Hazrlad ki rayonu Mmmdov adna Orta Zyzid knd

  • Slides: 10
Download presentation
Hazırladı: Şəki rayonu Ə. Məmmədov adına Orta Zəyzid kənd 2№-li tam orta məktəbin IX

Hazırladı: Şəki rayonu Ə. Məmmədov adına Orta Zəyzid kənd 2№-li tam orta məktəbin IX sinif şagirdi Xəlilova Büllurə

Dünyanın 7 möcüzəsi • Dünyanın yeddi möcüzəsi - antik dünyada inşa edilən Misir piramidaları,

Dünyanın 7 möcüzəsi • Dünyanın yeddi möcüzəsi - antik dünyada inşa edilən Misir piramidaları, İsgəndəriyyə mayakı, Efes-Artemis. Babilin asma bağları, məbədi, Rodos heykəli və Bodrum mavzoleyi adlı yeddi binadır. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" deyə adlandırıldı. Binaların möcüzə olmalarının səbəbi dövrün texnikalarına və imkanlarına görə böyük səylər tələb etməsidir. Möcüzələr çox antik müəllifin və ziyalısının marağını çəkmiş, bir çoxunun səyahətə çıxmasını təmin etmişdir. Bu strukturları yığan yazarlar binaların xüsusiyyətlərini çox vaxt duyaraq yazmışlar. Məlumatların bir qisimi mübahisəlidir. Bu gün yeni kəşflərə və strukturlara görə yeni "yeddi möcüzə" siyahıları nümayiş olunmuşdur. Bu yazılanlar antik dünyadan bəri bilinən "antik dünyanın yeddi möcüzəsidir". Müasir dünyada yeni möcüzə siyahıları edilmişdir.

I. Misir pramidaları • Bu qədim misir nekropolu Xufu ehramından (Böyük ehram və Xeops

I. Misir pramidaları • Bu qədim misir nekropolu Xufu ehramından (Böyük ehram və Xeops ehramı kimi məlumdur), Xefren ehramlarından və Menkaur ehramlarından ibarətdir, həmçinin çariçaların ehramları kimi məlum binalar, səkilər, vadinin ehramları. Böyük Sfinks kompleksin şərq tərəfində şərqə üzlə yerləşir. Çox alimlər hesab etməyə davam edirlər ki, Sfinks Xefren portret oxşarlığına malikdir.

II. Semiramidanın asma bağları v Semiramidanın asma bağları — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri

II. Semiramidanın asma bağları v Semiramidanın asma bağları — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e. ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir. Lakin Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir. Ancaq o, öz paytaxtını Midiyanın yaşıl təpələrinə köçürmür. Heç kimin görə bilmədiyi işi görür. Midiyanın zümrüd meşələrinin ətrini qədim vadinin mərkəzinə gətirir. Məlikənin - Semiramidanın şərəfinə salınan bu bağların gerçəkləşməsi üçün şahlığın bütün qüvvələri hərəkətə gətirilir. Dövrün təcrübəli inşaatçıları, mühəndisləri bu işə cəlb olunur. Hökmdar dünyada ilk dəfə olaraq möhtəşəm məhəbbət abidəsi yaradır. Salınan Bağlar "Semiramida bağları" adı ilə məşhurlaşır və tarixin yaddaşında daşlaşır. Lakin yaddaşlarda, hafizələrdə qalan və dillərdə dolaşan bir fikir də var ki, məlikə öz adını daşıyan bu qəsrdə heç vaxt yaşamayıb.

III. Olimpdə Zevsin heykəli • Olimpdə Zevsin heykəli — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri

III. Olimpdə Zevsin heykəli • Olimpdə Zevsin heykəli — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Yunanıstanın Olimp dağlarında, yunanların baş allahı Zevsin adına e. ə. V əsrdə heykəltəraş Fidi tərəfindən hazırlanmışdır. Olimpiya şəhərinin mərkəzi meydanında mərmər suvaq çəkilmiş və müxtəlif heykəllərlə bəzədilmiş əzəmətli məbəd ucalırdı. Məbədin daxilində döşəmə möhtəşəm mozaika ilə bəzədilmişdi. Məbədin içərisində böyük qırmızı pərdə arxasında qədimdə, "dünyanın yeddi möcüzəsi"ndən biri hesab olunan Olimriyalı Zevsin heykəli dururdu. Olimpiyalı Zevsin heykəlini görməyəni Yunanıstanda bədbəxt adam hesab edirdilər. Antik müəlliflərin məlumatına görə, Zevs qızıl və fil sümüyü ilə bəzədilmiş taxtda əyləşmişdi. Onun gövdəsinin yuxarı hissəsi çılpaq, aşağı hissəsi isə zəngin paltara bürünmüşdü. Zevsin bədəni və başı ağacdan düzəldilmiş və üzəri fil sümüyü ilə örtülmüşdü. Zevsin bir əlində Nika - qələbə ilahəsinin heykəli, o biri əlində isə Zevsin müqəddəs quşu - qartalın təsviri ilə bəzədilmiş jezl - hökmdarlıq əsası var idi. Zevsin başını qızıldan düzəldilmiş zeytun yarpaqları çələngi bəzəyirdi.

IV. Artemida məbədi Bu qədim məbəddə tamamilə yupiterdən düşən bir meteorit olduğu təxmin olunan

IV. Artemida məbədi Bu qədim məbəddə tamamilə yupiterdən düşən bir meteorit olduğu təxmin olunan müqəddəs bir daş vardı. Məbəd, sonrakı yüzilliklərdə bir neçə dəfə dağıdılmış və yenidən inşa edilmişdir. M. Ö. 600 -ci illərdə Efes böyük bir ticarət limanı şəhərinə çevrildi və Chersiphron adlı bir memar yüksək daş sütünları olan yeni və böyük bir məbəd inşa etdi. Lidya kralı Croesus, M. Ö. 550 -ci ildə də Efesi ve Anadoludakı digər yunan şəhərlərini fəth etdi. Bu döyüş zamanı məbəd dağıdıldı. Croesus, memar Theodorusa əvvəlkilərin hamısını kölgədə qoyan yeni bir məbəd tikdirdi. Yeni məbəd əvvəlkindən 4 mərtəbə, 90 metrə yüksəklikdə ve 45 metrə enlikdə böyük idi. Məbədin damı yüzdən çox daş sütunla dəstəklənirdi. M. Ö. 356 -cı ildə Herostratus adlı biri tərəfindən törədilən yanğın nəticəsində yanıb dağılır. Bundan qısa zaman sonra isə dövrünün ən tanınmış heykəltəraşı olan Skopaslı Paros tərəfindən yeni bir məbəd tikilir. Romalı tarixçi Plinyə görə yeni məbəd 130 metrə uzunluqda və 68 metrə enlikdə idi. Tavanı, yüksəkliyi 18 metrə olan 127 ədət sütun dəstəkləyirdi. İnşaat 120 il sürmüşdü. Makedoniyalı İsgəndər M. Ö. 333 -cü ildə Efesə gələndə məbədin inşası hələ də davam edirdi. Yeni məbəd, yunan məbədləri içərisində o zamana qədər tikilən ən böyük tikinti idi. Məbədin başqa xüsussiyyəti onun tamamilə mərmərdən tikilməsi idi.

V. Rodoslu Koloss • Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. E.

V. Rodoslu Koloss • Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. E. ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı. Bu, günəş Tanrısı Heliosun təsviri idi. Camaat onu öz himayəçisi hesab edirdi. E. ə 225 –ci ildə baş verən zəlzələ nəticəsində Rodos nəhənginin ayaqları sınmışdır. Heykəl dənizə yıxılmış və təxminən 1000 il sahildə bu vəziyyətdə qalmışdır. Tarixçi Strabonun məlumatına görə rodoslular «baxıcı» məsləhəti ilə onu qaldırmırlar. 653 -ci ildə ərəb sərkərdəsi Müaviyyə adanı ələ keçirdikdən sonra nəhəngi bir yəhudiyə satır. 977 -ci ildə heykəli hissələrə ayıraraq satmaq qərarına gəlmişlər. Qədim əlyazmalarda göstərilir ki, heykəlin hazırlandığı tuncun daşınması üçün 900 dəvə lazım olmuşdur. Nyu-York buxtasındakı Azadlıq heykəlinin timsalında Rodos nəhənginin obrazı yaradılmışdır.

VI. İsgəndəriyyə mayakı. • E. ə. təqribən 280 -ci ildə Nil çayının mənsəbindəki Faros

VI. İsgəndəriyyə mayakı. • E. ə. təqribən 280 -ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat tərəfindən inşa edilən Qədim Yunanıstanın ən böyük mayakı. Üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatıb. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərmək üçün tonqal qalanırmış. Roma İmperiyasının süqutundan sonra mayakdan artıq istifadə olunmayıb. XIV əsrdə baş verən zəlzələdən sonra isə mayakın yerində xarabalıq qalıb.

VII. Halikarnas mavzoleyi • 5 -ci möcüzə Kiçik Asiyadakı qədim Kariya padşahlığının paytaxtı Halikarnasda,

VII. Halikarnas mavzoleyi • 5 -ci möcüzə Kiçik Asiyadakı qədim Kariya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisyanın istəyilə e. ə. IV əsrin ortalarında tikilən əzəmətli məqrəbə idi. Üçyaruslu məqbərənin birinci yarusunu ağ mərmərdən relyef zolağı əhatə edirdi. İkinci yarisi yaraşıqlı mərmər sütunlardan, üçüncüsü isə ehram şəkilli mərmər damdan ibarət idi. İçində Mavsol və Artemisyanın mərmər heykəlləri olan dördatli maşin Halikarnasdakı bu möhtəşəm məqbərəni tamamlayırdı. Mavsolun adından "mavzaley" sözü yaranmışdır. Mavsolun və Artemisiyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır.

Sağ olun !!! İzlədiyinizə görə təşəkkür edirəm!

Sağ olun !!! İzlədiyinizə görə təşəkkür edirəm!