mkir rayon Nizami Gncvi adna tam orta mktbin
Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbin nəzdində yaradılan Distant Təhsil Mərkəzinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Qasımova Fatima
• Dərsin mövzusu: Dəyirmi masa cəngavərləri. • Standart: 2. 2. 3. Mətndəki əsas fikri müəyyənləşdirir. 2. 1. 1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir. • Məqsəd: 1. Mətndəki hadisələr arasında səbəb – nəticə əlaqəsini müəyyən edir. 2. Mətndə qarşılaşdığı yeni sözü yaxınmənalı sözlə əvəz etməklə mənasını anladığını nümayiş etdirir. 3. Omonimlərlə çoxmənalı sözlərin fərqini izah etmək • • İnteqrasiya: fəndaxili, ədəbiyyat, tarix İş üsulu: Beyin həmləsi, müzakirə. İş forması : Fərdi. Resurs: Slayd, Şəkillər
Siz dəyirmi masa ətrafında keçirilən görüşlər haqqında oxumuş və ya eşitmisiniz. Bəzən bu görüşlər hətta kvadrat masa arxasında keçirilsə belə, onu dəyirmi masa adlandırırlar. Bunun səbəbi nədir?
Mətn oxunur və başa düşülməyən sözlər izah olunur.
Hansı söz bu ardıcıllığı davam etdirə bilər? Hersoq, baron, . . . A)prezident B)kral C)qraf D)professor A)prezident
Omonim sözlərlə çoxmənalı sözlər oxşar olsalar da, onların bəzi fərqli xüsusiyyətləri var: • 1. Omonim sözlərin mənaları tamamilə fərqləndiyi halda, çoxmənalı sözlərin mənaları arasında müəyyən yaxınlıq olur. • İnsanın gözü, bulağın gözü, şkafın gözü • İnsanın başı, dağın başı, kəndin başı • İnsanın qolu, köynəyin qolu, çayın qolu
--İnsanın burnu -Gəminin burnu -Ayaqqabının burnu burun Ümumi səthdən qabağa çıxman uc hissəni bildirir
Çoxmənalı sözlər eyni nitq hissəsinə aid olsa da omonim sözlər müxtəlif nitq hissələrinə aid olur. • • -- -kök (necə? sifət) qadın Bitkinin kökü(nə? isim)
Əgər sözün mənaları arasında heç bir bağlılıq yoxdursa deməli bunlar ayrı leksik vahidlərdir Qaz-ev quşu Qaz-mavi yanacaq
Deyilişi və yazılışı eyni olan leksik mənaları tamamilə fərqlənən sözlərə omonim sözlər deyilir Hər hansısa bir sənədə çəkilən qol Çayın qolu Futbolda vurulan qol
Bəzi sözlər həm omonimlik, həm də çoxmənalılıq keyfiyyətinə malikdir. Çoxm ənal k i l m i n o m O ılıq Alət Bədən üzvü Bel İnsanın beli Dağın beli Belə sözlər dildə çoxdur məsələn: kök, qol, yay, tut, aş, boğaz, üz, yar və s.
“Dəstək" sözünü hansı cümlədə “kömək” sözü ilə əvəz etmək olar? A)Baltanın dəstəyi qırıldığına görə Toğrul odunları yara bilmədi. B)Özünü çox təkəbbürlü apardığına görə o, dostlarının dəstəyindən məhrum oldu.
Keçək Kür çayını, Araz çayını, İçək Lənkəranın nübar çayını Bu misralarda omonimləri tap? Bədii ədəbiyyatda Omonimlər necə adlanır?
Nəticə Mətndəki faktları ümumuləşdirməklə nəticə çıxarılır. Kontekstdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lüğətdə verilmiş izahla müqayisə edir. Omonimlərlə çoxmənalı sözləri fərqləndirir.
Sözün mənasını izah etmək bacarığının qiymətləndirilməsi üzrə holistik rubrik Göstəricilər(səviyyə) Meyarlar 4. Kontekstdən çıxış edərək sözün həqiqi və məcazi mənada işləndiyini müəyyənləşdirir və mənasını izah edir 3. Kontekstdən çıxış edərək sözün həqiqi və məcazi mənada işləndiyini müəyyənləşdirir , lakin mənasını izah etməkdə çətinlik çəkir. 2. Kontekstdən çıxış edərək sözün həqiqi və məcazi mənada işləndiyini müəyyənləşdirməkdə çətinlik çəkir. 1. Sözün kontekstə uyğun mənasını müəyyənləşdirməkdə çətinlik çəkir Qeyd
- Slides: 16