Makedoniyal sgndr Sfrov Sadiq Gncliyind sgndr filosof Aristoteldn

  • Slides: 6
Download presentation
Makedoniyalı İsgəndər Səfərov Sadiq

Makedoniyalı İsgəndər Səfərov Sadiq

Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra

Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336 -cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib. E. ə. 334 -cü ildə o, Anatoliyanı idarə edən Əhəmənilər imperiyasını işğal edib və 10 il davam edən hərbi əməliyyatlara başlayıb. İsgəndər həlledici döyüşlərdə, xüsusilə İss və Qavqamel döyüşlərində İranın gücünü məhv edib. O, axırda İran hökmdarı III Daranı hakimiyyətdən salıb və ilk İran imeriyasının tamamını işğal edib. Bu zaman onun imperiyası Adriatik dənizindən Hind çayına qədər uzanırdı.

Makedoniyalı İsgəndər Döyüş zamanı

Makedoniyalı İsgəndər Döyüş zamanı

Dünyanın sonuna və Böyük Xarici Dənizə" çatmaq istəyən İsgəndər E. ə. 326 -cı ildə

Dünyanın sonuna və Böyük Xarici Dənizə" çatmaq istəyən İsgəndər E. ə. 326 -cı ildə Hindistanı işğal edib, ancaq ordusunun tələbi onu geri qayıtmağa məcbur edib. İsgəndər E. ə. 323 -cü ildə paytaxt etmək istədiyi Babil şəhərində bəlkə də Ərəbistanın işğalı ilə başlayacaq hərbi yürüşlərini həyata keçirə bilmədən öldü. Onun ölümündən sonrakı illərdə bir çox vətəndaş müharibələri onun imperiyasını parçaladı və İsgəndərin generalları və varisləri - Diadoxinin idarə etdiyi dövlətlər yarandı.

İsgəndərin mirasına işğallarının səbəb olduğu yunanbuddist kimi mədəni diffuziyalar daxildir. O, İsgəndəriyyə də daxil

İsgəndərin mirasına işğallarının səbəb olduğu yunanbuddist kimi mədəni diffuziyalar daxildir. O, İsgəndəriyyə də daxil olmaqla öz adını daşıyan təqribən iyirmi şəhərin əsasını qoydu. İsgəndərin yunan mühacirlərini məskunlaşdırması və şərqdə Yunanıstan mədəniyyətinin yayılması yeni ellinizm sivilizasiyasının yaranmasına səbəb oldu və bu sivilizasiyanın xüsusiyyətləri XV əsrin ortalarında Bizans imperiyasının ənənələrində və 1920 -ci illərə qədər mərkəzi və uzaq şərqi Anatoliyada yunanca danışanların olmasında görülür. İsgəndər Axilles kimi klassik qəhrəman oldu və o, tarixdə və yunan və qeyri-yunan mədəniyyətlərinin əfsanələrində xarakterizə olundu. İsgəndər hərbi liderlərin özünü müqayisə etdiyi ölçü vasitəsi oldu və dünyanın bir çox yerində hərbi akademiyalar hələ də onun hərbi taktikalarını öyrədir. [6] İsgəndər tez-tez müəllimi Aristotel ilə yanaşı olaraq bütün dövrlərin ən çox təsir gücünə malik şəxsləri arasında sıralanır. [7][8]