Mktb Bak 296 sayl tam orta mktb Sinif
Məktəb: Bakı ş. 296 saylı tam orta məktəb Sinif: 10 Mövzu: Sıralar və onların idarə edilməsi Məqsəd: Şagirdlərə sıra elementlərin öyrətmək Keçirilmə yeri: Sinif otağı Vaxt: 45 dəq Müəllim: Baş L/nt : Əhmədov Zaur Zakir
Giriş hissə -7 dəq • Tağım komandirinin məruzəsin qəbul etmək • Salamlaşmaq • Dərsə davamiyyəti və xarici görünüşü yoxlamaq • Keçmiş dərsin mənimsənilməsin qisa yoxlamaq
MOTIVASIYA Bu rəsmlər nəyə işarədir əziz şagirdlər?
Tarixdə sıra və döyüş düzülüşünün əhəmiyyəti nədən ibarətdir? Nizam intizamsız döyüşdə qələbə qazanmaq olarmı?
Əsas hissə--33 dəq 1. Sıra, hərbi qulluqçuların, bölmələrin və hissələrin piyada və maşınlarda birgə hərəkəti üçün Nizamnamə ilə müəyyən edilmiş düzülüşüdür. 2. Cərgə, hərbi qulluqçuların biri o birinin yanında bir xətt üzə-rində düzüldüyü sıradır. Maşınlar xətti, maşınların biri o birinin yanında bir düz xətt üzrə düzüldüyü sıradır. 3. Cinah, sıranın sağ (sol) kənarıdır. Sıra döndükdə cinahların adı dəyişmir. 4. Ön, sıranın hərbi qulluqçularının üzləri (maşınların qabağı) baxan tərəfdir. 5. Sıranın arxa tərəfi, sıra önünün əks tərəfidir. 6. İnterval, hərbi qulluqçular (maşınlar), bölmələr və hissələr arasında ön boyu məsafədir.
7. Distansiya, hərbi qulluqçular (maşınlar), bölmələr və hissə-lər arasında dərinliyə görə məsafədir. 8. Sıranın eni, cinahlar arasındakı məsafədir. 9. Sıranın dərinliyi, birinci cərgədən (qabaqda duran hərbi qul -luqçudan) axırıncı cərgəyə (arxada duran hərbi qulluqçuya), maşın-larda hərəkət edərkən maşınların birinci xəttindən (qabaqdakı ma-şından) maşınların axırıncı xəttinə (arxadakı maşın) qədər olan məsafədir. 10. İki cərgəli sıra, bir cərgənin hərbi qulluqçularının o biri cərgənin hərbi qulluqçularının arxasında biraddımlıq (qabağa uza-dılmış əlin barmaqlarının qarşıda duranın çiyninə çatana qədər mə-safə) distansiyada düzülüşüdür. Cərgələr birinci və ikinci adlanır, sıra döndükdə cərgələrin adı dəyişmir.
17. Kolon, hərbi qulluqçuların, bölmələrin (maşınların) bir-bi-rinin arxasında Nizamnamə, yaxud komandirin göstərişi ilə müəy-yən edilmiş distansiyalarda düzüldükləri sıradır. 24. İstiqamətləndirici, göstərilmiş istiqamətdə qabaqda gedən hərbi qulluqçudur (bölmədir, maşındır). Qalan hərbi qulluqçular (bölmələr, maşınlar) öz hərəkətlərini istiqamətləndirici ilə uyğun-laşdırmalıdırlar. 21. Açıq sıra, bölmələrin ön boyu bir xətt üzrə bir cərgə, ya da iki cərgə (maşınlar xəttində), kolonlar xətti sırasında, yaxud Ni-zamnamə, ya da komandirin təyin etdiyi intervalda düzülüşüdür. 22. Açıq sıra yoxlamalar, baxışlar, paradlar (mərasimlər) keçir-mək üçün və başqa hallarda tətbiq edilir. 23. Səfər sırası, bölmə kolonda, yaxud bölmələr kolonlarda biri o birinin arxasında Nizamnamə, ya da komandirin müəyyən etdiyi distansiyalarda düzülüşdür.
31. Xəbərdarlıq komandası komandirin sıradakılardan nə tə-ləb etdiyini düzgün anlamaları üçün ucadan, aydın və uzadılaraq verilir. 32. Hər hansı xəbərdarlıq komandası veriləndə sırada və sıradan kənarda olan hərbi qulluqçular “Farağat” vəziyyəti alırlar; sırada hərəkət edənlər ayaqlarını yerə daha möhkəm basırlar. 33. İcra komandası (bu nizamnamədə iri şriftlə göstərilib) qısa fasilədən sonra ucadan, kəskin və aydın verilməlidir. İcra koman-dası dərhal və dəqiq yerinə yetirilir. 34. Bölmənin və ya hərbi qulluqçunun diqqətini cəlb etmək məqsədi ilə xəbərdarlıq komandasında, lazım gəldikdə, bölmənin adı, yaxud hərbi qulluqçunun rütbəsi və soyadı deyilir: məsələn, “Taqım (2 -ci taqım) – DUR”; “Əsgər Mahmudlu, geriyə – DÖN”. 36. Komanda verərkən səsin tonu sıranın uzunluğuna uyğunlaş-dırılmalıdır, raport aydın, səsin tonu kəskin qaldırılmadan verilir
Yeni dərsin mənimsənilmə sorğusu? ? ? İnterval Cərgə Sıra Cinah Ön Distansiya
Yekun Hissə-5 dəq • Yeni dərsin mənimsənilməsini qısa yoxlamaq (sual cavab) • Qiymətləri elan etmək • Ev tapşırığı vermək
Diqqətinizə görə təşəkkür edirəm. .
HƏRBİ PARAD Sıra nizamının real videorolik
Marağa sebeb sıra nizamı (real). .
- Slides: 15