KLKLR Klk havann fqi istiqamtd hrkti Klk nticsind

  • Slides: 17
Download presentation
KÜLƏKLƏR Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən

KÜLƏKLƏR Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir

 KÜLƏK TORBASI

KÜLƏK TORBASI

DAIMI KÜLƏKLƏR v Bütün il boyu istiqamətini dəyişməyən küləklərə deyilir. Daimi küləklərin əmələ gəlməsinə

DAIMI KÜLƏKLƏR v Bütün il boyu istiqamətini dəyişməyən küləklərə deyilir. Daimi küləklərin əmələ gəlməsinə əsas səbəb Yer kürəsinin təzyiq qurşaqlarıdır. v Passatlar: 300 paralellərdən ekvatora doğru əsən küləklərdir. Yerin öz oxu ətrafında fırlanmasıyla (Koriolus qüvvəsiylə) şimal yarımkürədə şimal-şərqdən cənub-qərbə, cənub yarımkürədə isə cənub-qərbdən şimal-şərqə doğru əsirlər. Passat küləkləri əsdikləri yarımkürənin yayında daha çox yağıntı verir. Çünki, yayda tropiklər üzərində 400 C-dən yüksək olan temperatur ekvatorda 250 C-yə qədər düşür və yağıntılara səbəb olur. v Qərb küləkləri: Tropiklərdən mülayim enliklərə doğru ilboyu əsən küləklərdir. Yerin öz oxu ətrafında fırlanmasına bağlı olaraq bu küləklər şimal yarımkürədə şimal -şərqə, cənub yarımkürədə isə cənub-qərbə meyl edir. Okeandan gələn qərb küləkləri yağış gətirir. Ona görə də Avropanın qərb hissəsi bütün il boyu rütubətlidir.

PASSAT VƏ QƏRB KÜLƏKLƏRI

PASSAT VƏ QƏRB KÜLƏKLƏRI

MÖVSÜMI KÜLƏKLƏR v İl ərzində istiqamətini iki dəfə dəyişən küləklərə mövsümi küləklür deyilir. Mussonlar

MÖVSÜMI KÜLƏKLƏR v İl ərzində istiqamətini iki dəfə dəyişən küləklərə mövsümi küləklür deyilir. Mussonlar belə küləklərdən olub ərəbcə "mövsüm" deməkdir. Bu küləyin meydana gəlməsinə səbəb ilin mövsümləri ərzində quru ilə suyun müxtəlif qızıb soyumasıdır. Yayda quru səthi çox qızır. İsti hava yuxarı qalxır, təzyiq aşağı düşür. Su səthi isə çox yavaş və az qızır. Beləliklə, su üzərində təzyiq quruya nisbətən daha çox olur. Ona görə də yayda okean və dənizlərin üzərindən quruya doğru küləklər əsir. Okean və dənizlərdən gələn bu küləklər quruya çoxlu rütubət, yağış gətirirlər. Bu küləklər özünü

SIRKULYASIYA

SIRKULYASIYA

SUTKALIQ KÜLƏKLƏR v Sutka ərzində istiqamətini iki dəfə dəyişən küləklərə briz yaxud sahil küləkləri

SUTKALIQ KÜLƏKLƏR v Sutka ərzində istiqamətini iki dəfə dəyişən küləklərə briz yaxud sahil küləkləri deyilir. Bu küləklərin yaranmasında sutka ərzində quru ilə suyun müxtəlif qızıb soyumasıdır. Sutka ərzində quru ilə su arasında təzyiq fərqi böyük ola bilməz. Ona görə də bu küləklər zəif olur. Gündüz quru səthi çox qızır və isti hava yuxarı qalxır, quru üzərində alçaq təzyiq formalaşır. Ona görə də günortadan sonra sudan quruya doğru küləklər əsir (gündüz brizi). Bu küləklərə "axşam mehi" də deyirlər. Gecə qurunun sürətlə tez soyumasıyla təzyiq yüksəlir. Su isə daha az soyuyur. Su üzərində təzyiq quruya nisbətən az olur. ona görə də gecə yarısından sonra, səhərə yaxın qurudan suya doğru küləklər əsir. Bu küləklərə gecə brizi deyilir. Brizlər yağış gətirmir.

