Madd 8 Mnzil toxunulmazl v yazma sirri Gnel

  • Slides: 21
Download presentation
Maddə 8 Mənzil toxunulmazlığı və yazışma sirri Günel Sevdimalıyeva 2016

Maddə 8 Mənzil toxunulmazlığı və yazışma sirri Günel Sevdimalıyeva 2016

8 -ci maddə ilə əhatə olunur: � Şəxsi � Ailə həyatın toxunulmazlığı; həyatının toxunulmazlığı;

8 -ci maddə ilə əhatə olunur: � Şəxsi � Ailə həyatın toxunulmazlığı; həyatının toxunulmazlığı; � Mənzil toxunulmazlığı; � Yazışma sirrinin toxunulmazlığı.

“Mənzil” nə deməkdir?

“Mənzil” nə deməkdir?

“Mənzil” anlayışı şəxsin daimi yaşadığı və ya yetərli və davamlı əlaqəsinin olduğu məkanı bildirir.

“Mənzil” anlayışı şəxsin daimi yaşadığı və ya yetərli və davamlı əlaqəsinin olduğu məkanı bildirir.

“yazışma” anlayışı nəyi bildirir: � telefon danışıqları, o cümlədən onlarla əlaqədar məlumatlar, məsələn, bu

“yazışma” anlayışı nəyi bildirir: � telefon danışıqları, o cümlədən onlarla əlaqədar məlumatlar, məsələn, bu danışıqların tarixi və müddəti, hansı nömrələrə və ya nömrələrdən zəng vurulması; � elektron mesajlar (elektron məktublar) və İnternetdən şəxsi istifadənin izlənilməsi nəticəsində əldə edilən məlumatlar; � biznes fəaliyyətlərinin və ya biznesin həyata keçirildiyi tikililərin izlənilməsi nəticəsində əldə edilmiş yazışmalar və ya qeydə alınmış danışıqlar; � vəkilin ofisində axtarış zamanı götürülmüş məlumatlar; � gömrük əməkdaşları tərəfindən müsadirə olunmuş bağlamalar

Məhbusların məktublarının oxunması və ziyarətçilərin onlara baş çəkməsinin tənzimlənməsi: � Silver və başqaları Böyük

Məhbusların məktublarının oxunması və ziyarətçilərin onlara baş çəkməsinin tənzimlənməsi: � Silver və başqaları Böyük Britaniyaya qarşı; � Ferro Fransaya qarşı; � Xoroşenko Rusiyaya qarşı;

Məhbusların məktublarının oxunması və ziyarətçilərin onlara baş çəkməsinin tənzimlənməsi: � Silver və başqaları Böyük

Məhbusların məktublarının oxunması və ziyarətçilərin onlara baş çəkməsinin tənzimlənməsi: � Silver və başqaları Böyük Britaniyaya qarşı; � Ferro Fransaya qarşı; � Xoroşenko Rusiyaya qarşı;

Cəzaların İcrası Məcəlləsi � � � 83. 1. Bu Məcəllənin 83. 3 -cü maddəsində

Cəzaların İcrası Məcəlləsi � � � 83. 1. Bu Məcəllənin 83. 3 -cü maddəsində nəzərdə tutulan hallardan başqa məhkumlara məhdudiyyətsiz sayda məktub, teleqram almağa və göndərməyə icazə verilir. Məhkumlar məktub və teleqramları öz hesablarına göndərirlər. 83. 2. Məhkumların müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onlar tərəfindən alman və göndərilən yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini, cəzanın çəkilməsi qaydasını və şəxslərin həyat və təhlükəsizliyini təmin etmək məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən senzuradan keçirilə bilər. Yazışmadakı məlumatların cinayətlərin törədilməsinə yönəlməsi barədə cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslı məlumata malik olduğu hallarda məhkumların yazışmaları üzərində nəzarət cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə məhkumların adına gələn və onlar tərəfindən göndərilən məktublar cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən açıla bilər. Bu halda həmin məktubların oxunmasına yol verilmir. 83. 3. Cəzaçəkmə müəssisələrində saxlanılan və qohum olmayan məhkumlar arasında yazışmalara cəzaçəkmə müəssisəsi müdiriyyətinin razılığı ilə icazə verilir.

