Madd 3 Kazuslar v testlr Hazrlad Lilian Apostol

  • Slides: 14
Download presentation
Maddə 3. Kazuslar və testlər Hazırladı: Lilian Apostol 2017

Maddə 3. Kazuslar və testlər Hazırladı: Lilian Apostol 2017

Ölüm hökmünün icrasını gözləmək aşağıdakılardan hansıdır ? Konvensiyaya müvafiq olaraq ölüm hökmünün icrasını gözləmək

Ölüm hökmünün icrasını gözləmək aşağıdakılardan hansıdır ? Konvensiyaya müvafiq olaraq ölüm hökmünün icrasını gözləmək aşağıdakılardan hansıdır : 1. 2 -ci Maddənin (yaşamaq hüququ) pozuntusu, belə ki, ölüm hökmü və onunla bağlı olan istənilən fenomen qadağan olunur. 2. Həm 2 -ci Maddənin (yaşamaq hüququ), həm də 3 -cü Maddənin (qeyri-insani cəzanın qadağan edilməsi) pozuntusudur, belə ki, ölüm hökmü və onun icrasını gözləyən insanın psixoloji əzab çəkməsi qadağan olunur. 3. Yalnız 3 -cü Maddənin (qeyri-insani cəzanın qadağan edilməsi) pozuntusudur. 4. Bu fenomen yuxarıda qeyd olunan maddələrdən heç birinin təsiri altına düşmür, belə ki, ölüm hökmü və onunla əlaqədar olan istənilən fenomen qadağan olunur. Lakin o, 8 -ci Maddənin (şəxsi həyat və psixoloji təhlükəsizlik) təsiri altına düşə bilər, belə ki, həmin Maddənin əhatə dairəsi olduqca genişdir.

Cavab • 3 -cü Maddənin pozuntusudur (qeyri-insani cəzanın qadağan edilməsi) • Soering Birləşmiş Krallığa

Cavab • 3 -cü Maddənin pozuntusudur (qeyri-insani cəzanın qadağan edilməsi) • Soering Birləşmiş Krallığa qarşı – Almaniya vətəndaşı şikayət edərək bildirmişdir ki, onun ABŞ-a ekstradisiya olunması Konvensiyanın 3 -cü Maddəsinin pozulmasına səbəb ola bilərdi, belə ki, ekstradisiya olunduğu təqdirdə o, törətdiyi qətl cinayətinə görə ölüm cəzasına məruz qala və ölüm hökmünün icra olunmasını gözləməyə məcbur ola bilərdi. • O vaxtki Komissiya razılaşmışdır ki, ölüm hökmünün icrasını gözləmək fenomeni 2 -ci Maddə altında heç bir məsələ yaratmır.

İsrailin İşgəncə əleyhinə Komitəsi İsrail dövlətinə qarşı işi, İsrail Ali Məhkəməsi, 1999 • SUAL-

İsrailin İşgəncə əleyhinə Komitəsi İsrail dövlətinə qarşı işi, İsrail Ali Məhkəməsi, 1999 • SUAL- İsrail Hökuməti və ya təhlükəsizlik xidmətlərinin terrorçuluqda şübhəli bilinən şəxslərin dindirilməsi zamanı xüsusi fiziki vasitələrdən (məs. , silkələmək, “şabak” vəziyyətində gözlədilmək, qurbağa duruşu vəziyyətində saxlamaq, qandalların sıxılması və yuxudan məhrumetmə) istifadə etməklə bağlı təlimatlar çıxarmaq səlahiyyəti və təhlükəsizlik xidməti əməkdaşlarının dindirmələr zamanı belə üsullardan istifadə etmək səlahiyyəti var idimi. • CAVAB – Ali Məhkəmə müəyyən etmişdir ki, dindirmələr zamanı xüsusi vasitələrdən istifadə edilməsinə icazə verilməsinə dair təlimatlar qanunda öz əksini tapmalıdır və əgər Dövlət dindirmə zamanı məlumat əldə etmək üçün xüsusi vasitələrdən istifadə etmək icazəsi vermək istəyirsə, bu məqsədlə həmin məsələni tənzimləyən qanunvericiliyin mövcud olmasını təmin etməlidir.

