LYEV ADINA AZRBAYCAN DVLT HKMLR TKMLLDRM NSTTUTU A

  • Slides: 24
Download presentation
Ə. ƏLİYEV ADINA AZƏRBAYCAN DÖVLƏT HƏKİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ İNSTİTUTU ŞÜA DİAQNOSTİKA KAFEDRASI AUTOİMMUN TİREODİT (XAŞİMOTO

Ə. ƏLİYEV ADINA AZƏRBAYCAN DÖVLƏT HƏKİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ İNSTİTUTU ŞÜA DİAQNOSTİKA KAFEDRASI AUTOİMMUN TİREODİT (XAŞİMOTO XƏSTƏLİYİ) REZİDENT: ƏSƏDULLAYEVA MAİLƏ KURATOR: ass. MÜRSƏLOV MUQABİL BAKI-2012

Autoimmun tireodit-qalxanabənzər vəzin autoimmun xarakterli xroniki iltihabı prosesdir. Autoimmun tireodit bütün qalxanabənzər vəz xəstəliklərinin

Autoimmun tireodit-qalxanabənzər vəzin autoimmun xarakterli xroniki iltihabı prosesdir. Autoimmun tireodit bütün qalxanabənzər vəz xəstəliklərinin 20 -30%-ni təşkil edir. Autoimmun tireodit qadınlarda kişilərə nisbətən 15 -20 dəfə çox rast gəlinir, bu X-xromosomun dəyişməsi və estrogenlərin limfoid sistemə təsiri ilə əlaqədardır. Əksər hallarda 40 -50 yaş arasında rast gəlinir, lakin son vaxtlar cavan şəxslər və uşaqlar da bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyi ilk dəfə 1912 -ci ildə yapon cərrahı Xаşimoto təsvir etmişdir.

ETİOLOGİYA 1. 2. 3. 4. 5. 6. 7. Bu xəstəlik genetik yolla ötürülür. Lakin

ETİOLOGİYA 1. 2. 3. 4. 5. 6. 7. Bu xəstəlik genetik yolla ötürülür. Lakin xəstəliyin üzə çıxmasında bir çox faktorlar rol oynayır. Keçirilmiş kəskin respirator virus infeksiyası (KRVİ) Xroniki infeksiya ocaqları (damar badamcıqlarında, burun boşluğunda və kariyesli dişlərdə) Ekologiya, ətraf mühitdə, qidada və suda birləşmiş yodun, xlorun, flörun artıqlığı ( limfositlərin aktivliyinə təsir edir) Uzun müddət qeyri-müntəzəm dərman maddələrinin qəbulu (yodsaxlayan preparatlar, hormonal maddələr) Uzun müddətli şüalanma Psixoloji sarsıntılar Qalxanabənzər vəzidə aparılan operativ müdaxilə

PATOGENEZ Göstərilən faktorların təsiri ilə T-limfositlərin qalxanabənzər vəzidə proqressiv infiltrasiyası nəticəsində vəz toxumasının tamlığı

PATOGENEZ Göstərilən faktorların təsiri ilə T-limfositlərin qalxanabənzər vəzidə proqressiv infiltrasiyası nəticəsində vəz toxumasının tamlığı pozulur, davamlı, zəncirvari antigen-antitel birləşmələri əmələ gəlir. Sübut olunmuş dur ki, antitellər mikrosomal və kolloid antigenlərə qarsı da əmələ gəlir. Bunlar hamısı birlikdə tireositlərə toksik təsir göstərərək autoimmum iltihabı proseslərin davam etməsinə, vəz toxumasının tədricən birləşdirici toxuma ilə əvəz olunmasına səbəb olurlar. Nəticədə birincili hipotireoz yaranır.

TƏSNİFATI Bu xəstəlikdə aşağıdakı fazalar aid edilir: 1. Eutireoid fazalar 2. Subkliniki faza 3.

TƏSNİFATI Bu xəstəlikdə aşağıdakı fazalar aid edilir: 1. Eutireoid fazalar 2. Subkliniki faza 3. Tireotoksiki faza 4. Hipotireoid faza

Kliniki şəklə və vəzin ölçülərin əsasən aşağıdakı formalara aid edilir: 1. Latent forma 2.