ziyarətçilərin məhkumlara baş çəkməsinin tənzimlənməsi: Xoroşenko Rusiyaya qarşı; � Həbsxana görüşlərinin tənzimlənməsi praktikasında nəzərə

ziyarətçilərin məhkumlara baş çəkməsinin tənzimlənməsi: Xoroşenko Rusiyaya qarşı; � Həbsxana görüşlərinin tənzimlənməsi praktikasında nəzərə çarpacaq dərəcədə müxtəliflik mövcud olsa da, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara ən az hər iki ayda bir dəfə görüş hüququ tanınır. � ömürlük azadlıqdan məhrum edilmiş dustaqların digər kateqoriyadan olan məhkumlarla heç bir fərq qoymadan – minimal standart kimi, ailə üzvləri ilə «məqbul» və ya ağlabatan dərəcədə «yaxşı» ünsiyyət saxlamaq hüququ tanınır.

Məxfi müşahidə tədbirlərinin yoxlanılması və onlar üzərində nəzarət üç mərhələdə baş verə bilər: �

Məxfi müşahidə tədbirlərinin yoxlanılması və onlar üzərində nəzarət üç mərhələdə baş verə bilər: � müşahidə barədə qərar qəbul edilərkən � müşahidə həyata keçirilərkən � müşahidə başa çatdıqdan sonra.

� Məxfi müşahidə tədbirləri ilə bağlı "qanunun keyfiyyəti" barədə tələb onu nəzərdə tutur ki,

� Məxfi müşahidə tədbirləri ilə bağlı "qanunun keyfiyyəti" barədə tələb onu nəzərdə tutur ki, qanun nəinki əlçatan olmalı və onun tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır, o həm də məxfi müşahidə tədbirlərinin yalnız "demokratik cəmiyyətdə zəruri" olan hallarda tətbiq edilməsini təmin etməli və xüsusən qanunda sui-istifadə hallarına qarşı adekvat və səmərəli təminat və zəmanətlər yer almalıdır.

“qanunun keyfiyyəti” aşağıdakı meyarlarla müəyyən olunur: � daxili qanunvericiliyin əlçatan olub-olmadığı; � məxfi müşahidə

“qanunun keyfiyyəti” aşağıdakı meyarlarla müəyyən olunur: � daxili qanunvericiliyin əlçatan olub-olmadığı; � məxfi müşahidə tədbirlərinin tətbiq dairəsi və müddəti; � izləmə yolu ilə əldə edilmiş məlumatların saxlanması, əlçatanlığı, araşdırılması, istifadəsi, ötürülməsi və məhv edilməsi qaydası; � icazə vermə prosedurları, məxfi müşahidə tədbirlərinin həyata keçirilməsi üzərində nəzarət tədbirləri; � milli qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məlumatlandırma mexanizmləri və mövcud hüquq müdafiə vasitələri.

Əməliyyat-axtarış tədbiri üçün əsaslar (Azərbaycan): � 1) başlanmış cinayət işi mövcud olduqda: � 2)

Əməliyyat-axtarış tədbiri üçün əsaslar (Azərbaycan): � 1) başlanmış cinayət işi mövcud olduqda: � 2) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda; � 3) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda; � 4) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə; � 5) naməlum meyit aşkar edildikdə.

İzləmə yolu ilə əldə edilmiş məlumatların saxlanması, əlçatanlığı, araşdırılması, istifadəsi, ötürülməsi və məhv edilməsi

İzləmə yolu ilə əldə edilmiş məlumatların saxlanması, əlçatanlığı, araşdırılması, istifadəsi, ötürülməsi və məhv edilməsi qaydası MADDƏ 15. Əməliyyat-qeydiyyat işi V. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir. MADDƏ 16. Əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsi V. İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir.

