Hacqabul rayon Aayev adna Kolan knd tam orta
Hacıqabul rayon Ə. Ağayev adına Kolanı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əjdərli Gülay.
MOTIVASIYA
TƏTQIQAT Xəlil SUALI Rza Ulutürkün həyat və yaradıcılığı haqqında nə bilirsiniz?
Xəlil Rza Ulutürk 1932 -1994 Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram Qolumdakı zəncirləri qıram gərək, qıram
QƏLƏBƏ “Layla” “Mənim dilim” Şeirləri və poemaları “Atalar və oğullar” “Gələcəksə n baharda” “Məhəbbət dastanı”
ÜMİD Xəlil Rza Ulutürk. Bəxtiyar 1932 -ci ildə Vahabzadə Salyan 1925 -ci ildə Şəki rayonunun İstiqlal şəhərində Pirəbbə ordeni ilə anadan kəndində təltif olmuşdur. ”İkinci olunmuşlar. anadan səs”, “Vicdan” vəHHər ikisinin olmuşdur. ” s. pyeslərin dil haqqında Məhəbbət şeirləri var, “Etiraf”, dastanı”, “Atalar ADU-nun “Gülüstan”, oğullar” filologiya “Atılmışlar” fakültəsini pooemalarının; poemalarının; bitirmişlər, po “Mənim dilim”, ema “Latın dili” müəllifidirlər “Kitab”, “Layla” şeirinin şerilərinin müəllifidir.
ZƏKA Xəlil Rza Ulutürkün həyatı haqqında qısa məlumat.
LİDER Xəlil Rza Ulutürkun yaradıcılığı haqqında qısa məlumat.
H Ə Y A TI v Xəlil Rza Ulutürk 21 oktyabr 1932 -ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADUnun filologiya fakültəsinin jurnalistika şöbəsində, Moskvada ali ədəbiyyat kurslarında oxumuşdur.
Mübariz vətəndaş, ana dilimizin böyük təşəbbüskeşi, azadlıq mübarizəsinin mücahidi olmuş Xəlil Rza Ulutürk 22. 06. 1994 -cu ildə vəfat etmişdir. Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzarı üstündə əzəmətli heykəli yüksəldildi. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edildi.
YARADICILIĞI Bədii yaradıcılığa keçən əsrin ortalarında başlayıb. “Kitab” adlı ilk şeiri 1948 -ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur. “Məhəbbət dastanı”, “Mənim məhəbbətim”, “Atalar oğullar”, “Gələcəksən baharda” kimi poemaları ilə müasir ədəbiyyatımızı zənginləşdirmişdir.
“ Layla” şeirində şair həzin, incə hislərlə yoğrulmuş ana laylasına yeni məna məzmun verir. Körpəsinə layla deyən ana onun Vətən üçün gərəkli bir insan olmasını, Təbriz dərdini, dumanını dağıtmaq üçün tezliklə böyüyüb boya-başa çatmasını arzulayır.
SSR-nin dağılması prosesində Xəlil Rza Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizənin ön sıralarında olmuşdur. Onun vətəndaşlıq lirikası daha kəskin, mübariz səciyyə daşımağa başlamış, şairin əsərləri azadlıq mücahidlərinin dilinin əzbərinə çevrilmişdir. Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram Qolumdakı zəncirləri qıram gərək, qıram
İmperiya cəlladlarının əli ilə həbs olunan, xalqın tələbi ilə azadlığa buraxılan şairin “Lefortovo dəftəri” şeirlər silsiləsi mübarizə, döyüş, qələbəyə inam dastanıdır.
ƏDƏBİ NÖV LİRİK ŞEİRLƏR EPİK NÖV POEMALAR
X. Rza özbək, türkmən, qazax, balkar, rus dillərinin incəliklərini öyrənərkən bu dillərdə yazılmış bir çox dəyərli sənət nümunələrini, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasını dilimizə tərcumə etmişdir.