İsrailin İşgəncə əleyhinə Komitəsi İsrail dövlətinə qarşı işi, İsrail Ali Məhkəməsi, 1999, İsrail Ali

İsrailin İşgəncə əleyhinə Komitəsi İsrail dövlətinə qarşı işi, İsrail Ali Məhkəməsi, 1999, İsrail Ali Məhkəməsi 1. Düzgün qərar qəbul etmişdi, çünki, “saatlı bomba” belə rəftarı əsaslandırırdı 2. Səhv qərar qəbul etmişdi, çünki qadağan mütləq xarakter daşıyırdı 3. Qərar səhv idi, çünki, qanun belə məsələləri tənzimləyə bilməz və belə rəftara yalnız beynəlxalq hüquqa əsasən və yalnız müharibə və fövqəladə vəziyyət şəraitində icazə verilə bilər 4. Düzgün qərar qəbul etmişdi, çünki İsrail Avropa Konvensiyasına qoşulmayıb və mütləq qadağan ona şamil edilmir.

Kazus 1. “Saatlı bomba” və “zəhərli meyvə” • Sözügedən həbs edilmiş şübhəli iddia edir

Kazus 1. “Saatlı bomba” və “zəhərli meyvə” • Sözügedən həbs edilmiş şübhəli iddia edir ki, o, partlayacağı təqdirdə 100 nəfərin ölümünə və yaralanmasına səbəb ola biləcək bombanın ictimai yerdə quraşdırılması ilə bağlı məlumat əldə edilməsi məqsədilə polis tərəfindən döyülmüşdü. O, bombanın yerləşdiyi yerlə bağlı təfərrüatlı ifadə vermiş və polis bombanın partlamasının qarşısını almışdı. Lakin, o, nə əlbir olduğu şəxslərin, nə də bombanın hazırlanması üçün istifadə olunmuş materialların haradan alındığına dair məlumatları açıqlamamışdı. Polis onu həbs etdiyi zaman artıq bu məlumatlara malik idi, belə ki, o, uzun müddət idi ki, izlənirdi. Daha sonra terrorçuluq fəaliyyətində təqsirli bilinərək məhkəməyə sövq edilmişdi.

Kazus 1. “Saatlı bomba” və “zəhərli meyvə” İşgəncə ilə bağlı şikayətləri alan hakim :

Kazus 1. “Saatlı bomba” və “zəhərli meyvə” İşgəncə ilə bağlı şikayətləri alan hakim : 1. İstintaqın aparılmasını tələb etməli, lakin, öz məhkəmə baxışını davam etdirərək ərizəçini terrorçuluğa görə məhkum etməli idi 2. İstintaq aparılmasını əmr etməli, araşdırma başa çatana qədər məhkəmə baxışına ara verməli və daha sonra ədalətli məhkəmə araşdırması pozulduğuna görə ittihamları rədd etməli idi 3. Dərhal ittihamları rədd etməli idi 4. İstintaq aparılmasını əmr etməli, etirafı sübutlardan ayırmalı və təqsirli bilinən şəxsi terrorçuluğa cəhd göstərdiyinə görə cəzalandırmalı idi

Kazus 1. “Saatlı bomba” və “zəhərli meyvə” • Fərz edin ki, hüquq-mühafizə orqanlarının təhlükədə

Kazus 1. “Saatlı bomba” və “zəhərli meyvə” • Fərz edin ki, hüquq-mühafizə orqanlarının təhlükədə olan bütün insanları təxliyə etmək və hadisə yerini təhlükəsizləşdirmək imkanı olub, siz 1. Bombanın partlamasını gözləyib sonra şübhəlini təqsirli bilərdiniz 2. Partlayışın qarşısını almaq üçün işgəncədən istifadə edərdiniz, çünki, partlayış ümumi qorxu və asayişin pozulmasına səbəb ola bilərdi 3. Bombanın partlamasına məhəl qoymayaraq məhkəmə və dövlət tərəfindən təminatlar verilməsi vasitəsilə gələcəkdə baş verə biləcək asayış pozuntularının qarşısını alardınız 4. Işgəncə tətbiq edərdiniz, partlayışın qarşısını alardınız və hər şeyi gizli saxlamaq üçün bütün sübutları aradan qaldırardınız

