mkir hr Nizami Gncvi adna tam orta mktbin
Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin nəzdində yaradılmış Distant təhsil mərkəzinin ibtidai sinif müəllimi Novruzova Mehriban Ənvər qızı
4 -cü sinif Azərbaycan dili Mövzu: Ahəng qanunu
STANDART: 4. 1. 1. Ahəng qanununa tabeliyinə görə sözləri fərqləndirir: TƏDQİQAT SUALI: Sadaladığımız sözlərin ahəng qanunununa görə necə müəyyən edir?
Təlim məqsədi. 1. Ahəng qanununun yaranma yollarını izah edir. 2. Ahəng qanununa görə yazılış qaydalarına əməl edir. • • İş forması: Fərdi İş üsulu: Beyin həmləsi İnteqrasiya: Təsviri incəsənət Resurslar: Elektron resurslar, dərslik
FONETİKA Danışıq səsləri Sait səslər Heca Samit səslər Ahəng qanunu Vurğu
Fonetika danışıq səslərini öyrənir. Heca, vurğu, ahəng qanunu fonetikanın mövzuları sırasına daxildir. Fonetikanın əsas qanunlarından biri ahəng qanunudur. .
Şeirdə altından xətt çəkilmiş sözləri müqayisə edin. Sözün də su kimi lətafəti var, Hər sözü az demək daha xoş olar. Bir inci saflığı varsa da suda , Artıq içiləndə dərd verir o da. N. Gəncəvi.
«Lətafəti» və «içiləndə» sözlərinin tərkibindəki saitlərə nəzər yetirək. «Lətafəti» sözünü təşkil edən saitlər (ə, a, i) müxtəlifcinsli saitlər, «içiləndə» sözünü təşkil edən saitlər isə (i, ə) eynicinslidir.
qalın saitlər: a, ı , o , u , saitlər: iincə saitlər: e, ə, i, ö, ü, u
Sözün tərkibindəki saitlərin hamısı ya qalın, ya da incə olmalıdır. Belə olduqda həmin söz ahəng qanununa tabe olur. Məsələn: dovşan k ə pə nə k
Əgər sözün tərkibindəki saitlər müxtəlif, yəni həm qalın, həm də incə olarsa belə sözlər ahəng qanununa tabe deyil. Məsələn: qızılgül y as ə m ə n
Ahəng qanununa tabe olan sözləri seçin. qaranquş, dəftər, karandaş, kitab, xətkeş, məktəb, çanta, şagird, pəncərə, etibar, qələm, alma, televizor, ananas, dəhliz, çobanyastığı, eyvan dəftər qaranquş xətkeş karandaş çanta məktəb pəncərə alma ananas qələm çobanyastığı dəhliz kəpənək
Şəkillərin adlarını deyin. Ahəng qanununa tabe olmayan adları seçin. z ü ra f ə t el ef o n dovşan tovuzquşu qızılgül a yı c a n a va r i n ək ceyran zebra meymun
Ahəng qanununa görə sözləri qruplaşdırın. torpaq, quşüzümü, kərpic, yaxşılıq, düşüncə, piano, həşərat, vəsiqə, ləpir, səyahət, fərman, təyyarə, Ahəng qanununa tabe olan sözlər. Ahəng qanununa tabe olmayan sözlər. torpaq kərpic yaxşılıq düşüncə vəsiqə ləpir quşüzümü piano həşərat səyahət fərman təyyarə
Sözün ahəng qanununa tabe olması nə deməkdir? A) Sözdə olan sait və samitlərin bir-birini izləməsi. B) Sözdə olan saitlərin samitlərdən sayca çox olması. C) Sözdə olan saitlərin incə və yaxud qalın olaraq bir-birini izləməsi.
Hansı cümlədə bütün sözlər ahəng qanununa tabedir. 1. Çayın kənarındakı meşədən qəribə səslər eşidilirdi. 2. Xalqımız torpaq uğrunda vuruşanları unutmur. 3. Nailə bağçadakı çiçəklərə heyranlıqla tamaşa edirdi.
Hansı bənddə ahəng qanunu pozulmuşdur? A) sevinc, dəniz, balıqqulağı B) mazut, qəsəbə, kimyavi C) fabrik, dəvəquşu, mavi
Nəticə Sözdə qalın və incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.
Diqqətinizə görə təşəkkür edirəm!
- Slides: 19