� CPM Maddə 132. Cinayət təqibi üzrə icraat başa çatdıqda maddi sübutlar barədə qəbul

� CPM Maddə 132. Cinayət təqibi üzrə icraat başa çatdıqda maddi sübutlar barədə qəbul edilən qərarlar � 132. 0. 5. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir.

İcazənin verilmə prosedurları və buna səlahiyyətli qurumlar

İcazənin verilmə prosedurları və buna səlahiyyətli qurumlar

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyataxtarış fəaliyyətinin subyektləri hakimin qərarı

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyataxtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: � 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; � 2) cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər.

Qanunvericilik təxirəsalınmaz prosedurun istifadəsini real təhlükənin mövcud olduğu hallarla məhdudlaşdırmır və beləliklə hakimiyyət orqanlarına

Qanunvericilik təxirəsalınmaz prosedurun istifadəsini real təhlükənin mövcud olduğu hallarla məhdudlaşdırmır və beləliklə hakimiyyət orqanlarına qeyri-məhdud dərəcədə diskresion səlahiyyətlər verirdi ki, bu da həmin prosedurdan sui-istifadə edilməsinə imkanlar yaradır. Ø Məhkəmə təxirəsalınmaz prosedurun istifadəsinin əsaslı olub-olmadığını qiymətləndirmək, yaxud əvvəlki qırx səkkiz saat ərzində əldə edilmiş materialların saxlanması və ya məhv edilməsi məsələsini həll etmək səlahiyyətinə malik deyil. Ø Beləliklə, qanunvericilikdə təxirəsalınmaz prosedur üzərində səmərəli məhkəmə nəzarəti nəzərdə tutulmayıb.

Məxfi müşahidə tədbirlərinin həyata keçirilməsi üzərində nəzarət Məhkəmə qeyd edir ki, nəzarət orqanının bütün

Məxfi müşahidə tədbirlərinin həyata keçirilməsi üzərində nəzarət Məhkəmə qeyd edir ki, nəzarət orqanının bütün müvafiq sənədlərlə, o cümlədən məxfi materiallarla tanışlıq imkanına malik olması önəmlidir və izləmə fəaliyyətlərində iştirak edənlərin hamısı onun tələb etdiyi istənilən materialı ona açıqlamağa borcludur (bax: Kennedinin işi, Roman Zaxarovun işi) Maddə 20. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarəti (Azərbaycan) IV. Əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar (korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla) prokuror nəzarətinin predmetinə daxil deyil.

Məlumatlandırma � məxfi müşahidə tədbirlərinin təsirinə məruz qalan şəxslərin müşahidə başa çatdıqdan sonra məlumatlandırılmaması

Məlumatlandırma � məxfi müşahidə tədbirlərinin təsirinə məruz qalan şəxslərin müşahidə başa çatdıqdan sonra məlumatlandırılmaması özlüyündə belə nəticə çıxarmağa əsas vermir ki, bu müdaxilə "demokratik cəmiyyətdə zəruri" deyildi, çünki bu halda məhz müşahidə barədə məlumatsızlıq müdaxilə tədbirinin səmərəliliyini təmin edir. Lakin müşahidə tədbiri başa çatdıqdan sonra bu məhdudlaşdırıcı tədbirin məqsədinə ziyan yetirmədən şəxsin məlumatlandırılması mümkün olan kimi müvafiq şəxs bu barədə məlumatlandırılmalıdır (bax: Klass və başqalarının işi)

Məlumatlandırma � izləmə subyektini hər hansı məqamda məlumatlandırmaq tələbinin olmaması Konvensiyaya ziddir, belə ki,

Məlumatlandırma � izləmə subyektini hər hansı məqamda məlumatlandırmaq tələbinin olmaması Konvensiyaya ziddir, belə ki, bu hal izləmə subyektini 8 -ci maddədə nəzərdə tutulmuş hüquqlarına qanunsuz müdaxilələr nəticəsində pozulmuş hüquqlarını bərpa etmək imkanından məhrum edir və milli qanunvericilikdə nəzərdə tutulmuş hər hansı mövcud hüquqi müdafiə vasitələrini praktiki və səmərəli deyil, nəzəri və xəyali vasitəyə çevirir. (bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi)