hr Sumqayt hr Mktb Y Mmmdliyev adna 31
Şəhər: Sumqayıt şəhər Məktəb: Y. Məmmədəliyev adına 31 nömreli mekteb Fənn: İnformatika Sinif: 7 -ci sinif Mövzu: Çıxış qurğuları Müəllim: Ələkbərli Nisə
Alt standarlar: Fərdi kompüterin əsəs və əlavə qurğularının iş prinsipini şərh edir. Təlim nəticələri: Kompüterin çıxış qurğularının adlarını söyləyir. Kompüterin çıxış qurğularının iş prinsipini şərh edir.
• Çıxış qurğuları Komputerin çıxış qurğularının adlarını söyləyin!
Sizə hansısa məlumat verilib və onu yoldaşlarınızla bölüşməlisiniz. Bunu hansı yollarla edərdiniz? Eşitmə, yaxud görmə qüsuru olan dostunuza informasiyanı necə çatdırardınız?
Fiziki imkanları məhdud olan insanlarla məlumatları ötürmək üçün bəzi üsullar yarasız olur. Belə bir misal üzərində düşünək: ” 3 nəfər- lal, kar və kor yol gedirlər. Birdən kar yoxa çıxır. Lal kora bunu nece bildirsin? ”
Monitorlar Kompüterdə olan informasiya çıxış qurğuları vasitəsilə insanlara çatdırılır. Bu qurğular kompüterdə ikilik kodda saxlanılmış informasiyanı insanların başa düşəcəyi şəklə çevirir. Kompüter sisteminin ən vacib çıxış qurğuları monitor və printerdir.
Monitor mətn və qrafik informasiyanı əks etdirmək üçün nəzərdə tutulub. Monitorlar İnformasiyanı ekranda əks etdirən qurğudur. Monitorlar ağ- qara (monoxrom) və rəngli olur. Rəngli görüntü üç əsas rəngin –qırmızı, yaşıl və göy rəngin qarışığından alınır.
Ekranda istənilən görüntü piksel adlanan nöqtələr yığınından ibarət olur. Ekranın ölçüsü dedikdə onun eni və hündürlüyü deyil, dioqanal üzrə ölçüsü əsas götürülür. Bu ölçü düym ilə ifadə olunur. 1 düym= 2. 54 sm-dir.
Ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin sayı ekranın çözümlülüyünü müəyyən edir.
Elektron şüa borulu ( CRT – Cathode Ray Tube ) monitor.
CRT monitorların əsas elementi elektron şüa borusudur. Bu elektron şüa borulu televizorlarla eyni prinsipdə işləyir. Borunun içərisi lyuminofor adlanan materialla örtülüb və içərisində elektron dəstələri vardır. Lyuminofor qatı tridalardan təşkili olunub. Triadalara 3 nöqtədən ibarət elementlərdir. Bu üç nöqtə qırmızı (Red) , yaşıl (Green) və mavi (Blue) rəngi əks edən elementlərdir. Borunun dar ucunda elektron topu (elektronlar mənbəyi) yerləşir. Bunlar şüalar buraxır. Həmin şüalar triadaların üzərinə lazımi intensivlikdə düşərək lazımı rəngi verir. Məsələn ağ rəngi vermək üçün RGB(255. 255) olmalıdır, yəni qırmızı, yaşıl və mavi elementlər maximum intensivliyə malik olur və ağ rəngi verir. Qara rəng üçün RGB(0, 0, 0). &#x. A; Beləliklə hər pixelə bir triada uyğun gəlir və pixelin rəngi triadanın elementlərinə düşən intensivlikdən asılıdır.
LCD (Liquid Crystal Display – Maye Kristallı Displey)
arasında sterjinşəkilli molekullar yəni maye kristallı qarışıqlar vardır. Kristalla işığı şəkildə göründüyü kimi polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən keçəndə kristalları bir istiqamətdə yönəldir. Nəticədə kristallar işığı polyarlaşdıran müstəvi qatları şəkildə göründüyü kimi döndərir. Nəticədə işıq buradan keçə bilmir və həmin hissə tünd rəngdə boyanır. LCD ekranlarda cəmi 64 rəng çaları yaratmaq mümkündür. CRT ekranda isə 256. Və hər pixeldə 3 element Qırmızı, Yaşıl, Mavi (RGB) olarsa hər element 64 rəng çaları yarada bilər və 64*64*64=262 144 sayda rənglərdən alınan kombinasiyadan birini almaq olar. CRT ekranlarda isə 256*256= 16 777 216 sayda olur. LCD ekranlarda “təsviri” insan gözünün rahat görməsi üçün parlaqlığı artırmaq üçün elementlər yerləşdirirlər (backlight).
Səsucaldıcılardan -Səs informasiyası auditoriyaya ötürmək üçün istifadə olunur.
Proyektor kompüterin ekranındakı informasiyanı lövhəyə proeksiya edən qurğudur.
Printerlərin növləri Martisli, şırnaqlı, lazerli
Matrisli printerlərin qrafik imkanları çox məhduddur. Bu printerlərdə iynələr dəsti (matrisi) görüntünü rəngləyici lent vasitəsilə kağıza vurur. Çapın keyfiyyəti iynələrin sayından asılıdır
Printerlərin ən populyar növü şırnaqlı printerlərdir. Şırnaqlı printerlərdə çap zamanı çox kiçik mürəkkəb damcıları kağıza çilənir. Mürəkkəb kağıza aramsız olaraq şırnaqla axır, buna görə də printerlər belə adlandırılır.
Lazerli printerlərdə görüntünü yaratmaq üçün lazer şüasından istifadə olunur. Lazerli printerlər başqa növlərlə müqayisədə daha sürətlidir və daha çox fasiləsiz işləyə bilir. Buna görə də rəngli lazerli printerlərin qiymətləri baha olur.
Lazer printerdə nə lent, nə də rəngli boya olmur, rəngli boyanın qurudulmuş toz halı olur. Lazer printerlərdə kseroks texnologiyası tətbiq edilir. Çap prosesi bu cür gedir - üzəri fotopərdə ilə örtülü olan baraban fırlanır, barabanın içərisində elektrik kabeli elektrik cərəyanı keçirir və bu cərəyan barabanın səthinə yayılır, eyni zamanda lazer qurğusu barabanın üzərinə şüa salır və orada lazım olan təsvir yaranır, sonra toner bu elektron təsvirə yayılır, bununla bərabər kağız barabana tərəf hərəkət edir və onunla toxunaraq boyanı özünə çəkir, sonda kağız yüksək temperaturdan keçərək üzərindəki boya qurudulur.
Çap qurğularının başqa bir növü də plotterdir. Plotterlər rəssamlar, dizaynerlər, bədii tərtibatçılar, mühəndislər, layihəçilər üçün əvəzsiz vasitədir. Plotterdə çap olunan sənədin eni printerlərlə müqayisədə daha böyük olur. Onun uzunluğu isə rulon kağızın uzunluğundan asılıdır
Öyrəndiklərinizi yoxlayın 1. “Piksel” nəyi bildirir? 2. “Ekranın çözümlülüyü” dedikdə nə başa düşülür? 3. Printerlərin hansı növlərini tanıyırsınız və onlar nə ilə fərqlənir? 4. Lazerli printerlərin sürəti nə ilə ölçülür?
- Slides: 22