liyev adna Azrbaycan Dvlt Hkimlri Tkmillsdirm Instititu Stomatologiya
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləsdirmə Instititu Stomatologiya və Üz-çənə Cərrahiyyəsi Kafedrası Gicgah – Çənə Oynağının Zədələnmələri Müəllif: S. Z. Əliyev
Gicgah çənə oynağı alt çənənin ələngə çıxıntısının oynaq başı ilə və gicgah sümüyünün oynaq çuxuru ilə yaranıb. Oynaq çuxurunun və oynaq başının ölçüləri eyni deyildir. Ələngə çıxıntısı başının səthi, eləcədə oynaq çuxuru fibroz qığırdaqla örtülüdür. Oynaq başı ilə oynaq çuxuru arasında oynaq diski yerləşir. Disk iki cür əyilmiş for mada olur. Diskin aşağı hissəsi oynaq başının formasını, yuxarı hissə si oynaq çuxurunu təkrar edir. Disk fibroz qığırdaqdan ibarətdir və oynağı 2 mərtəbəyə ayırır. Diskin funksional rolu çox böyükdür və alt çənənin geniş diapa zon hərəkətini təmin edir. Belə ki, alt çənəni qaldıran və endirən za man disk və oynaq çuxuru mexaniki bir məqsəd güdür, necə ki, disk hərəkətsiz qalır. Alt çənəni önə və aşağı istiqamətdə verərkən disk oynaq başı ilə bir yerdə önə hərəkət edir, oynaq çuxurundan çıxaraq oynaq qabarına yerləşir. Oynaqların qarşılıqlı hərəkəti zamanı disk oynaq başının yüngül və ağrısız yerdəyişməsini təmin edir. . Oynaq kapsula ilə əhatə olunur. Yuxarıda kapsula gicgah sümü yünə, aşağıda ələngə çıxıntısının boynuna bağlanır. Oynaq kapsulası iki qatdan xaricdən fibroz, daxildən epitelial toxumadan ibarətdir. Daxili qat sinovial məhlul İfraz edir. Bu çənənin hərəkəti zamanı sür tünməni azaldır. Oynaq kapsulu oynaqdan kənar bağlara ( gicgah çənə, biz çənə və pazaoxşar çənə ) bərkidilir, buda onun dartıl masının qarşısını alır. Gicgah çənə oynağının funksiyasında alt çənəyə birləşən xeyli miqdarda əzələlər iştirak edirlər. Bu əzələlər iki qrupa bölünür. Ön qrup əzələlər alt çənəni endirirlər, arxa qrup alt çənəni qaldırırlar. Ön qrupa aiddirlər: ikiqarıncıqlı, çənə dilaltı, dilaltı mental əzələlər. Arxa qrupa xüsüsi çeynəmə, gicgah, daxili qanadvari, xarici qanadvari əzələlər aiddirlər. Hər bir əzələnin funksiyası başqa əzələlərlə güclə nir, ancaq antaqonist alt çənənin hərəkət formasını dəyişir. Ön qrup əzələlər sinxron yığılan zaman alt çənə aşağı enir, arxa qrup əzələlə rin sinxron yığılmasında alt çənə sıxılır. Alt çənənin hərəkəti zamanı gicgah çənə oynağında iki hərəkət həyata keçirilir şarnir və sürüş kən. Bu hərəkətlər dişləmin növünə uyğun baş verirlər.