Kazus 2 “Saatlı bomba” və “zəhərli meyvə” • Polis tanınmış siyasətçiyə məxsus olan və

Kazus 2 “Saatlı bomba” və “zəhərli meyvə” • Polis tanınmış siyasətçiyə məxsus olan və şəhərdən kənarda yerləşən bir şəxsi evdə (bağ evi) bomba aşkar edib. Bombadan saat mexanizminin səsi gəlir və yaxınlıqda həbs edilmiş yeganə şübhəli bilinən şəxs kodu açıqlamış və bununla da, bombanın partlamasının qarşısı alınmışdir. Bombanın partlamasına çox az qalmışdı, lakin o partlasaydı belə heç kim xəsarət almayacaqdı, çünki yaxınlıqdakı evlərdə yaşayanlar təxliyə olunmuşdu. • Həbs edilmiş şübhəli iddia edir ki, o, bombanı durdurmaq və siyasətçini kimin öldürdüyünü müəyyən etmək üçün məlumat əldə etmək istəyən polis əməkdaşları tərəfindən qəddarcasına döyülmüşdü. • Şübhəli etiraf edərək təfərrüatlı şəkildə aldığı təlimatlarla bağlı məlumatı açıqlamış və polis bombanın partlamasının qarşısını ala bilmişdi. O, həmçinin qətl hadisəsini törətməyi əmr edən adamın adını da açıqlamışdı. Onu həbs edənə qədər bu məlumat polisin əlində yox idi. Lakin, siyasətçi daha əvvəl izlənmişdi və buna görə də aşkar edilmişdi ki, kimsə onu öldürməyə cəhd göstərir və həmin adamın adı şübhəli bilinən şəxs tərəfindən bildirilən ad idi.

Kazus 2. “Saatlı bomba” və “zəhərli meyvə” • Prokuror kimi hərəkət edin və :

Kazus 2. “Saatlı bomba” və “zəhərli meyvə” • Prokuror kimi hərəkət edin və : 1. Polis əməkdaşlarına qarşı istintaq açılmasını əmr edin, həm şübhəli, həm də qətli sifariş edən şəxsə qarşı olan ittihamları rədd edin. 2. İstintaq aparılmasını əmr edin və yalnız şübhəliyə qarşı irəli sürülən ittihamları rədd edin, lakin siyasətçini öldürməyi sifariş edən şəxsi təqsirləndirin, çünki ona qarşı işgəncə tətbiq edilməyib və sübutlardan ona qarşı istifadə etmək mümkündür. 3. Hər ikisini təqsirləndirin və polis əməkdaşlarına qarşı istintaq aparılmasını əmr etməyin, çünki onlar yaxınlaşmaqda olan təhlükənin qarşısını alıblar 4. Hər ikisini təqsirləndirin və istintaq aparılmasını əmr edin ki, məsələ daha sonra məhkəmədə öz həllini tapsın

Kazus 2. “Saatlı bomba” və “zəhərli meyvə” • Polis əməkdaşlarına nəyi etməyi məsləhət görərdiniz

Kazus 2. “Saatlı bomba” və “zəhərli meyvə” • Polis əməkdaşlarına nəyi etməyi məsləhət görərdiniz ? 1. Siyasətçinin evinin dağıdılmasının qarşısını almaqla öz hərəkətlərinə bəraət qazandırmağı 2. Bombanın partlamasına mane olmamağı, çünki yaxınlıqdakı insanların hamısının təhlükəsizliyi təmin edilmişdi (ətrafdakı evlərdən insanlar təxliyə olunmuşdu) və şübhəliyə işgəncə verməməyi 3. Kodu və siyasətçinin öldürülməsini sifariş edən şəxsin adını açıqlayacağı təqdirdə həbs edilmiş şübhəliyə ona qarşı olan bütün ittihamları rədd etməyi vəd etməyi 4. Bütün insanların təhlükəsizliyi təmin edildiyinə görə (ətrafdakı evlərdən insanlar təxliyə olunmuşdu) bombanın partlamasına mane olmamağı və siyasətçini öldürməyi sifariş verən adamın adını açıqlamadığına görə şübhəli bilinən şəxsi qəsdən əmlakın dağıdılmasında təqsirləndirməyi

