INFORMATIKA Mktb 13 sayl SNF III MVZU TBTD
*INFORMATIKA
Məktəb: 13 saylı SİNİF: III MÖVZU: TƏBİƏTDƏ İNFORMASİYA Müəllim: Hacıyeva Tamam
Standart: 1. 1. 1, 1. 1. 2, 1. 1. 4 1. 1. 1 Təbiət və cəmiyyətdəki informasiyalara , informasiya proseslərinə aid nümunələr göstərir. 1. 1. 2 Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə izah edir. 1. 1. 4 Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah edir. Dərsin məqsədi: • təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah etmək; • Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini izah etmək; • Insanın təbiətdən aldığı informasiyaalardan faydalanmasına dair nümunələr göstərmək. Əsas anlayışlar: Təbiətdə informasiya, cəmiyyətdə informasiya Dərsin tipi: Deduktiv İş forması: Bütün siniflə iş, qruplarla iş Üsullar: Şaxələndirmə, diskussiya, oyun Fənlərarası inteqrasiya: A-d. -1. 2. 1, Riy. -5. 1. 1, H-b-1. 1. 1, 1. 3. 2, 2. 1. 2, 4. 2. 3, X-d. -2. 2. 1, Tex. -2. 1. 2, T-i. -1. 1. 1, Mus. -2. 1. 2 Təchizat: Rəngli karandaşlar, əvvəlcədən hazırlanmış şəkillər(4 ədəd)
Motivasiya _Bu sxemi necə başa düşürsünüz? İnformasiya ilə sxemdəki anlayışların hansı əlaqələri var? Sxemdə olan oxlar nəyi göstərir? Bəs oxların istiqamətləri nəyi göstərir? Təbiətdə olan canlılar informasiyanı necə əldə edirlər? İnsanlar Təbiətdə olan informasiyalar Heyvanlar Bitkilər
Tədqiqat sualı Təbiətdəki informasiyalardan insanlar necə istifadə edə bilərlər?
Kompyuter qrupu İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar? Onların şəklini çəkin.
Skaner qrupu. İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar? Onların şəklini çəkin.
Proyektor qrupu. 1. İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar? Onların şəklini çəkin.
Printer qrupu . İnsanlar bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar? Onların şəklini çəkin.
Mübadilə və müzakirə -Təyyarənin hansı hissələri qartala bənzəyir? İnsan daha nəyə baxarkən öz əksini görür? Körpülər insanlara nə üçün lazımdız? -İnsanlar evləri nə üçün tikirlər? Saat insanlara nə üçün lazımdır? İnsanlar çətirdən hansı məqsədlə istifadə edirlər? -At və avtomobilin hansı oxşar və fərqli cəhətləri var? İnsanlar qayıqları nə üçün düzəltmişlər? Günəşlə lampanın fərqi nədir? -Qədim insanlar stul kimi nədən istifadə edirdilər? Timsahla sualtı qayığın hansı oxşar və fərqlicəhətlərı var? Helikopterin xarici görünüşündə cırcıramaya bənzərlik varmı?
Ümumiləşdirmə və nəticə -İnsanlar təbiətdən təcrid olunmuş halda, təbiətdən ayrı yaşaya bilərmi? -İnsanlar öz qidalarını bir şey tikmək və yaratmaq üçün istifadə etdikləri xammalı haradan əldə edirlər? -Təkcə insanlar yox, təbiətdə olan heyvan və bitkilər də informasiya alır. -Məsələn, bitkilərin də duyğu üzvləri-reseptorları var. Bitkilər günəşi , işığı hiss edərkən öz yarpaqlarını ona tərəf yönəldir. Onların kökləri isə suya doğru uzanır. Heyvan və bitkilər informasiyanı müxtəlif siqnallar vasitəsilə alır. İnsan yaranan gündən təbiətlə sıx əlaqədədir. O, təbiətdən yalnız xammal deyil, həmçinin informasiya da alır. -İnsan təbiətdən hansı informasiyalar alır və onlardan necə istifadə edir? -Təbiətdən informasiya alan insanlar onlardan öz məqsədləri üçün istifadə etməyə , faydalanmağa çalışırlar. İnsanlar texniki cihazların köməyilə də təbiətdən informasiya ala bilirlər. Məsələn, gözlə görünməyən çox kiçik obyektləri öyrənmək üçün mikroskopdan, uzaq məsafədə yerləşən obyektləri görmək üçün isə binokldan istifadə edilir.
Yaradıcı tətbiqetmə Gəlin çəkdiyimiz cədvəlin hər bir sətrini dolduraq. Kim, nə Kimdən, nədən Hansı informasiyanı qəbul edir İnsan Cansız təbiətdən Şəlalə şırıltısı Bitki Cansız təbiətdən Heyvandan Heyvan Bitkilərdən İnsan Heyvandan İnsan Bitkidən Heyvan İnsandan Necə qəbul edir Eşitməklə
Ev tapşırığı: Mövzunun “sual və tapşırıqlar “hissəsindəki tapşırıqları yerinə yetirmək
Qiymətləndirmə Meyarlar Təbiətdə və insanlar arasında informasiyaların fərqli və oxşar xüsusiyyətlərini izah edə bilir. İnsanların təbiətdəki informasiyalardan faydalanmasına dair misallar göstərə bilir. Təbiətdə və insanlar arasında informasiyaların əlaqəsini izah edə bilir. Təbiətdə və insanlar arasındainformasiya mənbələri və qəbuledicilərini müəyyən edə bilir Təbiətdə və cəmiyyətdəki obyektlər arasında informasiyanın ötürülməsini izah edə bilir. Yaxşı Orta Zəif
Təşəkkür edirəm!
- Slides: 15