Mktb 9 sayl tam orta mktb a Mllim
Məktəb: 9 saylı tam orta məktəb a Müəllim: Şirəliyeva Məhbubə Akif qızı Sinif: VIa Mövzu: B. Vahabzadə “Bayraq” şeiri.
Standartlar: 2. 1. 2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir. 3. 1. 3. Mətnin hissələrini əlaqələndirir. Dərsin məqsədi: 1. Şeirdə rast gəldiyi obrazlı ifadələrin mənasını izah edir. 2. Əldə etdiyi məlumatları abzaslar üzrə məntiqi ardıcıllıqla qruplaşdırır, məruzə hazırlayır. Dərsin metodu: İnteraktiv təlim metodu. Dərsi tipi: İnduktiv İş forması: Qruplarla iş İş üsulu: Beyin həmləsi, müzakirə, klaster İnteqrasiya: Ədəbiyyat, tarix, musiqi, rəsm
I
Xalq, Dövlət üçün bayraq nədir?
Döyüş və ya idman yarışları zamanı bayraqdar seçilən şəxs hansı keyfiyyətlərə malik olmalıdır?
Bugünkü dərsimiz B. Vahabzadənin “Bayraq” şeiridir.
Respublikamızda bayraq günü nə vaxt qeyd olunur?
Dövlət Atributlarımız hansılardır?
Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə Namusunu hifz etməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Azərbaycan!
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!” Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.
Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib
Tə d qiq apa atın rılm ası
Tədqiqat sualı Şeirdə şair tarixilik və vətənpərvərlik hissini oxucuya necə çatdırır?
I ci bənd üzrə 1. «Torpağım üstünə kölgələr salan» nə deməkdir? 2. «Varlığın cilası» deyəndə nə nəzərdə tutulur? 3. «Göytürklər» kimdir və onların adı nə üçün çəkilir? 4. «Qurdbaşı bayraq» nəyə işarədir? Nə üçün şair bayrağı onun balası adlandırır?
II bənd üzrə 1. bəndin ilk iki misrasını izah edin. «Torpaq, əgər uğrunda ölən varsa Vətəndir» Misrası ilə müqayisə edin. 2. Bəndin 3 -4 -cü misralarını izah edin. Zəfər gülləri nə üçün bayraq işığında bitir? 3. Bəndin sonuncu misralarını izah edin.
III bənd üzrə 1. Əcdadımızın ayaq izi deyəndə hara Nəzərdə tutulur? 2. Nə üçün şair bu torpaqlarda bayrağımızın dikəlməyin arzulayır? 3. «Keçdiyi yerlərə» deyəndə hara nəzərdə tutulur?
IV qrup üzrə 1. İlk iki misranı izah edin. Hilalın nə üçün daha qədim tarıxə Malik olduğu haqqında fikir yürüdün? 2. Bu bənddə hilal haqında hansı məlumat verilir?
V bənd üzrə 1. Nə üçün Şair bayrağı əsgər silahı ilə eyniləşdirir? 2. Şair bayrağın yalnız şəhidlər önündə əyilməli olduğunu deyərkən nəyi nəzərdə tutur?
Nəticə və Ümumiləşdirilmə
Bəxtiyar Vahabzadə «Bayraq» şeiri ilə oxucuya tarixilik və vətənpərvərlik hissini ta qədim kökümüzə əsaslanaraq, tarixi ərazilərimizi xatırladaraq, ilk bayrağımızın hətta qurdbaşlı bayraq olduğunu bildirərək əhatəli çatdırır. Bu beş bəndlik şeirdə şair bütün bunlarla oxucunun vətənpərərlik hisslərini qəlbində coşdurur.
Bayraq-bir ölkəni və ya birliyi işarələyən, əsasən parçadan olan müharibələr zamanı öndə, insanların başı üzərində aparılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın simvolu və anlamlı rəngləri dəyişməzdi. Hər rəng və simvol bir özəl məna daşıyır.
Tanrı Türkü Qorusun
Bayrağımızın sələfləri. Qaraqoyunlu dövləti Atabəylər dövləti Bakı xanlığı Ağqoyunlu dövləti Səfəvilər dövləti Şəki xanlığı
21 iyun 1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökümətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 9 noyabr 1918 -ci ilə qədər mövcud olub. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. 1918 -ci il noyabrın 9 -da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Milli bayrağımız ilk dəfə 1918 -ci il noyabrın 9 -da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918 -ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920 -ci il mayın 3 -də Azərbaycan Parlamentinin binası üzərindən endirildi…
Azərbaycan Respublikasının dövlət bayrağı 1990 -cı il noyabrın 17 -də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991 -ci il oktyabrın 18 -də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başlayıb.
Hər birimizin and yeridir. Hər birimizin fəxridir. Hər birimizin sevincidir. Hər birimizin canıdır. Hər birimizin qəlbidir. Hər birimizin qürurudur. YIXILMAZ, ƏYİLMƏZ, SINMAZ VƏ ALINMAZ QALASIDIR. Qalanın memarı. Qalanın müdafiəçisi.
Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyümüzün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən Dövlət bayrağına and içir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı. Yaranma tarixi Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlər atributudur. Bayrağın simvol və anlamlı rəngləri ümumiyyətcə dəyişilməzdir. Hər rəng və simvol bir özəl məna daşıyır. Tarixi Bayraqlar ilk illərdə yalnız siqnallaşmaq üçün istifadə edilmişdir. Ölkələrin özlərinə bayraq təyin etməsi isə, döyüşlərdə tərəflərin birbirlərini ayırd edə bilmələri üçün Orta Çağ başlarında ortaya çıxan bir faktdır. Kristofer Kolumb zamanında, hər gəminin hansı ölkəyə mensub olduğunu göstərən bir bayraq daşıması zəruri hesab olunmuşdur və bunun nəticəsində, günümüzdəki bayraq sistemi ortaya çıxmışdır.
EV TAPŞIRIGI: Azərbaycan dovləti ilə sərhəd olan qonşu dövlətlərin bayraginin rəsmini çəkin
- Slides: 38