§ § moqrafiq müayinələr yaxşı informasiyalar verirlər. Rentgenoloji müa yinədə oynaq yarığının daralması müşahidə olunur. Müalicə. Gicgah çənə oynağının artritlərinin müalicəsi kompleks tədbirlərdən ibarətdir. İ!k növbədə oynaqda sakitlik yaratmaq, alt çə nənin funksiyasını məhdudlaşdırmaq lazımdır. Antibakterial, antihistamin, ütihaba qarşı qeyri steroid, sedativ preparatlardan istifadə olu nur. Fiziki metodlardan UBŞ, eklektrofarez, ultra səs, maqnit terapiya təyin edilir. Gicgah çənə oynağımn artrozu (osteoartroz). Gicgah çənə oynağının diskfunksiyasının patogenezində Petrosovun Y. A. (1981) məlumatına görə üç faktor rol oynayır. Bu üç faktor qarşılıqlı əlaqədədir. Bunlar əzələlərin yığılma kordinasiyasının pozulması, diş cərgəsində ikincili dəyişiklik, oynaqda patoloji pozğunluq. Artroz birincili və ikincili ola bilər. Adətən artroz artrit nəticəsində sonrakı baş verən dəyişikliklərdən, eləcədə oynağın endokrin, neyro distrofik, immun zədələnmələrindən yarana bilər. Bu təsirlər altında oy naq toxumalarında degenerativ dəyişikliklər baş verirlər. Oynaq basin da artıq sümük toxuması, hiperostoz, deformasiya yaranır (Şəkil 1 ) Şəkil 1 R - qrammada alt çənə oynaq başının qalınlaşması
Gicgah çənə oynağının artrozu ilə xəstələr müxtəlif dərəcədə oy naqda baş verən səsdən, şaqqıltıdan, küt ağrılardan, çənənin gərgin hərəkətindən şikayətlənirlər. Bəzən oynaq qabarında ekzostoz müşa hidəolunur(Şəkil 2). Şəkil 2. R - qrammada oynaq qabannın ekzostozu
Obyektiv müayinə zamanı bəzən oynaq başının böyüməsi, eks kursiyasının geniş olması qeyd olunur. Çənənin hərəkəti zamanı oy naqdaşaqqıltı açıq aydın eşidilir. Xəstə yemək yeyən vaxtı bu səs uzaq məsafədə eşidiiir. Ona görədə bu xəstələr stol arxasında başqa adamlarla çörək yeməyə utanırlar. Rentgenoloji müayinədə oynaq başının kəskin deformasiyası mü şahidə edilir (Şəkil 3). Şekil 3. Kompüter tomoqrammada çənənin oynaq başının deformasiyası.
deformasiyaya qarşı tədbirlərdən ibarətdir. Bu məqsədlə steroid və qeyri steroid iltihaba qarşı dərmanlar, xon droprotektor maddələr təyin olunur. Axır zamanlar oynaqdaxili antiok sidantın daralginin yeridilməsi yaxşı müalicəvi effekt verir (Əhmə dov. E. T. , 1998). Daralgin oynaqdaxili her dəfə dozanı artırmaqla vurulur. Müalicə kursu dörd inyeksiyadan ibarətdir, inyeksiya arası fasilə üç gündür. Birinci inyeksiya 0, 3 ml, ikinci 0, 6 ml, üçüncü 0, 8 ml, dördüncü 1, 0 ml. Çox hallarda artroz dişləmin pozulması ilə müşahidə olunur. Ona görə xəstədə ciddi olaraq rasional protezləmə aparmaq lazımdır. Artrozun müalicəsində fiziki metodlar elektroforez, parafinterapiya təyin edilir. Gicgah-çənə oynağının ağrı disfunksiya sindromu. Gicgah çənə oynağının ağrı disfunksiya sindromu nevralgik ağrılarla, çənənin hərəkəti zamanı səs, şıqqıltı əlamətləri ilə özünü biruzə verir. Bu sin drom oynağın yayılmış patoloji proseslərindən bin hesab edilir. Glc gah çənə oynağının ağrı sindromu əzələdə spazma nəticəsində (mio gen) ya ələngə çıxıntısı başının patoloji dəyişməsi hesabına (artro gen) baş verə bilər. Miogen mənşəli ağrılar bərk qidanı dişləyən za man əzələnin kəskfn gərgfnliyi hesabına, psixoemosional qıcıqlan maya görə törənir. Əzələnin yüksək tonusu ilə əlaqədar oynaq daxili bağ aparatının həddindən artıq dartınması, oynaq başının arxaya yerini dəyişməsi ilə bilaminar zonaya təzyiq düşür və ağrı sindromu yaranır. Adətən xəstələr oynaqda olan ağrılarla, səs əlamətləri ilə müra ciət edirlər. Oynaqda hərəkətlə bağlı səsin baş verməsi bir sıra müəl liflərin (Xvatova V. A. , 1982, Solberq V. K. , 1987; İlin A. , 1996; Paqasov Y. A. və hemmüəllif, 1996) fikrincə osteartroz, oynaq başının və oynaq diskinin herekətinin diskoordinasiyasıdır. Oynaqda səsin, ağrıların baş verrnəsində böyük, kiçik azı dişlərin itirilməsi ile əlaqədar yaranmış oynaq daxili dəyişikliklər rol oynayırlar. Müalicə. Yuxarıda qeyd etdiyimiz kimi gicgah çənə oynağının disfunksiyası bir çox səbəblerdən baş verir və onun müalicəsi ilk növ bədə ağrılann götürülməsi istiqamətində aparılmalıdır. Miogen xarak ter daşıyan ağrılar zamanı medikamentoz terapiya о cümlədən ağrı kəsici dərmanlar təyin edilir, psixoemosional gərginliyi götürmək üçün trankvlizatorlar (elenium, fenazepam və başqa) təyin olunur. Fiziki metodlardan çeynəmə əzələlərinin elektrostimulyasiyası, maqnitterapiya, miogimnastika təyin edilir. Rasional protezləmə ilə okluziya pozğunluğunu bərpa etmək lazımdır.