KİTABLARI “Bahar gəlir” “Ömürdən uzun gecələr”
“Mənim dilim” şeiri şairin Sovet hakimiyyəti illərində yazılmış, vaxtı ilə yasaq edilmiş siyasi motivli əsərlərindəndir. Həyatı boyu heç bir siyasi qadağadan, təzyiqdən çəkinməyən Xəlil Rza bu şeirdə də fikirlərini cəsarətlə, açıq bildirir. Əsərin lirik qəhrəmanı xalqımızın qeyrətli ziyalılarını, mərd oğullarını təmsil edən şair özüdür.
Əsərdə lirik qəhrəman dilim-dilim doğransa da, ana dilinə xəyanət etməyəcəyini söyləyir. Çunki bu dildəki sözlər adi sözlər deyil, babaların nəfəsidir. Bu dil yaşadıqca Çənlibel igidlərinin nərəsi, minlərlə abidələrimiz, xilafəti parçalayan Babək qəzəbi yaşayır.
Xəlil Rza haqqında Bextiyar Vahabzadənin fikri: “Əgər məndən soruşsalar: “Xəlil Rza Uluturk sənin üçün kimdir? ” Mən bir kəlmə ilə deyərəm: “Millətimizin istiqlal mücahididir. ” Xəlil yalnız qələmi ilə deyil, əməli, fəaliyyəti ilə Vətənimizin istiqlalına xidmət göstərmişdir. Bunlarla da kifayətlənməyən şair öz balasınıda bu yolda qurban verməkdən çəkinmədi. Bir sözlə, Xəlil bu Vətən üçün nə lazımdısa, onu elədi. ”
Xəlil Rza haqqqında Sabir Rüstəmxanlının fikri: "Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər.
TEST 1 Aşağıdakılardan hansı Xəlil Rza Ulutürkün ilk şeiridir? A) ”Mənim dilim” B) “Layla” C) “Kitab” D) “Lefotovo gündəliyi” C
AFƏRİN! MƏNİM QƏDƏR SAVADLISAN.
TEST 2 Fikirlərdən hansi yalnışdır? A)Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasını tercümə etmişdir. B) ”Latın dili” şeirinin müəllifidir. C) Ölümündən sonra “İstiqlal ordeni” ilə təltif olunmuşdur. D) “Bahar gəlir” kitabının müellifidir. B
AFƏRİN! MƏNİM QƏDƏR SAVADLISAN.
TEST 3 Poemalardan A hansının müellifi Xelil Rza Ulutürk deyil? A) “Gülüstan” B) “Atalar oğullar” C) “Məhəbbət dastanı” D) “ Mənim məhəbbətim”
AFƏRİN! MƏNİM QƏDƏR SAVADLISAN.
TEST 4 Aşağıdakılardan hansı Xəlil Rza Ulutürkün şeirlər silsiləsidir? A) “ Mənim məhəbbətim ” B) “ Layla ” C) “Kitab” D) “Lefortovo gündəliyi” D
AFƏRİN! MƏNİM QƏDƏR SAVADLISAN.
TEST 5 “ Mənim dilim “ şeirinə aid deyil. A) Əsərdə lirik qəhrəman dilim-dilim doğransa da, ana dilinə xəyanət etməyəcəyini söyləyir. B) Əsərin lirik qəhrəmanı şair özüdür. C) Müstəqillik dövründə yazılmışdır. D) Sovet hakimiyyəti illərində yazılmışdır. C
AFƏRİN! MƏNİM QƏDƏR SAVADLISAN.
Zəka Lider Qələbə Ümid Cəm Surət Suallar və testlər Nizam-intizam Bilik Başqalarına hörmət Qruplar Əməkdaşlıq Meyarlar
Aşağıdakı mövzuların birinə aid esse yazın! m ı d y a s l o ə erind y n ı n a z lil R ə X n eiri ə ş M m i 1. y i d v se n ə n ü k r ü lut U a z R l i l 2. Xə türk u l U a z R əlil X i r i a ş 3. Azadlıq
SO N!
- Slides: 34