Gnc hri Qaybov adna 1 li tam orta
Gəncə şəhəri İ. Qayıbov adına 1№ li tam orta məktəbin Riyaziyyat müəllimi Nağıyeva Gülşənin “Çoxhədli və onun standart şəkli ” mövzusunda dərsin icmalı
MÖVZU: STANDART: TƏLIM MƏQSƏDI İŞ FORMASI: İŞ ÜSULLARI: RESURS:
Motivasiya x 1 x x x 1
1. Verilmiş kubun həcmini, kvadrat və düzbucaqlının sahəsini müəyyən edin və alınmış birhədliləri cəm şəklində yazın. 2. Alınmış ifadədə neçə toplanan iştirak edir? Hər toplanan necə adlanır? 3. Bir neçə birhədlinin cəmini necə adlandırardınız?
Çoxhədli 9 b 5+(-10 b 5)+5 b 2+(-11 b)+(-3 b 2)+15 -b 5+2 b 2 -11 b+15 ssssssfffffff Oxşar birhədlilər standart şəkilli çoxhədli Şəkil üzərində çoxhədli, onun hədləri, standart şəkli, oxşar birhədlilərin islahı, çoxhədlinin dərəcəsin araşdırılır.
TƏDQİQAT SUALI: Standart şəkildə olmayan çoxhədli standart şəklə necə gətirilir?
Tədqiqatın aparılması O Sinif şagirdləri 4 qrupa bölünür və adlandırilir: “Üçbucaq”, “Kvadrat”, “Romb” və “Dairə”. Hər qrupa iş vərəqləri paylanır. Şagirdlər dərslikdən istifadə etməklə çoxhədlinin tərifini, onun hədlərini, standart şəklini, oxşar hədlərin islahıni və çoxhədlinin dərəcəsini araşdırirlar.
"ÜÇBUCAQ" qrupu 1. Çoxhədli nəyə deyilir? 2. Çoxhədlinin dərəcəsini müəyyən edin: 14 a 5 b 2 3. Çoxhədlini standart şəklə gətirin: 10 x-6 xy+3 xy "KVADRAT" qrupu 1. Çoxhədlinin dərəcəsi nəyə deyilir? 2. Çoxhədlinin dərəcəsini müəyyən edin: 2 a 3 bc 4 3. Çoxhədlini standart şəklə gətirin: 12 a 3 -9 b-9 a 2+2 a 2+6 b
"ROMB" qrupu 1. Oxşar hədlər nəyə deyilir? 3 c 2. Çoxhədlinin dərəcəsini müəyyən edin: -11 b 3. Çoxhədlini standart şəklə gətirin: 7, 2 ab+3 a 2 -11 b 3 -17 a 2+32 ab " DAİRƏ " qrupu 1. Çoxhədlinin hədləri nəyə deyilir? 4 y 5 2. Çoxhədlinin dərəcəsini müəyyən edin: -0, 7 x 3. Çoxhədliləri standart şəklə gətirin : 5 a∙ 4 b²-0, 8 b∙ 4 b²-2 ab∙ 3 b+b∙b²-1
Məlumat mübadiləsi Qrup liderləri iş vərəqlərini lövhədən asırlar və cavabları təqdim edirlər.
Məlumat müzakirəsi 1. Birhədlilərin cəminə və ya fərqinə necə ad vermək olar? 2. Çoxhədlinin təşkil edən birhədlilərin işarəsi mənfi ola bilərmi? 3. Çoxhədlinin dərəcəsini necə təyin etmək olar? 4. Çoxhədlini standart şəklə gətirmək üçün nə etmək lazımdır?
Ümumiləşdirmə və nəticə Bütün siniflə ümumiləşdirmə aparılaraq aşağıdakılar nəticə şəklində şagirdlərin diqqətinə çatdırılır: Birhədlilərin cəbri cəminə çəxhədli deyilir. Cəbri cəm dedkdə toplananların işarəsinin nəzərə alındığı cəm başa düşülür. Çooxhədlini təşkil edən birhədlilərə bu çoxhədlinin hədləri deyilir. Hər bir həddi standart şəkildə olan və oxşar hədləri olmayan çoxhədliyə standart şəkilli çoxhədli deyilir. Çoxhədlidə iştirak edən sıfır dərəcəli birhədli sərbəst hədd adlanır.
Səviyyələr Qiymətləndirmə Meyarı I səviyyə Çoxhədlinin dərəcəsini , hədlərini göstərir, standart şəklə gətirməkdə çətinlik çəkir. II səviyyə Çoxhədlini standart şəklə müəyyən istiqamət verməklə gətirir, dərəcəsini, hədlərini sərbəst göstərir. III səviyyə Çoxhədlini sərbəst olaraq standart şəklə gətirir, dərəcəsini, hədlərini göstərir. . IV səviyyə Çoxhədlini izah edərək standart şəklə gətirir, hədləri, dərəcəsi haqqında ətraflı məlumat verir.
- Slides: 14