Gicgah-çənə oynağının ankilozu. Gicgah çənə oynağının anki lozu oynaq başının oynaq çuxuru ilə fibroz ya sümük bitişməsi ilə baş verir. Ona görədə ankiloz kliniki fibroz və sümük formalanna bölünür. Fibroz formada çənədə məhdud hərəkət müşahidə olunur, sümük an kilozuzamanı oynaqda hərəkət olmur. Ankilozun etiologiyası infeksi ya, travma mənşəlidir. Infeksiya oynağa İrinli otit, hematogen osteo mielit nəticəsində keçə bilər. Oynaq başının travmatik zədəlenməsi məişətdə, doğum zamanı baş verə büər. Uşaqlarda südəmər yaşda travmatik ankiloz oynağın doğum zamanı zədələnməsi nəticəsində yaranır. Oynağın bu yaş dövründə uşaqlarda zədələnməsindən bir iki il keçəndən sonrə aşkar olunur ki, ağız məhdud açılır, patologiya olan tərəfədə mikrogeniya müşahidə edilir. Oynaqda patoloji proses xəstədə nə qədər kiçik yaşda baş verirsə çənədə ikincili yaranan de formasiya daha kobud müşahidə olunur, çəne şaxəsi birtərəli inkişaf dan qalır, cismi qısalır. Gicgah çənə oynağının ankilozunun kliniki şəkili patoloji prose sin xəstədə hansı yaşda baş verməsindən asılı olaraq müxtəlif əla mətlərlə gözlənilir. Xəstəlik ən çox uşaq və yeniyetmə yaşlarda baş verir. Xəstəüyin ilk mərhələsində ağzın məhdud açılması qeyd edilir, tədricən çənənin hərəkəti azalır, dişləm pozulur (Şəkil 4. ). gec mərhələdə çənədə yalnız horizontal istiqamətdə hərəkət qalır.
Şəkil 4. Sağ tərəfli gicgah-çənə oynağının ankilozu. Ağızın açılması çox məhduddur.
Ankiloz birtərəfli və ikitərəfli ola bilər (Şəkil 5. ). Birtərəfli ankiloz zamanı mərkəzi kəsici dişlərarası xətt patoloji proses tərəfə dəyişir, çənə şaxəsinin və cisminin gödəlməsinə görə о nahiyədə yumşaq toxuma sağlam tərəfə nisbətən, qabarmış, yəni şişkinli görünür. Oynaq başlarının palpasiyası zamanı xəstəlik tərəfdə hərəkət his olunmur, əks tərəf oynaqda hərəkət məhdud olur. İkitərəli ankilozda çənənin şaxəsi, cismi hər ikitərəfdən inkişafdan qaldığına görə mental nahiyə inamlı olaraq geridə qalır, dişləm kəskin dəyişir, aşağı kəsici dişlər damağın selikli qişası ilə kontaktda olurlar. Qida qəbulu çətin olur. Şəkil 5. Gicgah-çənə oynağının ankilozu
Gicgah çənə oynağının ankilozunun diaqnozu anamnez, kliniki, rentgenoloji, ortopantomoqrafiya tədqiqatlan əsasında qoyulur. Oy naqdahərəkətin məhdudluğu, ələngə çıxıntısında deformasiya, pato loji prosestərəfdən çənənin formasının, ölçüsünün dəyişməsi, rentge noloji — oynaqyarığının olmaması ankiloz diaqnozunu təsdiqləyir. Müalice. Fibroz ankilozun müalicəsi ümumi ağrısızlaşdırma al tında böyük güc təsiri altında xüsusi ağız açan alətlə (yaxşı olar ki, vintvari) ağızın açılmasından sonra aparılan miogimnastikadan, me xanoterapiyadan. maqnitterapiyadan, əzələlərin elektrostimulizasiya sından ibarətdir. Vintvarı ağızaçan qurğu kiçik azı dişlərarası qoyulur və tədricən burulur. Çənəni 2 3 sm ayırandan sonra özübərkiyən plasmasla böyük azı dişlərarası dayacaq düzəldilir. 