MEVLANA MBADL PROQRAMI MEVLANA MBADL PROQRAMI Mevlana Mbadil
MEVLANA MÜBADİLƏ PROQRAMI
MEVLANA MÜBADİLƏ PROQRAMI • Mevlana Mübadilə Proqramı, Türkiyədə yerləşən ali təhsil müəssisələri ilə xaricdə yerləşən ali təhsil olcaqları arasında tələbə və müəllim mübadiləsini həyata keçirən bir proqramdır. • Türkiyənin Ali Təhsil Şurası (Yök) tərəfindən koordinasiya edilir və maliyyələşdirilir. • UNEC 2013 -cü ildən bəri bu proqrama qoşulmuşdur.
Hansi universitetlərə getmək olar? UNEC ilə müqaviləsi olan Türkiyə Universitetlərinə. UNEC-in 48 universitetlə əməkdaşlıq əlaqəsi mövcuddur.
MÜBADİLƏNİN MÜDDƏTİ • Mübadilədə tələbələr ən az 1 ən çox 2 semestr iştirak edə bilərlər. Yalnız 1 -ci semestr təqaüd ödənilir. 2 -ci semestr təhsil almağı hər iki universitetin razılığı olduğu təqdirdə tələbə özü seçir. • Mübadilədə iştirak edən müəllimlər ən az 14 gün, ən çox 3 ay mübadilədə iştirak edə bilər.
KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR • UNEC-in bakavr, magistr və doktorant (dissertant) tələbələri. • UNEC-in akademik heyət üzvləri.
TƏLƏBƏLƏR ÜÇÜN MÜRACİƏT ŞƏRTLƏRİ • Tələbə UNEC-in bakavr, magistr və ya doktorantura (dissertantura) təhsil pilləsində oxumalı; • Minimum orta bal tələb olunan səviyyədə olmalı (bakalavr 85, magistr 80); • İngilis və ya türk dili biliyinə sahib olmalı; • Tələbənin akademik borcu olmamalı; • Tələbənin təhsil haqqı borcu olmamalı; • Tələbənin inzibati tənbehi olmamalı.
UNİVERSİTET DAXİLİ PROSESLƏR • UNEC-in Beynəlxalq əməkdaşlıq departamenti Türkiyənin Ali Təhsil Şurasının (YÖK) elanı əsasında Proqrama start verir. • Müraciətlərin qeydiyyatı hər akademik tədris ilində bir dəfə (yanvar ayının sonu-fevral ayının əvvəli) aparılır. Nəticələr yay aylarında elan olunur. Mübadilə növbəti akademik tədris ilində həyata keçirilir. • Mübadiləyə gedən tələbələr qəbul olunduqları müvafiq universitet üzrə fənlərin uyğunlaşdırmasını təmin edir. Bu prosesdə fakultə dekanlığı və tyuyorların köməyi zəruridir. Mübadilə başa çatdıqdan sonra uyğunlaşdırılmış fənlər müvafiq komissya tərəfindən tanınmaq üçün yoxlanılır.
MÜRACİƏT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR 1. Təhsil pilləsi üzrə transkript (ÜOMG göstərilməklə); 2. Namizəd üçün müraciət forması (Aday öğrenci başvuru formu); 3. Təhsil almaq istədiyi dil haqqında müvafiq sənəd Tələbənin UNEC-də ingilis və ya türk dilində təhsilini təsdiqləyən arayış, türk dilindən hər hansı bir sertifikat, IELTS və ya TOEFL sertifikatı (dil haqqında sənəd mütləqdir); 4. CV; 5. Xarici pasportun surəti; 6. Tələbə bileti (əslinin surəti); 7. 3× 4 şəkil – 2 ədəd.
TƏLƏBƏLƏRİN SEÇİLMƏSİ • Tələbənin seçimi ilkin mərhələdə qarşı tərəf universitet(tələbənin müraciət etdiyi unversitet) tərəfindən aparılır. Seçilən tələbənin 2 -ci mərhələdə (son mərhələ) seçimi YÖK tərəfindən təsdiqlənir və maliyyə vəsaiti (təqaüd) ayrılır. • Uğur qazanan tələbələr növbəti akademik tədris ilində mübadiləyə qatılırlar.
ÖDƏNİŞLƏR HAQQINDA MƏLUMAT • Tələbələr üçün aylıq təqaüd 1200 Tl təşkil edir. • Mübadilədə iştirak edən tələbəyə ödəniş aylar üzrə cəmi təqaüdün 70%- i hesablanaraq yerinə yetirilir. Tələbəyə geriyə qalan 30% məbləğ isə dərs kreditərini müvəffəqiyyətlə qazandıqdan sonra verilir. • Tələbələrə əlavə heç bir ödəniş edilmir. • Yol və yataqxana xərcləri üçün əlavə təqaüd nəzərdə tutulmamışdır. • Tələbələr Türkiyə Respublikasında qeydiyyatdan keçməli və sığorta ödənişlərini (şəxsi vəsaiti hesabına) orada etməlidirlər.
