Hacqabul rayon Rncbr knd tam orta mktbin Azrbaycan
Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İbadova Nərmin Atabba qızı
Dərsin mövzusu: S. Vurğunun “Azərbaycan” şeirinin məzmunu və təhlili Standartlar: 1. 1. 1 2. 1. 2 1. 1. 5 2. 2. 1 1. 2. 3 3. 1. 1
YADA SALIN Vətənimizə həsr olunmuş hansı əsərləri xatırlayırsınız? DÜŞÜNÜN Vətən mövzusunda yazılmış Əsər hansı cəhətlərinə görə hamı tərəfindən sevilir?
Ə. Kürçaylı “Vətən” M. H. Şəhriyar “Azərbaycan” VƏTƏN S. Vurğun “Azərbaycan” M. Araz “Azərbaycan, dünyam mənim”
Tədqiqat sualı: • Vətənlə bağlı əsərlərdə daha çox hansı hiss və düşüncələr öz əksini tapır?
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana, Hanki səmtə, hanki yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə. Boğar aylar, illər məni, Qınamasın ellər məni.
Dağlarının başı qardır, Ağ örpəyin buludlardır. Böyük bir keçmişin vardır. Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin. Düşdün uğursuz dillərə, Nəs aylara, nəs illərə. Nəsillərdən nəsillərə, Keçən bir şöhrətin vardır. Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə, Ala gözlü gündüzlərə. Qara xal ağ üzlərə, Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza… Ölməz könül, ölməz əsər, Nizamilər, Fizulilər Əlin qələm, sinəm dəftər, De gəlsin hər nəyin vardır. Deyilən söz yadigardır.
Tədqiqatın aparılması: • • Şeir oxunur. Qruplarla iş təşkil olunur. 3 qrup yaradılır. Qruplara iş vərəqləri təqdim olunur.
S. Vurğun haqqında nə bilirsiniz?
“Azərbaycan” şeirindən verilmiş parçada hansı bədii təsvir və ifadə vasitələri vardır? Çox keçmişəm bu dağlardan, El bilir ki, sən mənimsən, Durna gözlü bulaqlardan, Yurdum, yuvam, məskənimsən, Eşitmişəm uzaqlardan, Anam, doğma vətənimsən! Sakit axan Arazları. Ayrılarmı könül candan? Sınamışam dostu, yarı. Azərbaycan, Azərbaycan!
• Bədii təsvir və ifadə vasitələrinin oxşar və fərqli xüsusiyyətlərini araşdırın.
Məlumat müzakirəsi: • Qruplar öz işlərinin nəticələrini bir-bir şərh edir. Məlumatın əlaqələndirilməsi, tam halına salınması diqqət mərkəzində saxlanılır. Suallardan istifadə etməklə müzakirənin səmərəli diskussiya səciyyəsi təmin edilir.
Nəticə və ümumiləşdirmə: Vətən – gözəlliyi, təbiəti, zənginliyi ilə heç nəylə və heç yerlə dəyişdirilməyəcək bir varlıqdır. Ona görə də vətəni sevmək, onu qorumaq lazımdır.
Yaradıcı tətbiqetmə: • Vətən haqqında bidiyiniz atalar sözlərini söyləyin.
Ev tapşırığı: • “S. Vurğunun “Azərbaycan” əsəri vətənimizi necə tanıtdı? ” mövzusunda esse yazın.
Qiymətləndirmə: № Meyar Qruplar 1 Təqdimat 2 Müzakirə edir 3 Nəticə çıxarır 4 Əməkdaşlıq Günəş Səma Uğur
- Slides: 20