Mingevir hri 20 sayl orta mktb Fnn Fizika
Mingəçevir şəhəri 20 saylı orta məktəb • • Fənn : Fizika Sinif : 7 Müəllim : Sultanova Züleyxa Mövzu : Çəki
Məqsəd : 1. Qarşılıqlı təsirdə çəkinin rolunu şərh edir. 2. Çəki, əlavə yüklənmə və çəkisizliyi fərqləndirir. 3. “Çəki”, “Kütlə”, “ağırlıq qüvvəsi” anlayışlarını fərqləndirir. • Standartlar: 2. 1. 1 Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir. • 2. 2. 1 Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir. • 2. 2. 2 Ağırlıq, çəki, elastiki və sürtünmə qüvvələrini fərqləndirir. • •
• İnteqrasiya : C. -1. 2. 1. , Riy. -5. 1. 1. , B. -4. 1. 1. , Kim. - 1. 2. 1. , İnf. -2. 1. 2. , H-b. - 1. 1. 1. • Resurslar : dinamometr, ştativ, yüklər. • İş forması : Kollektivlə iş, qruplarla iş. • İş üsulu : Beyin həmləsi, Venn diaqramı
Uşaq tərəzidə hərəkət eləsə, kütləsini dəqiq deyə bilərsiz
Ya tərəzidə hoppansaz
• Kütlə artıb azala bilir? Deməli, məişətdə kütlə və çəki eyni sayılsa da, fizikada bunlar fərqli anlayışlardır.
• Kütlə cismin ətalətliliyini xarakterizə edir. • Yaxud cismin daxilindəki maddənin miqdari ölçüsüdür. • Çəki isə ağırlıq qüvvəsinin təsirilə dayağa yaxud asqıya göstərilən təsirdir. Dayaq üzərinə qoyulan cisim dayağı deformasiya etdirir. Dayaq öz növbəsində cismə tətbiq olunub yuxari yönələn reaksiya qüvvəsiylə təsir edir. Reaksiya qüvvəsinin cütü çəkidir. Çəki Dayağa tətbiq olunub, aşağı yönəlir.
Sinfi qruplara bölək: “P” Qrupu, “m” Qrupu, “F” Qrupu,
Tapşırıq 1. Venn diaqramı ilə çəki və kütlə fərqlərinə baxaq.
Kütlə Skalyardır, Vahidi : kq, Cihazı : qollu tərəzi Təcildən asılı deyil, Həmişə sıfırdan fərqlidir. Çəki Vektorialdır, Vahidi : Nyutondur, Cihazı : Dinamometrdir, Təcildən asılı olaraq dəyişir, Sıfra qədər azala bilir.
Qollu tərəzi: Dinamometr:
Tapşırıq 2. • Sizi liftə dəvət edirəm, buyurun. . . • A) Bərabər sürətlə hərəkət edək, • B)təcillə yeyinləşərək yuxarı qalxaq, • C) Yavaşıyıb dayanaq. . . • Bu hallarda çəkini müqayisə edin.
Yəqin hiss eləmisiz
Cavablar. • A ) cisim bərabərsürətli hərəkət edirsə, çəki ağırlıq qüvvəsinə bərabərdir. • B) əgər təcil yuxarı yönəlibsə, çəki ağırlıqdan böyük olur. P=m(g+a) • C) əgər təcil aşağı yönəlibsə, çəki ağırlıqdan kiçik olur. P=m(g-a) • D) əgər cisim aşağı a=g təcili ilə düşsə, çəkisizlik halı yaranar. . .
Tapşırıq 3. Ağırlıq qüvvəsi: Qravitasiya təbiətlidir, Təcildən asılı deyil, Cismin mərkəzinə tətbiq olunur, Yerin mərkəzinə yönəlir. Çəki: Vektorialdırlar, Vahidləri: Nyuton, Cihazları: Dinamometr, Elektromaqnit təbiətlidir, Təcildən asılıdır, Dayaq ya asqıya tətbiq olunur, Dayağa ya asqıya perpendikulyar yönəlir
İstiqamət fərqini əyani görək. P Fa
Tapşırıq 4. Şəkildə hansı hadisə təsvir olunub?
• Çəkisizlikdə: Alovun forması Suyun forması
• Riyazi rəqqas sonuncu vəziyyətində qalır. Tavanla döşəmə fərqi qalmır.
Buraxılan cisim düşmür. Bütün bədən üzvləri çəkisiz olduğundan əzələlər tənbəlləşir.
Tapşırıq 5. Kosmonavtın kütləsi 60 kq, raketin təcili isə 30 N/kq olarsa, 2) Raket planetdən ayrılanda kosmonavtın çəkisini 1) Raket planetə eniş edəndə hesablayın.
Həllinə baxaq: a V 0 Raket bərabəryvaşıyaraq endikdə, istiqamətlərə görə, təcil yuxarı yönəldiyindən P=m(g+a) olur, Dəyişiklik edək, P=mg(1+a/g) yaza bilərik, 1+a/g ifadəsi əlavə yüklənmə adlanır, Deməli P= 60*10(1+30/10)=2400 N Yəni kosmonavt 4 dəfə əlavə yüklənib və o özünü 600 N yox 2400 N kimi hiss edir.
V 0 a Raket planetdən ayrılanda da bərabəryeyinləşən hərəkət etsə, təcilin istiqamətinə görə yenə əlavə yüklənər. . Deməli hər iki halda Kosmonavtın orqanizmi əlavə yüklənməyə məruz qalır. . . Ona görədir ki, kosmonavt olmaqçun güclü orqanizmin olmalıdır.
Ev tapşırığı- Kitabdakı araşdırma.
Qiymətləndirmə meyarları: Şərhetmə və fərqləndirmə. P Qarşılıqlı təsirdə çəkinin rolunu şərh edir. Çəki, əlavə yüklənmə və çəkisizliyi fərqləndirir. Çəki, Kütlə, Ağırlıq qüvvəsi anlayışlarını fərqləndirir. m F
- Slides: 25