Masazr 1 nmrli tam orta mktbin kimya mllimi
Masazır 1 nömrəli tam orta məktəbin kimya müəllimi Məmmədova Svetlananın «Kimyəvi reaksiyalar və tənliklər» mövzusunun icmalı
Standart • Kimyəvi reaksiyaların əlamətlərini , əsas tiplərini , başvermə səbəblərini izah edir. • Sadə reaksiyaların tənliklərini tərtib edir.
Məqsəd • • • Fiziki və kimyəvi hadisələri fərqləndirir, hər birinin mahiyyətini ayrıca izah edir və onlara misallar göstərir. Kimyəvi reaksiyaların başvermə səbəblərini və getməsi şərtlərini izah edir. Fiziki və kimyəvi hadisələrin əhəmiyyətini , həyatdan, istehsalatdan misallar göstərməklə şərh edir. Kimyəvi tənlik anlayışının mahiyyətini , onun tərtibi qaydalarını izah edir. Qazların iştirakı ilə gedən kimyəvi tənliklərdə maddələrin mol nisbətinin həcm nisbətləri kimi götürülməsini (həcm nisbət qanunu)izah edir.
İnteqrasiya • Biologiya • Həyat bilgisi • Fizika
İş forması • kollektiv • qruplarla
İş üsulu Müsahibə Tədqiqatçılıq Müzakirə
Resurslar Kurikulum. az Edu. qov. az İKT vasitələri
Motivasiya
DƏRSİN GEDİŞİ • Kimyəvi reaksiya (və ya hadisə) və kimyəvi tənlik nədir? • Fiziki hadisələrdəhansı dəyişikliklər baş verir, bu hadisələrdə yeni maddə əmələ gəlirmi? • Suyun qışda şaxtada donması , yazda buzların əriməsi hansı hadisələrdir?
Tədqiqatçı suallar • Sizə verilmiş qənd parçası dəmir qaşıqda spirt lampası alovunda qızdırın , müşahidələrinizi qeyd edin. • Kibrit çöpünü yandırın və baş verən dəyişikləri qeyd edin. • Verilmiş stəkanlardakı şəffaf məhlulların (natrium sulfat və barium xloridməhlulu )birini o birinin üzərinə əlavə edin. Nə gördüyünüzü qeyd edin.
İnformasiya mübadiləsi Hər qrup öz işini təqdim edir və qruplar bir – birinin işləri ilə tanış olurlar.
Müzakirə 1. Fiziki və kimyəvi hadisələri izah edin. 2. Reaksiyaların əlamətlərini və getməsi şərtlərinin iazh edin. 3. kimyəvi tənliklərin tərtibi qaydalarını şərhi edin.
Müsahibə Kimyəvi tənliklərin öyrənilməsi atomlar , molekullar, kimyəvi formullar, valentlik , indeks və əmsalanlayışları barədə biliklərin aktuallaşdırılmasına başlanılır.
Nəticə • Fiziki və kimyəvi hadisələri bilir. Kimyəvi reaksiyaları tərtib edir və əmsallaşdırır. • Həcmi nisbətlər qanununu izah edir.
Qiymətləndirmə Meyarlar Təqdimat Tapşırıq anlama Estetiklik İşləmə bacarığı Qrupda fəallıq Vaxta qənaət Oksigen Hidrogen
Tapşırıqlar: Dəmirin oksigenlə reaksiyasından alınan maddəni və əmsalını müəyyən edin. • Oksigen qrupu • Hidrogen qrupu
Ev tapşırığı • Dərslikdən kimyəvi reaksiya və tənliklər mövzusunu öyrənin. Hər hansı bir reaksiya aparın və müşahidələrinizi qeyd edin.
- Slides: 17