Goranboy rayon Abbasqulular knd mumi orta mktbinin 8
Goranboy rayon Abbasqulular kənd ümumi orta məktəbinin 8 -ci sinif şagirdi Yusifov Şamil Məhərrəm oğlu
viktoriya Viktoriya su zambağının yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir. Əsasən Amazon çayında yetişir.
XARI BÜLBÜL Xarı Bülbül” Şuşanın milli simvoludur. Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül tanrının bizə göndərdiyi ən böyük möcüzədir. Təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Bu çiçəklər əsasən Alp çəmənliyində olur. Aran yerdə tez solsa da dağlarda uzun müddət qalır.
Yareta bitkisinin yer üzü florasında analoqu həqiqətən yoxdur. Əsasən Сənubi Amerikada– Çili, Peru, Argentinada yetişdirilir. Bu bitkiyə ancaq 3200 -4500 metr hündürlükdə rast gəlmək mümkündür. Yaretanın 3 min il tarixi vardır. İldə boyu cəmi 2 sm artır. Bu qeyri-adi bitkidən yeməklərin hazırlanmasında istifadə olunur. Yarpaqlarından çay dəmlənir, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Kiantus çox nadir bitkidir. Cəmi 2 növü var. Tutuquşu dimdiyi də adlanır. çox çiçək açan bitkilərə məxsusdur. yaz-yay aylarında çıçəkləyir Tutuquşu dimdiyi
QIRMIZI BANANLAR Cənubi Amerika'da yetişir. Qırmızı bananların şəkər nisbəti aşağı olduğundan, həkimlər şəkər xəstələrinə qırmızı banan məsləhət görürlər. Bananın qırmızı, bənövşəyi və çəhrayı rənglərdə olmasının səbəbi isə istilik fərqindən qaynaqlanır
BANYAN Şəkildə sadəcə bir ağac var. Adı Banyan ağacıdır. Bu ağacın minlərlə gövdəsi olur və beləcə yayılır. Tək bir ağac ilə bir meşə yarana bilər.
Əjdahanın qanı Əgər bu ağacı qırsan o, qan axıtmaq başlayır. "Əjdahanın Qanı" adlanır, Yəməndə artır.
Rəqs edən bitki: Desmodium girans Məşhur bioloq Çarlz Darvin tərəfindən kəşf edilən bitki hərəkət edən yarpaqları ilə məşhurdur. Əsasən, günəşli günlərdə rəqs edən bitki rütubətli yerlərdə bitir.
Dünyanın ən dözümlü bitkisi: Namibiyada yetişən bu bitki Velviçia Mirabilis 400 -1500 il müddət yaşaya bilir. Hündürülüyü 2 metri keçməyən Velviçia Mirabilisin eni 8 metrə qədər çatır. Quraq iqlimə boyun əyməyən bitki yağış suyu olmadan 5 il sağ qala bilir. Belə ki, kökü torpağın dərinliklərinə çatan Velviçia Mirabilis ehtiyacı olan suyu yeraltı su yataqlarından əldə edir.
Milçəkqapan Bu bitki həssas tələləri ilə ən məşhur ətyeyən bitkidir. Məşhur olsa da, nəsli kəsilmək təhlükəsi vardır. İkiqapaqlı tələləri kiçik toxunuşa da reaksiya verir. Bu reaksiya nəticəsində qapaqlar bağlanır və bitki şikarının şirəsini sormağa başlayır. Adının Milçəkqapan kimi adlandırılmasının əsas səbəbi bitkinin qurbanları içərisində milçəklərin çoxluq təşkil etməsidir.
Beyzbol topu Elmi dildə “Eyforbia obesa” kimi təqdim edilən bitki beyzbol topunu xatırlatdığı üçün, elə belə də adlandırılır. Vətəni Cənubi Afrikadır.
XƏYALİ ARXİDEYA Xəyali arxideya-ən nadir çiçəkli bitkidir. Yarpağı yoxdur ağacda çiçək açır
Dünyanın ən böyük çiçəyi: Rafflesia Arnoldi Vətəni İndoneziya olan bu bitkinin çiçəyinin eni 1 metrə çatır. 7 -11 kq ağırlığında çiçəyə sahib bitki, əsasən, tropik meşələrdə yetişir. Bitkinin çiçəklərinin ömrü 3 həftəyə qədərdir. İylənmiş ət qoxusu ilə ətrafdakı böcəkləri cəlb edən Rafflesia Arnoldi bununla toxumlarını ətrafa yayır
DÜNYANIN MARAQLI İTKİLƏRİ HAQQINDA BU QƏDƏR DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR
- Slides: 15