Kliniki şəklə və vəzin ölçülərin əsasən aşağıdakı formalara aid edilir: 1. Latent forma 2. Hipertrofik forma a) Diffuz forma b) Düyünlü forma c) Diffuz-düyünlü forma 3. Atrofik forma

KLİNİKA Xəstəlik adətən tədricən inkişaf edir və Klinikası vəzin zədələnmə dərəcəsindən asılı olur. Xəstəliyin

KLİNİKA Xəstəlik adətən tədricən inkişaf edir və Klinikası vəzin zədələnmə dərəcəsindən asılı olur. Xəstəliyin başlanğıcı vəzin hipertrofiyası ilə gedərsə, o zaman xəstələr boyunun ön nahiyyəsində olan sıxılmadan, boğazda göynəmə hissiyyatından, boyunun ön nahiyyəsində ağrılardan (həmişə olmur), ümumi zəiflikdən, yorğunluqdan, ürəkdöyünmədən, əsəblikdən, oynaqlarda ağrıdan şikayət edirlər. Bəzən xəstələr udqunduqda sanki boğazlarında nəsə qalıb deyə şikayət edirlər. Xəstəliyin ilk dövrlərində tireotoksikoz əlamətləri olur, sonralar xəstəlik davam etdikcə hipotireoz inkişaf edir.

DİAQNOZ. Xəstəliyə diaqnoz qoymaq üçün xəstəliyin klinikasına, laborator, ultrasəs müayinələrinin, skanoqrammanın, eləcə də biopsiyanın

DİAQNOZ. Xəstəliyə diaqnoz qoymaq üçün xəstəliyin klinikasına, laborator, ultrasəs müayinələrinin, skanoqrammanın, eləcə də biopsiyanın nəticələrinə əsaslanırlar. Laborator müayinələrə aid edilir: 1. Qanın ümumi analizi-limfositlərin kəmiyyətcə təyini 2. İmmunoqramma-tireoqlobulinə, mikrosomal və kolloid antigenə qarşı, qalxanabənzər vəzin tireod hormonlarına qarşı yüksək titrdə antitellərin aşkar edilməsi 3. Qalxanabənzər vəzin hormonlarının təyini(T 3, T 4, TTH). TTH artıb, T 4 norma-subkliniki hipotireoz; TTH artıb, T 4 azalıb-kliniki hipotireoz;

USM Diffuz, hipoexogen, qeyri həmcins exostruktura, qalxanabənzər vəzin ölçüləri adətən kiçilmiş olur (bəzən böyümə

USM Diffuz, hipoexogen, qeyri həmcins exostruktura, qalxanabənzər vəzin ölçüləri adətən kiçilmiş olur (bəzən böyümə qeyd edilir).

SKANOQRAMMA Vəzin yod udma qabiliyyəti vəzin müxtəlif yerlərində azaldığından mozaik (alabəzək) bir şəkil alınır.

SKANOQRAMMA Vəzin yod udma qabiliyyəti vəzin müxtəlif yerlərində azaldığından mozaik (alabəzək) bir şəkil alınır. (tünd, sonra şəffaf ocaqları)

BİOPSİYA. Qalxanabənzər vəzinin aspirasiya biopsiyası limfositar və plazmositar infiltrasiya olduğunu histoloji aşkar edilir.

BİOPSİYA. Qalxanabənzər vəzinin aspirasiya biopsiyası limfositar və plazmositar infiltrasiya olduğunu histoloji aşkar edilir.

DİFERENSİAL DİAQNOZ Autoimmun tireoditi diffuz toksik urla, endemik urla, Ridel uru ilə, qalxanabənzər vəzin

DİFERENSİAL DİAQNOZ Autoimmun tireoditi diffuz toksik urla, endemik urla, Ridel uru ilə, qalxanabənzər vəzin xərçəngi ilə differensasiya edirlər.

MÜALİCƏ Konservativ müalicə: 1. Prednezalon ( ilkin doza 15 -20 mq təşkil edir. Sonradan

MÜALİCƏ Konservativ müalicə: 1. Prednezalon ( ilkin doza 15 -20 mq təşkil edir. Sonradan dərmanın dozası tədricən azaldılır). 2. QSİƏP (indometasin, voltaren və s. ) 3. Hipotireozun müalicəsi L-tiroksin Operativ müalicəyə göstərişlər: 1. Vəz toxuması tamamilə birləşdirici və limfoid toxuma ilə əvəz olunduqda. 2. Vəz toxuması böyüyüb xəstəni boğaraq narahat etdikdə. 3. Autoimmun tireodit vəzin xərçənginə çevrildikdə və ya onunla birlikdə rast gəldikdə operativ müdaxilə edirlər.

PROGNOZ Xəstəlik tədricən proqressivləşir və hipotireozla nəticələnir. Xəstəliyə düzgün diaqnoz qoyub müalicəsinə nə qədər

PROGNOZ Xəstəlik tədricən proqressivləşir və hipotireozla nəticələnir. Xəstəliyə düzgün diaqnoz qoyub müalicəsinə nə qədər tez başlanarsa, müalicənin effekti bir o qədər çox olar.

Teşekkür еdirəm

Teşekkür еdirəm