Hazrlad Sbail rayonu 49 sayl ntellekt mktbliseyin Riyaziyyat
Hazırladı: Səbail rayonu 49 saylı «İntellekt» məktəb-liseyin Riyaziyyat - infromatika müəllimi Tanrıverdiyeva Gülyanaq
Movzu: Dünya hörümçək torunda gəzişmə Standart 4. 1. 2 4. 1. 3 İnfomasiya resursları ilə işləməyin əhəmiyyətini izah edir. İnformasiya resursları ilə işləməyin əhəmiyyətini nümunələrlə əsaslandırır. Dərsin məqsədi: Elektron resursların əhəmiyyətini şərh edir. Müəyyən ünvandan web səhifəni açır Verilmiş saytda bir səhifədən digər səhifələrə keçir. Dərsin Tipi: İnduktiv, Praktik İş forması: Bütün siniflə iş, cütlərlə iş İş üsulu: Müsahibə, Beyin həmləsi, Kompyuterdə iş İnteqrasiya: Müsiqi 1. 1. 1 Resurslar: İş vərəqi, Proyektor, Noutbook, İnternetlə bağlı kompyuter sinfi, İxtiyari brauzer.
§ Resurs nə deməkdir? Resurs fransız sözü olub, yardımçı vasitə deməkdir. İnsanların müxtəlif ehtiyaclarını ödəmək üçün istifadə olunan üsul və vasitələrdir
Resurlar Maddi resurslar Qeyri-maddi resurslar İnformasiya resurları
§ İnformasiya resursu haqqında nə bilirsiniz? İnformasiya resursu bir şəxsə və ya quruma, şəhərə və ya bölgəyə aid ola bilər. Məsələn: Bütün dünyadan toplanan informasiya dünya informasiya resursu hesab olunur. Başqa sözlə dünya informasiya resursları dedikdə, ayrı-ayrı dövlətlərin informasiya resurslarının toplusu nəzərdə tutulur.
Kağız daşıyıcılarda saxlanılan informasiya resursları son zamanlar elektron formaya salınaraq internetdə yerləşdirilir. Getdikcə daha çox insan elektron kitabxanalardan istifadə edir. İndi jurnallar qəzetlər elektron variantda da yayılır. Radio və televiziya kanallarının da internetdə öz səhifələri var. Oradan siz verilişləri onlayn rejimdə, yəni canlı izləyə bilərsiniz.
ü Hansı kitabı elektron variantda oxumusunuz? e-derslik. edu. az saytından istifadə etmisiniznizmi?
Adi kitab ilə elektron kitabı müqayisə edək. (Venn Diaqramı)
Elektron kitab Adi kitab Cırıla bilər Daşınma problemi var Çox yer tutur Hər zaman istifadə etmək Olar Bilik mənbəyi Gözə ziyandır Az yer tutur
İnternetdə hansısa televiziya kanalını izləmisinizmi?
ü İnternetə daxil olub, dünya hörümçək torunda (www) gəzişmək üçün hansı web brauzerlərdən istifadə edirsiniz?
Brauzer
İnternetdə lazım olan informasiya resursunu tam dəqiqiliyi ilə necə əldə etmək olar?
Şagirdlər cütlüklərə ayrılır, kompyuter qarşısında əyləşirlər. Hər cütlüyə iş vərəqi paylanır
I-ci cütlük Brauzerin ünvan zolağında aşağıda göstərilmiş saytın ünvanını yazıb, sayta daxil olun və saytın web səhifələri haqqında məlumat toplayın.
II-ci cütlük Brauzerin ünvan zolağında aşağıda göstərilmiş saytın ünvanını yazıb, sayta daxil olun və saytın web səhifələri haqqında məlumat toplayın.
III-cü cütlük Brauzerin ünvan zolağında aşağıda göstərilmiş saytın ünvanını yazıb, sayta daxil olun və saytın web səhifələri haqqında məlumat toplayın.
IV-cü cütlük Brauzerin ünvan zolağında aşağıda göstərilmiş saytın ünvanını yazıb, sayta daxil olun və saytın web səhifələri haqqında məlumat toplayın.
V-ci cütlük Brauzerin ünvan zolağında aşağıda göstərilmiş saytın ünvanını yazıb, sayta daxil olun və saytın web səhifələri haqqında məlumat toplayın.
Cütlüklər iş vərəqlərini gətirib, saytdan topladıqları məlumatları təqdim edirlər. • Niyə başlanğıc halda Forward və Back • düymələri aktiv deyil? • Yeni səhifələrə istinadlar vasitəsi ilə keçirilirsə, Forward düyməsinə nə ehtiyac var
Ümumiləşdirmə və Nəticə İnternetin bir sıra xidmətləri vardır ki, onlardan ən populyarı WWW ( World Wide Web – Dünya Hörümçək toru) hesab olunur. Dünya hörümçək toru İnternet resurslarının topladığı yerdir. Burada hərəkət etmək üçün xüsusi proqram təminatı – vebbrauzer, yaxud, sadəcə, brauzer (ingiliscə to browse – gözdən keçirmək) lazımdır. Brauzer Dünya hörümçək torundan sənədləri götürmək və onları oxuna bilən formatda göstərmək üçün istifadə olunan proqramdır
İnternetdə olan informasiyaların əksəriyyəti hipermətn şəklində olur. Hipermətn, adətən, bir mətndən başqasına keçid bəndlərinin (istinadların) olduğu mətnlər toplusudur. İnternetdə yerləşdirilmiş hipermətn şəklindəki sənədlər veb-səhifə adlandırılır. Müəyyən mövzu üzrə birbiri ilə əlaqədar olan veb-səhifələrin toplusuna isə vebsayt deyilir. Bəziləri İnternetlə World Wide Web-i eyniləşdirir. Əslində isə bunlar ayrı-ayrı anlayışlardır.
Ünvan zolağında www yazıldıqda açılan sayt Kompyuter formatında qarşımıza çıxır ancaq ünvan zolağın «www» -ifadəsini «m» ifadəsi ilə əvəz etdikdə sayt mobil formatda olacaq.
Yaradıcı tətbiqetmə Difernsial təlimi yüksək olan şagirdlər bildikləri internet web saytların ünvanlarını sinif yoldaşları ilə paylaşa bilərlər.
Qiymətləndirmə Meyar 1. Elektron resurslara nümunələr göstərir və əhəmiyyətini şərh edir 2. Ünvana görə veb-səhifəni açır və səhifələr arasında gəzişə bilir I cüt III cüt IV cüt
Ev tapşırığı: WWW-da gəzişib maraqlı sayt ünvanları toplayın.
- Slides: 28