Mktb 219 sayl Fnn DBYYAT Sinif X Mllim
Məktəb: 219 saylı Fənn: ƏDƏBİYYAT Sinif: X Müəllim: Rəfizadə Sədiqə Bəhruz Tarix: 27. 02. 2013
Sizcə, bu beyt kimin qəzəlindəndir? ? ? Məndə sığar iki cahan, mən bu cahana sığmazam! Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam!
İmadəddin Nəsimi 1369 -1417
Mövzu: İmadəddin Nəsiminin həyat və yaradıcılığı
HƏYATI 1369 -cu ildə Şamaxıda anadan olmuşdur. Əsl adı Əlidir. Peyğəmbər nəslindən olduğu üçün «Seyyid» adlandırılmışdır.
Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur.
Şərqin tanınmış sufi şeyxlərindən olan Həllac Hüseyn Mənsura olan rəğbətinə görə «Hüseyni» təxəllüsü ilə də tanınır.
Bunlardan əlavə, doğulduğu « . . Şirvani » nisbəsi yerə görə ilə də xatırlanır. Dövrünün elmlərinə, Qurana, hədislərə və başqa əhəmiyyətli dini ədəbiyyata dərindən bələd olduğu üçün «İmadəddin» ( «dinin dayağı» ) adını almışdır.
Ən çox tanındığı Nəsimi təxəllüsünü isə hürufiliyin banisi Fəzlullah Nəimiyə (1369 -1394) . . . görə götürmüşdür.
Nəsiminin həyatını iki. . mərhələyə ayırmaq olar.
ilə Birinci mərhələ 1386 -cı . . . qədərki dövrü əhatə edir. Bu dövrdə Nəsimi yorulmaq bilmədən təhsilini kamilləşdirmiş, dövrünün dini və dünyəvi elmlərini, eləcə də özünə qədər üç dildə - ərəb, fars və türk dillərində yaranmış Yaxın və Orta Şərq poeziyasını, fəlsəfi fikrini öyrənmişdir.
İkinci mərhələnin başlanmasına 1386 -cı ildə səbəb Nəsiminin . . . . hürufiliyin banisi Fəzlullah Nəimi ilə tanışlıq oldu. Nəsimi bu mərhələdə hürufilik ideyalarını mənimsəmək və təbliğ etmək işi ilə məşğul olur. 1394 -cü ildə Fəzlullah Nəimi Miranşahın əmri ilə Əlincə qalasında əziyyətlə Əlincə qalasında öldürülür.
Əlincə qalası
«Hürufi» sözünün mənası ərəb dilindən tərcümədə «hərflərə aid olan» deməkdir.
Hürufiliyin əsasları Nəiminin «Cavidannamə» . . . . əsərində verilmişdir.
Nəsimi və hürufiliyin təbliğatçıları Nəiminin vəsiyyətinə əsasən Bakını tərk edirlər. Sizcə, sonra nə baş verir?
Bakını tərk edən Nəsimi Anadoluya üz tutur. Lakin Osmanlı hökmdarı I Muradın hürufiliyə qarşı mübarizə aparması Nəsiminin Anadolunu tərk etməsinə səbəb olur.
Bir müddət İraqda və Suriyada fəaliyyət göstərən Nəsimi 1417 -ci ildə Hələb şəhərində işgəncə ilə öldürülür. Onun məzarı Hələb şəhərindədir.
Nəsimi haqqında harada rast gəlirik? ? ?
Yazıçı İsa Hüseynov (Muğanna) Nəsimi haqqında «Məhşər» romanını yazmışdır və onun ssenarisi üzrə «Nəsimi» bədii filmi çəkilmişdir.
Yazıçı Qabil «Nəsimi» poemasını yazmışdır.
İmadəddin Nəsiminin Şamaxıda heykəli
İmadəddin Nəsimi adına Sumqayıtda park
İmadəddin Nəsimi adına metro stansiyası
YARADICILIĞI 1. Nəsimin bədii irsi türk, fars və ərəb dillərində yazdığı əsərlərdən ibarətdir. 2. Nəsimi yalnız lirik növdə yazmışdır, epik növdə əsəri yoxdur. 3. Əsərlərini əruz vəzndə yazmışdır. 4. Türk əruzunun formalaşmasında böyük xidmətləri olmuşdur. 5. Əsərlərində ümumbəşəri humanist ideyaları təbliğ etmişdir.
Nəsiminin yaradıcılığı lirik növdə yazılmış şeirlərdən ibarətdir. qəsidə məsnəvi qəzəl Nəsiminin ədəbi irsi tuyuq təcribənd müləmmə müstəzad
Nəsiminin yaradıcılığında əsas yeri janrında olan . . … qəzəl əsərlər tutur. Onun qəzəlləri mövzusuna görə iki yerə bölünür.
1. Məhəbbət mövzusunda 2. Kamil insan mövzusunda
«Yanaram» qəzəli Məhəbbət mövzusunda yazılmış qəzəllərdən biridir. Səkkiz beytdən ibarət şeirdir. Səkkiz Qəzəlin dili asandır, bir neçə söz istisna olmaqla digər sözlər bu gün də dilimizdə işlənir. Bu qəzəl əruz vəzninin münsərih bəhrində yazılmışdır. münsərih bəhrində.
«Yanaram» qəzəli Səndən iraq, ey sənəm, şamü səhər yanaram, Vəslini arzularam, dəxi beyər yanaram Eşq ilə şövqün odu canıma kar eylədi, Gör necə tabından, ey şəmsü qəmər, yanaram Məndən iraq olduğun bağrımı qan eylədi, Oldu gözümdən rəvan xuni-cigər yanaram Şəmi-ruxun surəti qarşıma gəlmiş durur Şəşəəsindən mana şölə düşər yanaram.