3 5 gündən sonra aktiv və passiv funksional terapiya təyin olunur. Bu yolla ağızın açılmasından (redressasiya) sonra xəstə 1 2 gün ağrılardan şikayət lənir. Ona görə analgetiklər təyin edilir. Fibroz ankilozun redressasiya üsulu ilə müalicəsi kiçik yaşlı xəs tələrdə çox vaxt yaxşı nəticə vermir, müəyyən müddətdən sonra yeni dən ağızın açılması məhdudlaşır, yəni residiv baş verir. Böyük yaşlı xəstəlerdə ağız açılandan sonra mexanoterapiyanın, miogimnastika nın və s. hesabına əlbətte xəstənin iradəsindən asılı olaraq prosesin residiv verməsinin qarşısını almaq olar. Sümük ankilozunun müalicəsi cərrahi yolla çənə şaxəsində oste otomiya və artroplastika aparmaqla həyata keçirilir. Artoplastika üçün auto, allotransplantat, endoprotez istifadə olunur. Autotransplantat xəstədə qabırğa ya qalça sümüyünün darağın dan götürülür. Malançuk V. A. (1991) gicgah çənə oynağının ankilozu zamanı artroplastik əməliyyatında ayaqdan auto oynaq istifadə edir. Bu məq sədlə müəllif gicgah çənə oynağını II ya III metatarzal falanqa kom pleksi ilə əvəz edir. Axır illər artroplastikada oynaq başına oxşar formada tİtandan hazırlanmış implantdan istifadə olunur. Gicgah çənə oynağının ankilozunun cərrahi müalicəsi zamanı xəstəni intubasiya etmək çox çətinliklə qarşılaşır. Çox təcrübəli anes tezioloq bəzi hallarda nazotraxeal intubasiyanı traxeyanı görməden təsadüfən ona düşməklə apanr. Biz barbituratla, miorelaksantla giriş narkoz fonunda yumşaq toxumada kəsik, çənə şaxəsində osteotomi ya aparırıq və ağızı açdıqdan sonra xəstədə intubasiya aparılır. Stolyarenko P. Y. , Filatov V. K. və Berejnov V. V. (1992) bir qrup xəstələrdə nazotraxeal intubasiyon narkozu keçiricinin köməyi ilə aparmağı təklif ediıiər. Bu metod belə həyata keçirilir: barbituratlarla, mtorelaksantlarla giriş narkoz fonunda və ağ ciyərlərin süni ventilyasi yası ilə üzüyəoxşar qalxanvari membran nahiyəsində traxeya he matransfuzion iynə ilə punksiya edilir, iynə burun udlaq tərəfə istiqa mətləndirilir, iynənin deşiyindən 0, 7 mm diamtrində poliamid (uzunlu ğu 40 50 sm) sap keçirilir. Leska səs tellərini keçərək ağızda yuma caq kimi yığılır. Ucunda küt metal qarmaq olan rezin katetr burun keçəcəyi ilə yeridilir və fırladıcı hərəkətlə leska tutulur və burundan xaricə çıxarılır. Leskanın ucuna intubasion boru bağlanır və salınır tra xeyaya. Keçirici rolunu oynayan sap çıxarılır.
A
B Şəkil 6. Ortopantomoqrammada sağ tərəfli gicgah-çənə oynağin ankilozu a operasiyasından qabaq; b operasiyasından sonra.
Kontrakturanın kiliniki şəkili ağızın açılma funksiyasının pozulması ilə müşahidə olunur. Anamnez əsasında, rentgenoloji müayinə ilə ağızın məhdud açılmasının səbəbi aşkar edilir (Şəkil 7. ). Şəkil 7. R - qrammada çənənin tac çıxıntısının odlu silahla sınması və almacıq qövsünə bitişməsi.
§ Müalicə. Kontrakturanın müalicəsi onun yaranmasına səbəb olan faktoru aradan götürməklə başlanır. Əgər iltihabı prosses nəticəsində kontraktura əmələ gəlibsə infeksiya mənbəyi aradan götürülür, abses açılır, antibiotik, fiziki və mexanoterapiya təyin edilir. Kontraktura tac çıxıntısının almacıq qövsünə ya sümüyə bitişməsi hesabına yaranarsa onda tac çıxıntısı rezeksiya edilir. Mandibulyar anesteziyadan sonra baş verən kontrakturanı ikitərəfli Berşe Dubov üzrə 2 % li Hdakain məhlulla keyləşdirməklə ya da maska narkozu altında çənələrin red ressasiyası aparılır. Bundan sonra xestənin ağızı sərbəst açılır. Son rakı günlər ağrıların olduğuna görə xəstə ola bilsin ağızını məhdud açsın, ona görə xüsusi vintvari ağız açan qurğu ilə mexanoterapiya aparılır, 10 12 gün xəstə tam sərbəst ağzını açana qədər , fiziotera piya təyin edilir.
- Slides: 18