QƏBUL PROSESİ 1. 2. 3. 4. 5. 6. 7. UNEC-in rəsmi internet səhifəsində “Mevlana” proqramına müraciət üçün rəsmi qeydiyyatın elan olunması; Müvafiq sənədlərin yığılıb əlaqədar koordinatora təqdim edilməsi; Rəsmi müraciətlərin qarşı tərəf universitetlərə ötürülməsi və məlumat mübadiləsi; Nəticələrin yay aylarında (iyun-iyul) elan olunması; Qəbul olunan tələbələrə müvafiq məlumatların verilməsi, əlaqədar görüşlərin keçirilməsi; Tələbələrin mübadilədən əvvəl, mübadilə ərzində və mübadilə sonrası proseslər haqqında məlumatlandırılması. Həmçinin tələbələrin universitetlərin uyğun yataqxana və ya sosial evlərində qeydiyyatına köməklik göstərilməsi; Akademik məzuniyyət üçün UNEC-rektoruna müraciət.
Akademik borclar • Mübadilədə iştirak etməyə uğur qazanan tələbələr mübadilədə iştiraka başlamazdan əvvəl müvafiq universitet üzrə fənlərin uyğunlaşdırmasını təmin edir. • Bu prosesdə fakultə dekanlığı və tyuyorların köməyi zəruridir. • Mübadilə başa çatdıqdan sonra uyğunlaşdırılmış fənlər müvafiq komissiya tərəfindən tanınmaq üçün yoxlanılır və tanınır.
Mevlana proqramı çərçivəsində. . . Hər tədris pilləsində yalnız 1 dəfə mübadilədə iştirak etmək olar. . .
MÜƏLLİMLƏR ÜÇÜN Müraciət şərtləri Tələb olunan sənədlər: • Namizəd üçün müraciət forması (Öğretim elemanı bilgi formu); • Namizəd haqqında ətraflı məlumat (portfolio və ya özgeçmiş); • Çap olunan elmi əsərlərin siyahısı (türk və ya ingilis dilində); • Xarici pasportun surəti; • 3× 4 şəkil – 2 ədəd; • CV (türk və ya ingilis dilində).
MÜƏLLİMLƏRİN SEÇİLMƏSİ • Müəllimin seçimi ilkin mərhələdə qarşı tərəf universitet(müəllimin müraciət etdiyi unversitet) tərəfindən aparılır. Seçilən müəllimin 2 -ci mərhələdə (son mərhələ) seçimi YÖK tərəfindən təsdiqlənir və maliyyə vəsaiti ayrılır. • Uğur müəllimlər növbəti akademik tədris ilində mübadiləyə qatılırlar.
Mübadilə Müddəti • Mübadilədə iştirak edən müəllimlər ən az 14 gün, ən çox 3 ay mübadilədə iştirak edə bilər. • Mübadilə əsnasında müəllimlər uyğun ixtisaslar üzrə təlim-tədris prosesinə qatılır, seminarlarda iştirak edə bilir. təlimlər təşkil edir və kitabxana fəaliyyətlərindən yararlanırlar. • Həftədə ən az 6 dərs saatı mütləqdir. https: //mevlana. yok. gov. tr/ 16
Müəllimlər üçün ödənişlər Qafqaz regionu ölkələrindən müəllimlər üçün ödənişlər aşağıdakı qaydada nəzərdə tutulmuşdur: 1. Yol xərcləri: 2250 Tl 2. Yaşayış üçün xərclər (aylıq): Professor: 1500 Tl Dosent: 1400 Tl Digər: 1200 Tl
QƏBUL PROSESİ 1. 2. 3. 4. 5. 6. 7. 8. UNEC-in rəsmi internet səhifəsində “Mevlana” proqramına müraciət üçün rəsmi qeydiyyatın elan olunması; Müvafiq sənədlərin yığılıb əlaqədar koordinatora təqdim edilməsi; Rəsmi müraciətlərin qarşı tərəf universitetlərə ötürülməsi və məlumat mübadiləsi; Nəticələrin yay aylarında (iyun-iyul) elan olunması; Qəbul olunan müəllimlərə müvafiq məlumatların verilməsi, əlaqədar görüşlərin keçirilməsi; Müvafiq sənədlərin hazırlanması; Müəllimlərin mübadilədən əvvəl, mübadilə ərzində və mübadilə sonrası proseslər haqqında məlumatlandırılması. Həmçinin müəllimlərin universitetlərin uyğun qonaq və ya sosial evlərində qeydiyyatına köməklik göstərilməsi; Ərizə ilə UNEC-rektoruna ezamiyyə üçün müraciət.
FAYDALI LİNKLƏR • • • Unec. edu. az News. unec. edu. az/elan Mevlana. yok. gov. tr Facebook- UNEC International Alumni Facebook- Azerbaijan State University of Economics
Diqqətinizə görə təşəkkürlər! Hazırladı: Pərvin Paşayeva. Beynəlxalq əməkdaşlıq departamenti
- Slides: 20