mkir hr Nizami Gncvi adna tam orta mktbin
Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin nəzdində fəaliyyət göstərən Distant təhsil mərkəzin Tarix müəllimi Məmmədova Turanə Nurəddin qızı https: //www. youtube. com/watch? v=Cy 5 mp 8 i. Kx. J 8&feature=youtu. be
Azərbaycan tarixi Mövzu: Qayalar üzərində tarix
Standart: 2. 1. 1 Qobustanda insan və cəmiyyətin həyatı üçün əlverişli təbii amilləri təsvir edir; 2. 1. 2 Xəritədə Azərbaycan ərazisini və Qobustan qoruqabidəsinin yerləşdiyi məkanı müəyyənləşdirir; 1. 3. 1 Qobustanda yaşamış qədim ailələrin həyat tərzini öz ailəsi nümunəsində təsvir edir; 5. 1. 1 Qobustan qoruqabidəsinin tarixi əhəmiyyətini qiymətləndirir Məqsəd: - Qobustanda insan və cəmiyyətin həyatı üçün əlverişli təbii amilləri təsvir edir; - Xəritədə Azərbaycan ərazisini və Qobustan qoruqabidəsinin yerləşdiyi məkanı müəyyənləşdirir; - Qobustanda yaşamış qədim ailələrin həyat tərzini öz ailəsi nümunəsində təsvir edir; - Qobustan qoruq-abidəsinin tarixi əhəmiyyətini qiymətləndirir
İnteqrasiya: A. d: 3. 1. 2 Əd: 1. 1. 4 Dərsin tipi: Yeni bilik və bacarıqlar formalaşdıran dərs İş forması: fərdi iş İş üsulları: beyin həmləsi, suallar, müzakirə Resurslar: Dərslik, xəritə, elektron resurslar, İKT Dərsin mərhələləri: Motivasiya (Tədqiqat sualı) Tədqiqatın aparılması İnformasiya mubadiləsi və müzakirəsi Ümumiləşdirmə və nəticə Yaradıcı tətbiqetmə(ev tapşırığı) Qiymətləndirmə
üTarixi keçmişimizi öyrənmək nə üçün lazımdır, əziz dostlar? üBəs qalın torpaq qatlarının altında tariximizi qalan sizcə necə öyrənə bilərik? üOnda gəlin maddi və yazılı mənbələrə aid olanları qruplaşdıraq.
Qayaüstü təsvirlər, daş və gil lövhələr üzərində yazılar, qəbir abidələri, qala divarları sümük üzərində yazılar, əmək alətləri, üzərində yazılar olan ağac qabığı
Öyrənək görək Qobustan qoruqabidəsinin tarixi əhəmiyyəti nədir?
UNESC O Qavaldaş Ovçular Q O B U S T A N
OVÇULAR 1. Şəkillər əsasında Qobustan insanının həyat tərzini təsvir edək. 2. Verilmiş şəkillər əsasında və linkə toxunub videonu izləməklə Qobustanda ov mərasimləri (ovsun mərasimləri) haqda hekayə quraq. 3. Xəritədə qeyd olunmuş şəkillərə toxunmaqlə qədim insan məskənləri haqda məlumat əldə etmiş olarıq.
https: //animoto. com/play/a 9 ly. G 9 l 9 Gj. WPb. HLKsu 44 Eg
Xəritədə Azıx mağarasından şərqdə yerləşən abidəmiz hansıdır?
