Mktb 13 sayl SNF III MVZU NSAN V
Məktəb: 13 saylı SİNİF: III MÖVZU: İNSAN VƏ İNFORMASİYA Müəllim: Nəsibova Xəyalə
Standart: 1. 1. 1, 1. 1. 2, 1. 1. 4 1. 1. 1 Təbiət və cəmiyyətdəki informasiyalara , informasiya proseslərinə aid nümunələr göstərir. 1. 1. 2 Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə izah edir. 1. 1. 4 Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah edir. Dərsin məqsədi: • təbiətdə və cəmiyyətdə informasiyalara aid misal gətirmək; • Insanın duyğu üzvlərinin rolunu sadə misallarla izah etmək; • cəmiyyətdəki informasiya mübadiləsinin əhəmiyyətini izah etmək; • Insanlar arasında informasiyanın rolunu izah etmək; • təbiətdə və cəmiyyətdə olan informasiya mənbələrini qruplaşdırmaq. Əsas anlayışlar: İnformasiya, duyğu üzvləri, təbiətdəki informasiya, cəmiyyətdəki informasiya Dərsin tipi: Deduktiv İş forması: Bütün siniflə iş, fərdi iş Üsullar: Beyin həmləsi, diskussiya, oyun Fənlərarası inteqrasiya: A-d. -1. 2. 1, Riy. -5. 1. 1, H-b-1. 1. 1, 1. 3. 2, 2. 1. 2, 4. 2. 3, X-d. -2. 2. 1, Tex. -2. 1. 2, T-i. -1. 1. 1, Mus. -2. 1. 2 Təchizat: Plakatda krossvord, rəngli karandaşlar, iş vərəqləri
Motivasiya _Krossvordun hər sütununda duyğu üzvünü ifadə edən bir söz gizlədilib. Onları tapın. 1. İnsanın dadbilmə üzvü. 2. İnsanın iybilmə üzvü. 3. İnsanın eşitmə üzvü. 4. İnsanın toxunma üzvü. Bu sözləri açdıqdan sonra üfüqi açılmış hərflər sizə əsas sözü tapmağa kömək edər. _Krossvorddakı sözləri tapdıqdan sonra üfüqi xanada “gizlənmiş” yeni bir söz alınacaq. Bu söz “İnsan duyğu üzvləri vasitəsilə ətraf mühitdən nə qəbul edir? ” sualına cavab verəcək. _İnsandan başqa daha hansı obyektlərdə duyğu üzvləri var? 1 d i n f l q 3 u b 2 l u o r m a s q u n D 4 ə r i y a
Görmə Eşitmə Insan və İybilmə informasiya Məlumat Dadbilmə
Tədqiqat sualı İnsan onu əhatə edən obyektlərdən hansı informasiyanı və necə alır?
Tədqiqatın aparılması Biz hər gün məktəbdən, iş yerindən, televiziyadan, radiodan müxtəlif informasiyalar alırıq. Bu informasiyaların bir çoxu bizim üçün yeni informasiyalardır. Məsələn , hər gün dərslərdən əldə etdiyimiz biliklər bizim üçün yeni informasiyadır. Bu gün hansı informasiyanı aldınız. Vizual______________________________ Səs_______________________________ Daktil______________________________ Dad______________________________ Qoxu______________________________
Mübadilə və müzakirə -Qoxu informasiyasını hansı obyektlərdən aldın? -Dad informasiyasını nədən aldın? -İnsan nə vaxt obyektdən vizual informasiya ala bilmir? _Hansı obyektlərdən səs informasiyası almaq olmur?
Ümumiləşdirmə və nəticə -Müəyyən bir obyektə baxan insanların aldıqları informasiya eyni olurm? -Nə üçün insana bir neçə duyğu üzvü lazımdır? -İnsan onu əhatə edən obyektlərdən hansı informasiyanı və necə alır? -İnsanın beş duyğu üzvü var: göz, qulaq, dil, burun, dəri. Ona görə də insan ətraf aləmdən beş növ informasiya ala bilir: vizual, səs, dad, qoxu və daktil. Əşyaya toxunmadan vizual, səs və qoxu informasiyalarını almaq olar. Dad və daktil informasiyanı almaq üçün isə insan mütləq obyektə toxunmalıdır. İnsanlar duyğu üzvlərinin fəaliyyətini gücləndirmək, obyektlər haqqında daha çox və dəqiq informasiya almaq üçün müxtəlif alətlər və texniki cihazlar hazırlamışlar. Məsələn , xətkeş əşyaların uzunluğunu, tərəzi kütləsini
Yaradıcı tətbiqetmə İş dəftərindəki 1 -3 -cü tapşırıqları yerinə yetirin. Azərbaycan bayrağı, dəftər, meşə, imla, teatr, balıq _obyektlər haqqında müxtəlif informasiyalar söyləyin. Daha çox informasiya söyləyən oyunun qalibi hesab olunur.
Ev tapşırığı: İş dəftərindəki 4 -cü tapşırığı yerinə yetirin.
Qiymətləndirmə Meyarlar İnformasiya mənbələrini müəyyən edə bilir. İnformasiyanın duyğu üzvlərinin rolunu izah edə bilir. İformasiyanı hansı duyğu üzvü vasitəsilə qəbul edilməsindən asılı olaraq onun növünü müəyyən edə bilir. İnsanların həyatında informasiyanın əhəmiyyətini izah edə bilir. İnsanların informasiyanı necə əldə etdiklərini izah edə bilir. Yaxşı Orta Zəif
- Slides: 14