LABORATORYA N 5 OVUNTULARIN AXICILIININ TYN in mqsdi
LABORATORİYA İŞİ N 5 OVUNTULARIN AXICILIĞININ TƏYİNİ İşin məqsədi. Ovuntuların axıcılığını təyin etmək, bu xassənin mahiyyətini başa düşmək və mənimsəməkdir. İşin nəzəri əsasları. Ovuntunun axıcılığı, müəyyən ölçülü qıfdan hər hansı sürətlə tökülüb keçmə qabiliyyətidir. Bu texnoloji xassə istehsalatda çox vacib xarakteristikalardan biridir. Belə ki, pres-qəliblərə tez və fasiləsiz ovuntu vermək və mürəkkəb formalı pres-qəliblərin ovuntu ilə doldurulması çox mühim məsələlərdir ki, burada əsas keyfiyyət ovuntunun axıcılıq xassəsidir. Avtomatik presləmə vaxtı axıcılıq daha böyük rol oynayır. Ovuntunun axıcılığı çoxlu faktorlardan (sıxlıqdan, qranulometrik tərkibdən, hissəciklərin səthinin formasından və halından) asılı olan mürəkkəb kompleks xarakteristikadır. Əsas faktor hissəciklərarası sürtünmə və əlaqənin olmasıdır. Digər xassələr hissəciklərarası sürtünmə və ilişməni gücləndirib, zəiflətməklə ovuntunun axıcılığına təsir edir. Ovuntu hissəciklərinin ölçüsü nə qədər kiçik olarsa, axıcılığın qiyməti bir o qədər aşağı olar. Bu onunla izah olunur ki, hissəciyin ölçüsü kiçik olduqda, hissəciyin xüsusi səthinin qiyməti böyük olur və hissəciklərin bir-biri ilə görüşmə sahəsi böyüyür. METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Həmçinin hissəciklərin formasının mürəkkəbliyi, səthdə olan kələ-kötürlüyün böyük olması da həmçinin axıcılığın qiymətini kiçildir. Ovuntunun oksidlərlə zənginliyi, adətən axıcılığın qiymətini yüksəldir, çünki bu zaman hissəciklərarası sürtünmə əmsalının qiyməti aşağı düşür. Ancaq ovuntu nəm olduqda onun axıcılığının qiyməti kəskin aşağı düşür. Ovuntunun axılığını aşağıdakı düsturla təyin edirlər. Burada, P- qıfda yerləşdirilmiş ovuntunun kütləsidir, qr t-ovuntunun qıfın çıxışındakı deşikdən tökülmə müddətidir, san DÜİST 20899 -75 -ə uyğun olaraq ovuntunun axıcılığını 50 qram ovuntunun, deşiyinin diametri 2, 5 mm olan konusvari qıfdan axıb keçmə müddəti ilə ifadə olunur (şəkil 6). Əvvəlcə 50 qram ovuntu qıfa tökülür, qıfın deşiyinin ağzı açılır və saniyəölçən işə salınır. Qıfda olan ovuntu tam keçib qurtardıqdan sonra, saniyəölçən dayandırılır və həmin müddət məlum olduqdan sonra düsturda yerinə yazılaraq, ovuntunun axıcılığı təyin olunur. METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Şəkil 6. Metallik ovuntularının axıcılığını təyin etmək üçün standart qıfın görünüşü METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Məsələn, 50 qram dəmir ovuntusu götürmüşük və onun qıfdan axıb keçmə müddəti isə, 30 san alınmışdır. Belə olan halda dəmir ovuntusunun axıcılığını aşağıdakı kimi təyin edə bilərik. Deməli götürülmüş 50 qram dəmir ovuntusunun axıcılığı K=1, 66 oldu. Bundan başqa (21) düsturudakı t aşağıdakı (22) düsturu ilə təyin edilə bilər. Burada, r-qıfın deşiyinin diametridir və r=2, 5 mm-ə bərabərdir n- ovuntu üçün sabit ədəddir və əksəriyyət ovuntular üçün n= (2, 46 -2, 79) bərabərdir. (23) düsturunu (21) düsturunda nəzərə alsaq, onda aşağıdakı (24) düsturu alınacaqdır. METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Ovuntu əyarının qıfdan tökülüb keçmə müddəti nə qədər böyük olarsa, ovuntunun axıcılığı bir o qədər pis hesab edilir və əksinə. Ovuntunun axıcılığını tabalma, hamarlama və ovuntunun hazırlanmasının texnoloji rejimini dəyişməklə yüksəltmək olar. TAPŞIRIQ 1. Tədqiq olunan nümunənin axıcılığını təyin etməli 2. Analizlər bir neçə dəfə təkrarən aparılmalıdır 3. Alınmış nəticələr qeyd edilməlidir LAZIM OLAN CİHAZ, AVADANLIQ VƏ MATERİALLAR 1. Ovuntu əyarı (50 qr) 2. Axıcılığı təyin etmək üçün qıf 3. Saniyəölçən METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
İŞİN APARILMA QAYDASI 1. Götürülmüş 50 qram ovuntu əyarı əvvəlcə yaxşıca qurudulmalıdır 2. Qurudulmuş ovuntu qıfa tökülməlidir 3. Qıfın deşiyinin ağzı açılmalıdır və saniyəölçən işə salınmalıdır 4. Qıfda olan ovuntu tam axıb qurtardıqdan sonra saniyəölçən dayandırılmadılır. 3. Aparılmış təcrübələr bir neçə dəfə təkrarən aparılmalıdır və alınmış qiymətlər arasında maksimum 3% fərq olmalıdır. İŞİN NƏTİCƏSİ 1. İşin məqsədi 2. İşin qıda məzmunu 3. Tapşırıq 4. İşin aparılma qaydası 5. İşdən alınan nəticələr METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
- Slides: 6