Ismayll rayon Hachtmli knd tam orta mktbi Gnclrin
Ismayıllı rayon Hacıhətəmli kənd tam orta məktəbi Gənclərin Çağrışaqədərki Hazırlığı Mövzu: Müasir kütləvi qırğın silahları Sinif XI Müəllim: Səlimov Vüqar
Dərsin məqsədi: Şagirdlər dərsin sonunda kütləvi qırğin silahların növlərini və onlarin zədələyici amillərini sadalayır. Əsas standart: 2. 4 Fövqəladə hadisələr zamanı mülki müdafinin təkilinə dair bilik və bacarıqlar nümayiş etdirir. Alt standart: 2. 4. 3 Kütləvi qırqin silahlarının növlərinin (nüvə, kimyəvi və bioloji, bakterioloji) dağıdıcı vasitələri və onlardan mühafizə üsullarını şərh edir. İş forması: Bütün siniflə, qruplarla ış. İş üsulu: Karusel İnteqrqsiya: Kimya, Tarix Resurslar: Dərslik, Kompyuter, Plakat.
MOTİVASİYA Şəkildə gördüyünüz kütləvi qırğın silahının hansı növüdür?
TƏDQİQAT SUALI 1. Kütləvi qırğın silahları haqqında nə bilirsiniz? 2. Nüvə silahının zədələyici amilləri hansılardır? 3. Nüvə silahının tədbiqi sahələri?
MÜBADİLƏ VƏ MÜZAKİRƏ � Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombası. Nüvə reaksiyaları nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan everji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20— 80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. � lk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi dərinlikdə) partladıla bilər; 1945 -ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6 -da) və Naqasaki (avqustun 9 -da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. [1]
Tədqiqatın aparılması �I qrup: Kütləvi qırğın silahları haqqında nə bilirsiniz? �II qrup: Nüvə silahının zədələyici amilləri hansılardır? � III qrup: Nüvə silahının tədbiqi sahələri?
I QRUP Nüvə silahı, digər kütləvi qırgın silahlarına görə güclü zədələyici xassəyə malikdir. Nüvə silahıında, müxtəlif nüvə riyaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur. Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Müxtəlif nüvə sursatlarının gücü bir neçə milyon tona qədər olur.
II QRUP Nüvə partlayışı nəticəsində beş cür zədələyici təsir meydana çıxır. Bunları nüvə partlayışının zədələyici amilləri deyilir. 1. Zərbə dalgası 2. İşıq şülanması. 3. Nüfuzedici radiasiya. 4. Yerin radioaktiv zəhərlənməsi. 5. Elektromaqnit impulusu.
III QRUP Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən , təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən və artileriya toplarından istifadə etmək olar. Nüvə silahını havada , kosmosda, yerin üstündə, yerin altında, suyun üstündə və altında partladıla bilər. Nüvə silahı ilk dəfə 1945 -ci ilin avqust ayında Yaponiyanın Xirosima və Nakasaki şəhərlərinə qarşı ABŞ ordusu istifadə etmişdir.
QİYMƏTLƏNDİRMƏ MEYARLAR Əməkdaşlıq Vaxta qənaət Fəallıq Təhlil etmə I qrup III qrup Qeyd
Ev tapşırığı �Nüvə silahına malik olan ölkələr haqqında məlumat toplamaq.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK!
- Slides: 12