasən doğru nümunəgətirir Radioaktivlikha disələrinə aid tam doğrunümunə gətirir İzahetmə Radiaktiv şüaların maqnit və elektrik sahələrində meyl etməsini izah etməkdə çətinlik çəkir. Radiaktiv şüaların maqnit və elektrik sahələrində meyl etməsini tam izah edə bilmir. Radiaktiv şüaların maqnit və elektrik sahələrində meyl etməsini doğru izah edir. Radiaktiv şüaların maqnit və elektrik sahələrində meyl etməsini ətraflı izah. Radioktivliyə aid təcrübələri qismən nümayiş etdirir. Radioktivliyə aid təcrübələri düzgün nümayiş etdirir. Radioktivliyə aid təcrübələri tam düzgün nümayiş etdirir. Tətbiq etmə Radioktivliyə aid təcrübələri səhv nümayiş etdirir.
Ev tapşırığı 1. Radioktivliyin insan orqanizminə təsiri mövzusunda esse yazmaq.
- Slides: 16