Qavaldaş 1. Qavaldaşın tarixinə nəzər salmaqla qədim musiqi alətimizlə tanış olaq. 2. Şəkildəki təsvir bu gunku el şənliklərimizdə rast gəldiyimiz hansı rəqsi xatırladır? 3. Qavaldaş ətrafında rəqs səhnəsini şəkilli təsvir edin. 4. Linkə toxunmaqla Qavaldaşda çalınan ifanı dinləyək.
https: //www. youtube. com/watch? v=t. Cq. NYbbu 3 nk&list=RDt. Cq. NYbbu 3 nk
Qavaldaşın tarixi Qavaldaş dünyanın ən qədim və unikal musiqi alətlərindən biridir. Qavaldaşın yaranma tarixi 1, 5 milyon il bundan əvvələ təsadüf edir. İnsanların bu alətdən istifadə tarixi isə 15 -20 min il bundan əvvələ təsadüf edir. Bu alət daşdandı, bəli, Qobustan qayalarla zəngin ərazidi. Ancaq hər qaya daşı musiqi aləti deyil. Bəs Qavaldaşın sirri nədir? Qavaldaşın səthi balıqqulağı ilə örtülmüşdür. Balıqqulağı sıx olan yerdə zil səs, seyrək olan yerdə isə bəm səs gəlir. Qavaldaş- iki türk sözü olan qaval və daş sözlərindəndir. Həm Qaval kimi cingiltili səsi var, həm də tərkibi daşdı və daşla çalınır. (ardı var)
Qavaldaş 57 -ci Avroviziya Mahnı Müsabiqəsi 2012 -ci ildə paytaxtımız Bakıda keçirildi. Müsabiqədə 42 ölkə təmsilçisi iştirak etdi. Bu müsabiqənin ölkəmizin qədim tarixinin, mədəniyyətinin tanıdılması istiqamətində https: //www. youtube. c çox böyük əhəmiyyəti oldu. Açılış günü om/watch? v=l. ILm. D 4 G təşkil olunmuş möhtəşəm şouda Qavaldaşın ifa olunması ayrı bir gözəllik qatdı bu 3 Dj. Y müsabiqəyə.
UNESCO Paylayıcı materiala əsasən Qobustan qoruğunun UNESCO-nun ümumdünya irsi xəritəsinə daxil edilməsi ilə bağlı məlumatla tanış olaq.
Qobustan qayaüstü rəsmləri təkcə Azərbaycan alimlərinin deyil, eləcə də dünya əhəmiyyətli alimlərin diqqətini cəlb edir. Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qobustan Milli tarix-bədii qoruğu abidələrinin YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil müəyyən işlər aparılmışdır. 2007 -ci ildə Qobustan dövlət tarixi-bədii qoruğu edilməsi istiqamətində YUNESCO=nun Ümumdünya irsi siyahısına salınmışdır. Bununla bərabər hələ 2000 -ci ildə İçərişəhər memarlıq kompleksi də (Şirvanşahlar sarayı və Qız qalası) YUNESCO=nun Ümumdünya irsi siyahısına salınmışdır.
Şirvanşahlar sarayı Qız qalası https: //animoto. com/play/L Q 45 DCJkuu. Qvd 0 q. ETj. N 2 qg
Qobustan- Bakı yaxınlığında yerləşən tarixi bir məkandır. Bu ərazi bir vaxtlar qədim insanların yaşaması üçün çox əlverişli şəraitə malik olmuşdur. Qobustan insanı müasir insan idi. Ona görə də incəsənətə, mədəniyyətə çox yüksək qiymət vermişdir ki, bu da onların qaya üzərinə həkk etdirdikləri təsvirlərdə aydın görünür. Qobustan qoruğunda insan və heyvan təsvirləri, qayıq təsvirləri, ov, döyüş və rəqs səhnələri ən qədim insanların həyatı haqqında maraqlı məlumatlar verir. Burada 6 mindən çox qədim rəsmlər var. İnsanlar bir-birlərinə ötürdükləri xəbərləri qayaüstü təsvirlərə köçürmüşlər. Bu təsvirlərin cazibəsi onların tədqiqinə şərait yaratdı. Qobustan tarixi abidələrinin öyrənilməsi 1939 -1940 -cı illərə təsadüf edir. Tədqiqat işləri arxeoloq İsaq Cəfərzadənin rəhbərliyi ilə aparılmışdır.