Kazus 3. Sübutetmə yükü və təqsirsizlik prezumpsiyası • Siz işgəncə ilə bağlı şikayətin istintaqını

Kazus 3. Sübutetmə yükü və təqsirsizlik prezumpsiyası • Siz işgəncə ilə bağlı şikayətin istintaqını aparırsınız. Zərərçəkmiş Həbs Mərkəzindən A adlı polis əməkdaşına məxsus otağa gətirilib. O, sağlamlığı yaxşı vəziyyətdə ikən B adlı polis əməkdaşı tərəfindən aparılıb. Daha sonra o, iddia edildiyinə görə A adlı polis əməkdaşı tərəfindən onun otağında qəddarcasına döyülüb və B adlı polis əməkdaşı tərəfindən Həbs Mərkəzinə qaytarılıb. Onun aldığı xəsarətlər falaqqa tətbiq edilməsi əlamətlərinə uyğundur. • İttiham tərəfinin əlində bütün tibbi sübutlar (hadisədən əvvəl və sonra) və saxlama protokollarından çıxarışlar var. Hər iki polis əməkdaşı təqsirsiz olduqlarını bildirirlər və pis rəftara görə bir-birini günahlandırırlar.

Kazus 3. Sübutetmə yükü • Burada sübutetmə yükü necə işləyir 1. Burada sübutetmə yükü

Kazus 3. Sübutetmə yükü • Burada sübutetmə yükü necə işləyir 1. Burada sübutetmə yükü ümumiyyətlə yoxdur, çünki təqsirsizlik prezumpsiyası hər iki polis əməkdaşına şamil edilir və onların hər ikisi səssiz qalmaq hüququndan istifadə edərək heç bir izahat verməyiblər 2. Sübutetmə yükü hər iki polis əməkdaşının üzərinə düşür, belə ki, onların hər ikisindən zərərçəkmişin necə xəsarət alması ilə bağlı izahat vermək tələb olunub 3. Sübutetmə yükü yalnız B adlı polis əməkdaşının üzərinə düşür, belə ki, ərizəçi, sağlamlığı yaxşı vəziyyətdə ikən götürülmüş və döyülmüş vəziyyətdə geri qaytarılmışdır, A əməkdaşı isə təqsirsizlik prezumpsiyasının təsiri altına düşür 4. Sübutetmə yükü yalnız A adlı polis əməkdaşına şamil edilir, belə ki, zərərçəkmiş onu qeyd etmişdir və B adlı polis əməkdaşı yalnız şahid qismində çıxış edə bilər

Kazus 3. Sübutetmə yükü • Fərz edin ki, hər iki polis əməkdaşı xəsarətləri belə

Kazus 3. Sübutetmə yükü • Fərz edin ki, hər iki polis əməkdaşı xəsarətləri belə izah edir ki, dindirmə zamanı ərizəçi qaçmaq məqsədilə ikinci mərtəbədən atılmağa cəhd etmişdir. Bu izahat onların sübutetmə yükünə uyğun olaraq ağlabatan izahat hesab olunacaqmı ? • Xeyr, çünki dindirmə vəkilin iştirakı olmadan aparılırdı və polis əməkdaşlarının həqiqəti söylədiklərinə inanmaq üçün heç bir əsas yoxdur • Xeyr, izahat ağlabatan deyil, belə ki, alınan xəsarətlər yuxarı mərtəbədən atılmağa uyğun gəlmir • Bəli, bu baş verə bilərdi və polis əməkdaşlarını yalnız ciddi etinasızlığa və dindirməni vəkilin iştirakı olmadan aparmağa görə danlamaq olar • Bəli, çünki polis əməkdaşlarının ifadələri etibarlıdır və onlar təqsirsizlik prezumpsiyasının təsiri altındadırlar