BRIZ

BRIZ

SÜR Ə TL Ə RI v Küləyin sürəti havanın bir saniyədə üfüqi istiqamətdə metrlərlə

SÜR Ə TL Ə RI v Küləyin sürəti havanın bir saniyədə üfüqi istiqamətdə metrlərlə qət etdiyi məsafəyə deyilir. Küləyin sürəti m/san. ilə ölçülür. Sürətinə görə küləklər: 1. Şəlakət 0 bal (havanın küləksiz tam sakit vəziyyəti); 2. Zəif- 3 bal; 3. Güclü - 6 bal: 4. Fırtına - 9 bal; 5. Qasırğa - 12 bal. Ən güclü küləklər Antarktidada (84 m/san. ) müşahidə olunur.

PASSAT v Passat – tropiklərdən ekvatora doğru əsən daimi küləkdir. Passatların yaranmasına səbəb ekvator

PASSAT v Passat – tropiklərdən ekvatora doğru əsən daimi küləkdir. Passatların yaranmasına səbəb ekvator boyunca qalxan havanın yüksəklikdə rütubətini itirməsi və müvazinətini itirərək tropiklərə cəzb edilməsidir. Nəticədə tropiklərdə yüksək, ekvatorda isə alçaq təzyiq qurşağı yaranır. Yerin öz oxu ətrafında fırlanması nəticəsində passatlar qərbə meyl edirlər. Yəni şimal yarımkürəsində Şimal-Şərqdən, Cənub yarımkürəsində isə Cənub-Şərqdən əsir. Passatlar qalxdığı səthdən asılı olaraq rütubətli (okean üzərində) və ya quru (materik üzərində) ola bilər. Quru üzərində nəhəng səhraların yaranması bu küləklərlə əlaqədardır. Passatlar Afrika və Cənubi Amerikanın iqliminə daha çox təsir göstərir. X. Kolumb bu küləyin köməyi ilə Amerikaya gəlib.

QƏRB KULƏYI v Qərb küləkləri - mülayim enliklərdə istiqamətini dəyişməyən daimi küləklərdir. Tropiklərdən mülayim

QƏRB KULƏYI v Qərb küləkləri - mülayim enliklərdə istiqamətini dəyişməyən daimi küləklərdir. Tropiklərdən mülayim enliklərə doğru əsir. Yerin fırlanması nəticəsində şərqə doğru meyl edir. Cənub yarım kürəsində səthin yekcins olmamasından Qərb küləkləri daha aydın nəzərə çarpır.

vŞIMAL QÜTBÜNDƏN 60° SM. ENLIYINƏ (MÜLAYIM) DOĞRU ƏSƏN KÜLƏKLƏR, ŞIMAL- ŞƏRQ KÜLƏKLƏRI, CƏNUB QÜTBÜNDƏN

vŞIMAL QÜTBÜNDƏN 60° SM. ENLIYINƏ (MÜLAYIM) DOĞRU ƏSƏN KÜLƏKLƏR, ŞIMAL- ŞƏRQ KÜLƏKLƏRI, CƏNUB QÜTBÜNDƏN 600 ENLIYINƏ DOĞRU ƏSƏN DAIMI KÜLƏYƏ ISƏ CƏNUB- ŞƏRQ KÜLƏKLƏRI DEYILIR.

MUSSON v Musson - quru ilə suyun qeyri-bərabər qızması nəticəsində yaranır. Yayda dənizdən quruya

MUSSON v Musson - quru ilə suyun qeyri-bərabər qızması nəticəsində yaranır. Yayda dənizdən quruya (bol rütubət gətirir), qışda qurudan dənizə əsir. Şərqi, Cənubi və Cənubi-Şərqi Asiya üçün səciyyəvidir. Yay mussonları dənizdən əsdiyində rütubətli, bol yağıntılı, qıs mussonları isə qurudan əsdiyindən quru və yağmursuz olur. Mussonlara subekvatorial, subtropik və mülayim iqlim qurşaqlarında rast gəlinir.

DIQQƏTINIZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR

DIQQƏTINIZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR