Hacqabul rayonu 2 sayl tam orta mktbin fizika
Hacıqabul rayonu 2 saylı tam orta məktəbin fizika müəllimi Nəhmədova Aidə
MÖVZU: XÜSUSİ İSTİLİK TUTUMU
Standart; 2. 1. 1. , 2. 2. 3 Məqsəd: • Istilik miqdarının cismin kütləsindən, temperatur dəyişməsindən və hazırlandığı maddədən asılılığını izah edir. • “Xüsusi istilik tutumu”anlayışının fiziki mahiyyətini şərh edir , hesablanmasına aid sadə məsələlər həll edir. Mövzu: Xüsusi istilik tutumu. İş forması: Kollektivlə iş , fərdi iş İş üsulu: Beyin həmləsi, Venn diaqramı, müzakirə, təqdimat. Resurs: termometr, spirt lampası, slindrik qab, su, yağ.
Motivasiya: Eyni qaba 1 kq su, 1 kq yağ töküb eyni qızdırıcı üzərinə qoysaq termometr hansının daha tez qızdığını göstərər? Yağ yoxsa su ?
TƏDQİQAT SUALI: Nə üçün bərabər kütləli müxtəlif maddələri eyni qədər qızdırmaq üçün müxtəlif istilik miqdarı tələb olunur?
Tədqiqatın aparılması: 1 kq suyu 1°C qızdırmaq üçün 4200 C , həmin kütləli yağın temperaturunu 1°C artırmaq üçün 1700 C istilik miqdarı tələb olunur. 2 kq suyun temperaturunu 1°C artırmaq üçün 8400 C, həmin kütləli yağı 1°C qızdırmaq üçün isə 3400°C istilik miqdarı tələb olunur. Təcrübədən müəyyən olur ki, 1 kq suyun temperaturunu 10 °C artırmaq üçün 42000 C, həmin kütləli yağın temperaturunu 10 °C artırmaq üçün 17000 C istilik miqdarı tələb olunur.
Məlumatın mübadiləsi və müzakirəsi • Onda belə məlum olur ki, cismi qızdırarkən ona verilən istilik miqdarı bu cismin kütləsindən və temperatur dəyişməsindən düz mütənasib asılıdır: Q~m t və ya Q= cm t = cm (t 2 – t 1) burada Q-istilik miqdarı, m-cismin kütləsi, t 1 - cismin başlanğıc temperaturu, t 2 cismin son temperaturu, c- mütənasiblik əmsalı olub xüsusi istilik tutumu adlanır. Düsturu C= Q m( t 2 – t 1) Ölçmə vahidi C =1 C kqº C =1 C kq. K
Ümumiləşdirmə və nəticə • Xüsusi istilik tutumu maddənin növündən asılıdır. Bəzi maddələrin xüsusi istilik tutumu təcrübələrdən müəyyən olunmuşdur. C C Q m Xüsusi istilik tutumu ilə cismin kütləsinin hasilinə bərabər fiziki kəmiyyət maddənin istilik tutumu ( C ) adlanır. C= cm İstilik tutumunu tapmaq üçün cismin qızmasına sərf olunan istilik miqdarını temperatur dəyişməsinə bölmək lazımdır. Q C= ( t 2 – t 1 )
• İstilik tutumunun vahidi Coul böl Kelvindir. [c]= [Q] [ t 2 – t 1 ] =1 C ºC =1 C K İstilik tutumu-ədədi qiymətinə verilmiş cismi 1° C ( və ya 1 K) qızdırmaq üçün sərf edilən istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir.
İstilik tutumu ilə xüsusi istilik tutumunun müqayisəsi Venn diaqramında verilmişdir. Xüsusi istilik tutumu – c İstilik tutumu - C BS-də vahidi: C 1 Kq ·k Düsturu: Q c= m(t 2 -t 1) BS-də vahidi C 1 K Düsturu: Q C= (t 2 -t 1) Maddənin növündən asılıdır. Skalyar fiziki kəmiyyətdir. L [] L[Mdfhgy
Yaradıcı tətbiqetmə • 1. Hansı cisim eyni şəraitdə 20°C temperaturdan 100 °C tempe- ratura qədər daha tez qızar: 100 q kütləli polad, yaxud kütləli alüminium? Nə üçün ? 2. Kütləsi 2 kq olan spirti 18 °C temperaturdan 43°C temperatura qədər qızdırmaq üçün nə qədər istilik miqdarı tələb olunar?
Nə üçün yayda suyun sahili kənarlardan daha sərin olur?
Ev tapşırığı • « Cisimlərin xüsusi istilik tutumunu bilmək insanlara nə üçün lazımdır? » esse yazın
Qiymətləndirmə I səviyyə İstilik miqdarının cismin kütləsindən, temperaturun dəyişməsindən, tempe raturun dəyişməsindən və hazırlandığı maddədə asılılığını izah etməkdə çətinlik çəkir. II səviyyə İstilik miqdarının cismin kütləsindən, temperaturun dəyişməsindən, tempe raturun dəyişməsindən və hazırlandığı maddədə asılılığını müəllimin köməyi ilə izah edir. III səviyyə IV səviyyə İstilik miqdarının cismin kütləsindən, temperaturun dəyişməsindən, tempe raturun dəyişməsindən və hazırlandığı maddədə asılılığını qismən İstilik miqdarının cismin kütləsindən, temperaturun dəyişməsindən, tempe raturun dəyişməsindən və hazırlandığı maddədə asılılığını ətraflı izah edir.
- Slides: 14