Səbr ilə aramımı qapdı əlimdə qəmin, Badi-həvadan degil, qəmdən əgər yanaram Çıxdı içimdən tütün, çərxi boyadı bütün, Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram Yandığım ol yar üçün gizli degil, mən dəxi hər nə qədər kim, anın könlü dilər, yanaram Müddəi yanar demiş qəmdə Nəsimi üçün Qəmdə yanan yarı yar çünki sevər, yanaram
Nəsiminin insanı kamilliyə səsləyən, pisliklərdən çəkindirən qəzəlləri arasında mənəvi ustadı Mənsur Həllacın «ənəlhəq» (mənəm haqq, mənəm Tanrı) məzmununu ifadə edən əsərləri mühüm yer tutur.
Ərəb əlifbası ilə yazılmış «Ənəlhəqq ifadəsi
Nəsiminin kamil insan mövzusuna həsr olunmuş qəzəllərindən bir çoxu kiçik qəsidə təsiri bağışlayır. O, bu cür qəzəllərinin bəzisində dünyanı «murdar leş» adlandırır, dünya nemətlərini kamilliyə gedən yolda qarşıya çıxan əngəllər kimi qiymətləndirir.
Nəsiminin belə qəzəllərində insan kainatdakı bütün canlılardan üstün tutulur, insanın Tanrı mərtəbəsinə yüksələ bilməsinin mümkünlüyü məsələsinə toxunulur. «Mən mülki-cəhan. . . » qəzəli də bu mövzuda yazılmış şeirlərdən ibarətdir.
18 beytdən ibarətdir. Qəzəldə Musa kimi dini, Cəmşid kimi əfsanəvi adlar çəkilmişdir. Bu qəzəl əruz vəzninin həzəc bəhrində yazılmışdır.
«Mən mülki-cahan. . » qəzəli Mən mülki-cahan, cahan mənəm, mən! Mən həqqə məkan, məkan mənəm, mən! Mən ərşilə fərşü kafü nunəm, Mən şərhü bəyan, bəyan mənəm, mən! Mən kövnü məkanü «kün-fəkan» əm, Bilgil ki, nişan mənəm, mən! Mən surəti-mənidə həqqəm həqq, Mən həqqi-əyan, əyan mənəm, mən! Bir gövhəri-əqdəməm əzəldən, Ey gövhərə kan, kan mənəm, mən!
Mən atəşi-eşqi-nuri-həqqəm, Musaya zəban, zəban mənəm, mən! Mən cümlə cahani-kainatam, Mən dəhri- zaman, zaman mənəm, mən! Mən ayəti-müshəfü kitabam, Ey nöqtədəhan, dəhan mənəm, mən! Mən qövsilə həm kamanü tirəm, Ey tirü kaman, kaman mənəm, mən! Cəmşidi-zamanü aləm oldum, Cəmşidi-zaman, zaman mənəm, mən!
Mən nəqşi-xəyalü xəttü xaləm, Mən hərfü lisan, lisan mənəm, mən! Mən gənci-nihani, «küntü kənz» əm, Mən gənci-nihan, nihan mənəm, mən! Mən zatü sifati- «kün-fəkan» əm, Mən ruh ilə can, can mənəm, mən! Mən kafirə matəmü müsibət, Möminə iman, iman mənəm, mən! Mən cənnətü abi-kövsər oldum, Ey səhni-cinan, cinan mənəm, mən!
Mən bəhri-mühitü həm kəranəm, Ey bəhri-kəran, kəran mənəm, mən! Mən sirrəmü tövhidəm, hədisəm, Həm qeybü güman, güman mənəm, mən! İnsanü bəşərsən, ey Nəsimi, Həqdir ki, həman mənəm, mən!
Test № 1 İ. Nəsiminin tərcümeyi-halı ilə bağlı səhv fikri göstərin. a) Şair 1369 -cu ildə Şamaxıda doğulmuşdur. b) «Şirvani» adı onun nisbəsidir. c) Şeirlərinin çoxunu «Nəsimi» təxəllüsü ilə yazmışdır. d) Fəzlullah Nəiminin müridi olmuşdur. e) 1417 -ci ildə Hələbdə taun xəstəliyindən ölmüşdür.
Test № 2 İ. Nəsiminin yaradıcılığı ilə bağlı səhv fikri göstərin. a) Epik növdə əsər yazmamışdır. b) Elmi əsərləri yoxdur. c) Məhəbbət mövzulu lirik şeirlərin müəllifidir. d) «Yanaram» şeirində sujet xətti var. e) Məsnəvi formasında əsərlər yazmışdır.
Test № 3 İ. Nəsiminin həyat və fəaliyyəti ilə bağlı düzgün fikirləri seçin. 1. XIV əsrin sonları, XV əsrin əvvəllərində yaşamışdır. 2. İlk təhsilini Suriyada almışdır. 3. «Yanaram» rədifli qəzəli heca vəznindədir. 4. Anadilli qəzəlin ilk nümunələrini yaratmışdır. 5. Əsərləri məzmunca iki yerə ayrılır. A) 1, 2 B) 1, 3 C) 1, 5 D) 3, 5 E)4, 5
Resurslar 1. Ədəbiyyat, 10 -cu sinif üçün dərslik 2. http: // www. baku. wsz 3. http: // www. tac. az 4. http: // www. legend. az 5. http: // www. tac. az
- Slides: 46