Azıx mağarası Azərbaycan ərazisində ən qədim insan məskəni Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarasıdır. Mağaradan ən qədim dövrə aid adi çay daşlarından hazırlanmış kobud daş alətlər, ocaq izləri, nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri, ayı kəllələri aşkar edilmişdir. Tapıntılar içərisində ən maraqlısı 1968 -ci ildə tarixçi alim Məmmədəli Hüseynov tərəfindən tədqiqat zamanı üzə çıxan alt çənə sümüyünün qalığı olmuşdur. Alt paleolit məskəni olan Qarabağ Azıx mağarası Azərbaycanı qədim sivilizasiya məkanlarından biri adlandırmağa imkan verir.
Gəmiqaya təsvirləri Ordubad rayonu ərazisində yerləşən bu abidə tariximizin növbəti möcüsəsidir. Bu məkan Qobustandan sonra açıq səma altında qayaüstü rəsmlər muzeyidir. Bu rəsmlərin mövzusu insanların əmək fəaliyyətinə, ovçu , əkinçi və maldar tayfalarının təsərrüfat həyatına həsr olunmuşdur. Gəmiqayaüstü təsvirləri içərisində bayram mərasimlərini əks etdirən rəsmlərlə yanaşı müxtəlif astronomik, coğrafi təsvirli rəsmlər də vardır. Gəmiqayaüstü rəsmləri qədim Naxçıvan əhalisinin tunc və ilk dəmir dövrü həyatını əks etdirən qiymətli tarixi abidədir.
İnformasiya mübadiləsi və müzakirəsi Hər təqdimatın mübadiləsi zamanı müzakirə mühitinin təşkil olunması və biliklərin möhkəmləndirilməsi Ümumiləşdirmə və nəticə: Qobustan tariximizin daş yaddaşıdır. Bizi tanıdan ən qədim kitabədir. Qobustandakı qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini danışır, indiki azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini yaddaşlardan silinməyə qoymur. Qobustan həm də dünya miqyaslı tarixi abidədir. Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966 -cı ildə Qobustan Dövlət Tarix və Bədii Qoruğu elan edilmişdir. Xalqımızın qədim tarixini özündə əks etdirən Qobustanı qorumaq, təbliğ etmək və öyrənmək hər birimizin borcudur.
Yaradıcı tətbiqetmə (ev tapşırığı) 1. Qobustan insanının yerində olsaydız yaşadığınız dövr haqqında gələcək nəslə məlumat vermək üçün Qobustan qayalarında hansı rəsmləri cızardız? 2. “Hər qaya bir kitabdır” adlı esse yazın.
TEZARUS Qobustan- qobu 10 sözündəndir, ərazisini qayalar, yarğanlar, dərələr təşkil edir. Qoruq- nadir hallarda rast gəlinən bitki, heyvan 18 növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslərin (mağaralar) qorunduğu yer. Ovsun- sehr, cadu. 10 (Lüğət) Qəbilə- qan qohumu olan insanların birliyi, nəsil. Tayfa- bir neçə nəsil birlikdə tayfa adlanır, onlarda adət-ənənə, dil eynidir. Unikal- nadir, yeganə. 19 UNESCO- BMT-nin elm və mədəniyyət komissiyası. 21 BMT- Birləşmiş Millətlər Təşkilatı
Fərdi qiymətləndirmə Qiymətləndirmə meyarları IV Qobustanda insan və cəniyyətin həyatı üçün əlverişli təbii amilləri təsvir etmə Xəritədə Qobustan qoruq-abidəsinin yerləşdiyi məkanı müəyyən etmə Qobustanda yaşamış qədim ailələrin həyat tərzini öz ailəsi nümunəsində təsvir etmə Qobustan qoruq-abidəsinin tarixi əhəmiyyətini qiymətləndirmə III II I
- Slides: 30